Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2181/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: birbaşa şərti rentabelliyin tətbiqi, alış aktları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)35/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2018-ci il iyun ayından 2020-ci ilin mart ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********199533 nömrəli səyyar vergi yoxlaması Aktına görə, vergi ödəyicisi tərəfindən gəlir vergisi üzrə 1718407,4 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 156,34 manat, əlavə dəyər vergisi üzrə 30,00 manat vergi borcunun azaldılması aşkar edilmişdir.
3. Cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 noyabr 2020-ci il tarixli, **********141497 nömrəli qərarla iddiaçıya münasibətdə 1718407,4,74 manat mənfəət vergisi hesablanmış və müvafiq olaraq həmin məbləğin 50 faizi həcmində 859203,7 manat, eləcə də Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 297458,90 manat və həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 40 manat maliyyə sanksiyası tətbiq ed ilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 24 sentyabr 2020-ci il tarixli, **********199533 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********3141497 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan SVY aktında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumata dair sübut təqdim etməmiş, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 13.6-cü bəndində nəzərdə tutulmuş bildiriş cavabdeh tərəfindən iddiaçıya göndərilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən həmin maddə ilə növbədənkənar səyyar vergi yoxlamasının aparılması qanunsuz və əsassızdır. xx.xx.2020-ci il tarixli, **********199533 saylı “Səyyar vergi yoxlaması” Aktının surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli çıxarışdan görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlanmış (48 gün davam etmiş), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (46 gün müdd ətinə), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (43 gün müddətinə) artırılmışdır. Yoxlama müddəti (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) 137 gün olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Vergi Məcəlləsinin səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan 38.2-ci maddəsinin 2-ci abzasının 1-ci cümləsinə əsasən, “Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz”. Lakin iş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli çıxarışa əsasən, cavabdeh inzibati orqan yoxlamanı Vergi Məcəlləsinin tələblərinə zidd olaraq 30 gündən artıq həyata keçirmişdir
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli qərara əsasən iddiaçıda iyun 2018-ci il tarixdən mart 2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********19953 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilməklə başa çatdırılmışdır. Yoxlama aktı iddiaçıya təqdim edilsə də, iddiaçı tərəfindən heç bir səbəb göstərilmədən imza olunmasından imtina edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində aktı imzalamamasının səbəblərini izah edən, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə ifadə edən və etirazının dəlilərini təsdiq edən sübut əlavə edilməklə hər hansı bir yazılı məlumat iddiaçı tərəfindən cavabdeh vergi orqanına təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********141497 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2018-ci il üzrə gəlir vergisinin 315861,82 manat, 2019-cu il üzrə gəlir vergisinin 1.402.545,58 manat, 2019-cu ildə ödəmə mənbəyində tutulan verginin 156,34 manat, 2020-ci ilin mart ayı üzrə ƏDV-nin 30,0 manat, cəmisi 1.718.593,74 manat məbləğində vergilərin azal dılmasına yol verildiyinə görə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 859.296,87 manat məbləğində, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 297458,90 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq, düzgün olmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə bildirilmişdir ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə-tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir. İddiaçının gəliri müəyyən edilərkən həmçinin Hesabat/Axtarış informasiya sisteminin məlumatları, bank məlumatları, qarşılıqlı əl aqəli və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirirlər ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qəra rına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərilən dəlilləri əsasızdır və təmin edilməməlidir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(118)-50/2022 nömrəli qərarı (hakim: İ.Quliyev) ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əsas dəlillərindən biri də ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən SVY yoxlaması keçirilməzdən əvvəl 2 saylı ƏVBİ tərəfindən 2018-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilərək, nəticədə **********037600 nömrəli, xx.xx.2019-cu il ta rixli qərar ilə 289.048.83 AZN əlavə vergi məbləği hesablanmış, daha sonra gəlir və xərc sənədlərinə baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqan tərəfindən **********257000 saylı yeni qərar qəbul olunaraq, əvvəlki **********037600, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş, əsassız hesablanmış əlavə vergi məbləği silinmişdir. Hazırda cavabdeh inzibati orqanın **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərarı qüvvədədir. Məhkəmə qeyd edir ki, bu halın mövcudluğunun səyyar vergi yoxlaması keçirilməsini istisna etməsi ilə bağlı tənzimləmə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının dəlilini məhkəmə iddianın təmini üçün əsas hesab etmir. Ekspertiza nəticəsində müvafiq imzaların saxtalaşdırılması öz təsdiqini tapmasa da, həmin imzalar ın iddiaçı tərəfindən imzalanması da öz təsdiqini tapmamışdır. Bu hal qeyd edilən sənədə münasibətdə iddiaçının xeyrinə olan hal kimi məhkəmə tərəfindən qiymətləndirilmiş, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolun hüquqi nəticəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, bu hal iddianın təmini üçün əsas təşkil etmir. Belə ki, hər bir halda iddiaçı zəruri olan alış-satış sənədlərini tam şəkildə nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilən alış sənələri isə ciddi hesabat sənədləri olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin təqdim etdiyi 2018-cı il gəlir vergisi hesabatına əsasən, çıxılmalardan sonra ümumi gəlir 9 019 249.00 manat, ümumi gəlirdən çıx ılan xərclər 8 961 285.00 manat göstərilmiş, vergiyə cəlb olunan 57 964.00 (9 019 249.00- 8 961 285.00) manat gəlirdən 20% dərəcə ilə 11 592.80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417531,48 manat idxal və 5722600,69 manat dəyərində meyvə-tərəvəz ixrac edilmişdir. İddiaçı tərəfindən 2019-cu ilin gəlir vergisi hesabatı boş təqdim edilmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə-tərəvəz ixrac etmişdir. Bu halda vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilmədiyindən, inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 20 01-ci il tarixli, 55 nömrəli qərarı əsasında hesablama aparmasını məhkəmə əsaslı hesab edir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-35/2023 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X4) ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********3141497 nömrəli qərarı ləğv edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. - vergi orqanı iddiaçıya gəlir vergisi üzrə 1.718.407,4 manat vergi məbləği və 859.203,7 manat maliyyə sanksiyası hesablamaqda haqlı olmamışdır. Cavabdeh iddiaçıya həmin məbləğdə maliyyə sanksiyası hesablanma sının əsası kimi iddiaçı tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları üzrə nağd olaraq 2974589,4 manat məbləğində meyvə-tərəvəz alışı həyata keçirildiyini, bununla da Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri pozulduğundan, həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edildiyini, eləcə də həmin dövr ərzində nağd qaydada alınan mallara dair tərtib edilən aktların ciddi hesabat blankı formasında olmadığını qeyd etmişdir. Yalnız nağdsız qaydada aparılan hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsində təsbit edilmiş, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində isə məhz həmin hesablaşmaların aparılması qaydalarını pozan vergi ödəyiciləri barəsində məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Sözügedən Qanunun 3.5.1-ci maddəsində kənd təsərrüfatı məhsul larının istehsalçılarından qəbul edilən kənd təsərrüfatı məhsulları isə vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən mallara aid edilmişdir. Başqa sözlə, həmin mallar nağd qaydada alına bilən olmaqla, belə malları həmin qaydada alan şəxslər Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində təsbit edilən məsuliyyət subyektlərinin siyahısına aid edilməmişdir. İşin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən faktiki hallarından da göründüyü kimi, iddiaçı 2019-cu ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarından nağd qaydada kənd təsərrüfatı məhsulları almışdır. Həmçinin, malların satıcıları tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcısı olan İddiaçı satıcıların özlərini təqdim etməsindən asılı olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə məhkəmənin rəyinə münasibətdə bildirilməlidir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən, maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxla ması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikd ə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlak ın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlum atlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərə n əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasi ya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstəri lmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsaslar müəyyən edilməmişdir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayə tlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəz ərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.
26. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli qərarında Ver gi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamış, nə qərarında, nə də reyestrdən çıxarışda mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu açıqlamamışdır.
27. Bundan əlavə, iş üzrə materiallardan görünür ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericilikdə, yəni VM-nin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında yoxlamanın müddətinin təqvim günü ilə müəyyən olunmasına rəğmən, cavabdeh bu müddəti iş günü ilə hesablamışdır. Nəticədə, VM-nin 38.2-ci maddəsi ilə yoxlamanın maksimal müddətinin 90 gün nəzərdə tutulduğuna baxmayaraq, cavabdeh iddiaçı barəsində x x.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 137 gün yoxlama apararaq müddətlə bağlı qeyd olunan hüquq normalarının tələblərini pozmuşdur.
28. Həmçinin cavabdeh birbaşa şərti rentabellik normasını tətbiq etməklə 20182019-cu illər üzrə cəmi 1718407,4 manat gəlir vergisi və müvafiq olaraq 859203,7 manat maliyyə sanksiyası hesablamış, bununla da növbəti dəfə formalaşmış məhkəmə təcrübəsinə zidd hərəkət etmişdir.
29. Cavabdeh eyni zamanda iddiaçı tərəfindən 2019-cu ilin noyabr-dekabr ayları üzrə meyvə-tərəvəzin nağd qaydada alışına görə ona alışın məbləğinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq etmişdir. Bu məsələyə apelyasiya məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət bildirildiyini nəzərə alaraq, məhkəmə kollegiyası həm də qeyd edir ki, “Nağdsız hesablaşmala r haqqında” Qanunun 3.5.1-ci maddəsinə görə, kənd təsərrüfatı məhsullarının vergi ödəyicisi olmayan istehsalçılarından həmin məhsulların alışı nağd qaydada həyata keçirilə bilər. İş üzrə materiallara əlavə edilmiş alış aktlarından həmin məhsulların satıcılarının vergi ödəyicisi olduğu görünmür və bu hal iddiaçının ziyanına şərh oluna bilməz. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı hər hansı limit tətbiq olunmadan nağd qaydada kənd təsərrüfatı məhsullarını almaqda haqlı olmuşdur.
30. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş alış aktlarının 2019-cu ildə qüvvədə olan alış aktı nümunəsinə uyğun olduğu da nəzərə alınmalıdır. Belə ki, alış aktlarının elektron qaydada tərtib olunmasına 2020-ci ildən başlanılmışdır və b u tələb hazırkı mübahisəyə şamil oluna bilməz.
31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
32. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-35/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.