Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2182/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: 24.07.2019 Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərər-ziyan vurduqlarına görə 10000 manat pul ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-215/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı “maddi və mənəvi zərər - ziyan vurduqlarına görə 10000 manat pul ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(84)-329/2019 nömrəli qərardadı ilə (hakim: İ.H.Cabbarov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı zərərə məruz qalması hallarını məhkəməyə təqdim edə bilmədiyindən və cavabdeh inzibati orqanın hər hansı bir hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyanın vurulmasını əsaslandıra bilmədiyindən iddia mümkün sayıla bilməz. İddiaçı birinci instansiya məhkəməsinin qərardadın dan apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-215/2019 nömrəli, 19 mart 219-cu il tarixli qərardadı (sədrlik edən: M.R.Hüseynov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) ilə iddiaçının apelyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadından iddiaçının birbaşa narazı olması müəyyən edilmədiyindən, ümumi məzmunlu tələblər, iddia və şikayət irəli sürdüyündən, həmçinin şikayətin forma və məzmununa riayət edilmədiyindən, iddiaçının xahişi göstərilmədiyindən apelyasiya şikayəti mümkün sayıla bilməz. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-215/2019 nömrəli, 19 mart 219-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, onun iddia tələbinin məhkəmələr tərəfindən mümkünsüz sayılması tələbin mülki xarakterli olması və aidiyyət məsələlərinin pozulması ilə bağlı olmuşdur. Məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı oxşar tələblə Qax rayon məhkəməsinə müraciət etmişdir. Lakin tələbinə baxılaraq iddiası rədd olunmuş və ona şifahi şəkildə İnzibati-İqtisadi məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı yaşlı və əlil şəxs olmaqla savadsız bir şəxsdir. O, tələbinə müsbət baxılacağı ümidi ilə Şəki İnzibati-İqtisadi məh kəməsinə müraciət etmişdir. Onun ilk tələbinə baxılaraq 2-1(84)1027/2016 saylı, 10 noyabr 2016-cı il tarixli qərardad ilə iddiası mümkünsüz sayılmış və əsas kimi iddia ərizəsinin düzgün tərtib olunmadığı bildirilmişdir. Bu da onu göstərir ki, məhkəmələr süründürməçiliyə yol vermişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona göndərilmiş məhkəmə bildirişində məhkəm ə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələ blərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Apelyasiya məhkəməsi iddiaçının şikayəti üzrə apelyasiya icraatının mümkün sayılmaması barədə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 19 fevral 2019-cu ıl tarixli 2-1(84)-329/2019 nömrəli qərardadından iddiaçının birbaşa narazı olması müəyyən edilməmiş, ümumi məzmunlu tələblər, iddia və şikayət irəli sürülmüş, iddiaçının ümumilikdə nədən şikayətçiolmasını müəyyən etmək mümkün olmamış, həmçinin şikayətin forma və məzmununa riayət edilməmiş, şikayətdə iddiaçının xahişi göstərilməmişdir. İş materiallarından görünür ki, apelyasiya məhkəməsi tərəfindən qeyd edilən nöqsanl arın aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış məhkəmə bildirişində apelyasiya şikayətinin forma və məzmununa riayət etməklə müvafiq düzəlişlər edib şikayətin məhkəməyə rəsmi təqdim olunması xahiş edilmişdir. (iş vər. 103) Bundan əlavə, 19 mart 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında sədrlik edən çatışmazlıqların aradan qaldırılmasını iddiaçıya təklif etsə də, iddiaçı hər hansı əlavə sənəd imzalamayacağını və əlavələrinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İPM-in 86.1-ci maddəsinə əsasən, şikayət daxil olduqdan sonra inzibatı-iqtisadi məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apelyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını, apelyasiya şikayəti verə n şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apelyasiya instansiyası məhkəməsinin göstərilməsini və.s. Lakin apelyasiya şikayətindən də göründüyü kimi, qanunvericiliyin apelyasiya şikayətinə dair qeyd edilən müddəalarına iddiaçı tərəfindən əməl olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qanuna müvafiq olmadığından apelyasiya məhkəməsi iddiaçının şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdı r. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-215/2019 nömrəli iş üzrə 19 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2182/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2182/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver