Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2181/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mingəçevir şəhər Bələdiyyəsi və Mingəçevir şəhər İcra Hakinmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz hərəkətlərə son qoyulması və icarə müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mingəçevir şəhər Bələdiyyəsi və Mingəçevir şəhər İcra Hakinmiyyətinə qarşı “İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə v axt” iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və Mingəçevir şəhər Bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-293/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hi ssəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və Mingəçevir şəhər Bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyekti İddiaçı1 oğlu İddiaçı2 məxsusdur. Belə ki, İddiaçı1 atasından ona miras qalmış sözügedən iaşə obyekti xx.xx.2020-ci il tarixə qədər onun mülkiyyətində olmuş və bundan sonra İddiaçı1 obyekti oğlu İddiaçı2 bağışlamışdır. Sözügedən iaşə obyektini uzun illərdir istifadə edirlər. Həmin obyekt müasir şəhərsalma qaydalarına uyğun olaraq tikilmiş və təmir işləri görülmüşdür. Kafenin mövsümü olaraq ticarətlə məşğul olmasını, yəni əhalinin istirahətini təmin etmək üçün stollar qoyulmuş və sözügedən ərazidə alaçıq (naves-talvar) qurulmuşdur. İaşə obyekti mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olsa da, ona aid xidməti ərazi Mingəçevir şəhər Bələdiyyəsinin mülkiyyətindədir. Hər il Mingəçevir şəhər Bələdiyyəsi ilə icarə müqaviləsi əsasında obyektin xidməti ərazisi (ümumi istifadədə olmayan və əhalinin gediş gəlişi olmayan sahə) icarəyə götürülüb və bu barədə müqavilə bağlanılmışdır. Axır bir neçə ildir ki, Mingəçevir şəhər Bələdiyyəsi müqavilənin ləğvi barədə öz etirazını bildirməsə də, müqavilə də bağlamır. Qanunun tələbindən də bilindiyi kimi, müqavilənin ləğvi ilə bağlı tərəflərdən biri əvvəldən öz etirazını bildirmədiy i halda müqavilə etibarlı hesab edilir və müddət uzadılmış sayılır.
3. Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1180/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim F.S.İsmayılzadə) iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Belə ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində tələb edilən iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qald ırılması, qanunsuz hərəkətlərinə son qoyulması və icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinin üzərinə qoyulması tələbi fərqli tələblər olmaqla ayrıayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir. Həmçinin, iddia tələbinin birinci hissəsində xahiş edilən iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması dedikdə, hansı maneələrin nəzərdə tutulduğu və tələbin konkret olaraq hansı cavabdehə qarşı yönəldiyi dəqiq qeyd edilməmişdir.
5. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
6. Şəki Apell yasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-293/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
9. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim e dilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bənd
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardad ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkə məsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
19. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qa rşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edil mədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
21. Həmçinin, həmin qərarın 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi m üdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
22. İş materiallarından görünür ki, iddiaçılar hazırkı iddia ərizəsində iki müxtəlif cavabdehə qarşı müxtəlif tələblər irəli sürdüyündən, iddia ərizəsində hansı cavabdehə qarşı hansı konkret tələbin irəli sürüldüyünü müəyyən etmək mümkün olmadığından, birinci instansiya məhkəməsinin hakimi iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım göstərmək məqsədi ilə onlara məktub göndərərək qeyd edilən nöqsanların aradan qaldırılmasını təklif etmiş, əks təqdirdə iddianın mümkün sayılmayacağı barədə məlumat vermişdir. Buna baxmayaraq, iddiaçılar yardım məktubunda göstərilən nöqsanları aradan qaldırmamış, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişlər. Halbuki, iddia ərizəsinin “xahiş etdi” hissəsində tələb edilən “iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni ma neələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması” və “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Mingəçevir şəhər Bələdiyyəsinin üzərinə qoyulması” tələbləri fərqli tələblər olmaqla, ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir.
23. Bundan başqa, iddia tələbinin birinci hissəsində xahiş edilən “iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə son qoyulması” dedikdə, hansı maneələrin nəzərdə tutulduğu və tələbin konkret olaraq hansı cavabdehə qarşı yönəldiyi dəqiq qeyd edilməmişdir.
24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
25. Nəzərə alınmalıdır ki, şəxsin subyektiv hüququnun mövcudluğu həm də onun iddia qaldırmaq səlahiyyəti ilə bağlıdır. Belə ki, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir.
26. İşdə olan ərizə və digər sənədlərlə müəyyən edilir ki, iddiaçılar onlara məxsus olmayan və onlara icarəyə verilməyən torpaq sahəsində metal konstruksiy alardan istifadə etməklə talvar (alaçıq) quraşdırmaq və iaşə xidməti göstərmək istəyir. İş materiallarına əsasən, baxılan mübahisəyə münasibətdə iddiaçıların subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-293/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.