Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2181/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Yazıçılar Birliyi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli, 14 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək x küçəsinin şimal hissəsində İddiaçınə laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün ayrılmış, hazırda Azərbaycan Respublikası Yazıçılar Birliyinə Bakı şəhər İcra hakimiyyətinin xx xxxxxx 2019-cu il tarixli, 4 say lı Sərəncamı ilə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulmaqla müvafiq qeydiyyatın aparılması, təmir işlərinin aparılması, satılması, sərəncamın başqasının adına dəyişdirilməsi, sənədləşdirmənin və digər işlərin aparılması Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Yazıçılar Birliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)2755/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin q ərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd edilən çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 24 noyabr tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim e dilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsinin 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi... əlavə olunur. İddiaçının kassasiya şikayətinə vəkilin orderi əlavə olunmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, ona təqdim edilmiş bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü ma ddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2093/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-2181/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2181/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver