Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2182/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə) qarşı əlillik dərəcəsinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)533/2021 nömrəli iş üzrə 08.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə) qarşı əlillik dərəcəsinin verilməsi barədə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-339/2020 nömrəli, 12.02.2020-c i il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Axundov) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin verilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(112)-4408/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı idd iaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2, 12, 13, 15.1, 17, 19, 24.2-ci maddələrinə, İPM-nin 2.2.2, 14.3, 52, 68, 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad edərək, belə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09 oktyabr 2020-ci il t arixli, 2-1(112)-4408/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 08.06.2021-ci il tarixli, 2-1(103)-533/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Həmid Həmidov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4408/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dai r» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3, 8.5 və 9-cu bəndlərinə, İPM-nin 35.1-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadını əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarından və cavabdeh inzibati orqanın yazılı münasibətindən göründüyü kimi, iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsasən X4 QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin əlilliyin təyininə əsas olan 4405003AAB5B saylı göndərişinin “Azərbaycan X4” QSC-nin tərəfindən rəsmiləşdirilməsi olmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırmış olduğu ona təkrar İİ qrup əlillik dərəcəsinin verilməsi tələbi mümkün sayıla bilməz, iddiaçı ilk öncə, cavabdehin əlilliyinin etibarsız hesab edilməsi hərəkətinin əsası kimi çıxış etmiş “Azərbaycan X4” QSC tərəfindən 4405003AAB5B saylı göndərişinin hansı səbəbdən əsassız rəsmiləşdirilmə aparmasını mübahisələndirməlidir.
9. İddiaçı məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iddia ərizəsində, hə mçinin apellyasiya şikayətində də qeyd edib ki, o 1999-cu ildən 2007-ci ilədək İİ qrup əlil kimi pensiya alıb. Həmin sənədlərin cavabdeh orqandan tələb edilməsi və onun tibbisosial ekspertiza müayinəsindən keçməyi barədə vəsatət qaldırılsa da, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsas olmadan vəsatət təmin edilməmişdir.
10. Əlavə olaraq qeyd edir ki, atası X5, qardaşı X3 N saylı hərbi hissənin tərkibində xidmət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. O, isə həmin döyüşlər zamanı ağır yaralanmış və hazırda da mərmi qəlpələri bədənindədir.
11. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 2-1(103)533/ 2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (11 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-s osial ekspert komissiyaları haqqında Əsasnaməsi 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
15. Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrə li qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4 TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin mü əyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 16. 3.1 Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2 əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayənd əsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3 əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4 əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5 əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikay ətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır 3.8 xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir
17. İnzibati Prosessual Məcəllə: Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilm əsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.;
18. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
23. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi inzibati məhkəmə icraatını digər məhkəmə ic raatlarından fərqləndirən xüsusi bir cəhəti verdır ki, bu İPM-in maddəsinndə təsbit edilən məhkəmənin yardım etmək vəzifəsidir.
24. Bu arada qeyd edilməlidir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1977-ci il tarixdə doğulmuşdur. O, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti olmaqla yaşayır. 1999-cu ildən 2007-ci ilədək İİ qrup əlil kimi pensiya almışdır. Sonradan təkrar müayinəyə getməsi üçün pensiya dayandırılmışdır. Bununla bağlı o, təkrar o laraq cavabdeh orqana müraciət etmişdir. Müraciətdən sonra 23 aprel 2018-ci il tarixdə ona yenidən 5 il müddətinə İİ qrup əllilik dərəcəsi təyin edilmişdir. Lakin hec bir əsas göstərilmədən, 2019-cu ilin fevral ayında ona verilən pensiya dayandırılmışdır. Bununla bağlı təkrarən cavabdeh orqana müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir.
26. Apellyasiya məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiasının mümkün olmaması qənaətinə gəlincə, İPM-in 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərinə istinad etmişdir.
27. Sözügedən nəticəyə gələn apelyasiya məhkəməsi öz qərardadında göstərmişdir ki, “İş mate riallarından və cavabdeh inzibati orqanın yazılı münasibətindən göründüyü kimi, iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsasən X4 QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin əlilliyin təyininə əsas olan 4405003AAB5B saylı göndərişinin “Azərbaycan X4” QSC-nin tərəfindən rəsmiləşdirilməsi olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırmış olduğu ona təkrar İİ qrup əlillik dərəcəsinin verilməsi tələbi mümkün sayıla bilməz.
29. Məhkəmə kolleg iyası qeyd edir ki, iddiaçı ilk öncə, cavabdehin əlilliyinin etibarsız hesab edilməsi hərəkətinin əsası kimi çıxış etmiş “Azərbaycan X4” QSC tərəfindən 4405003AAB5B saylı göndərişinin hansı səbəbdən əsassız rəsmiləşdirilmə aparmasını mübahisələndirməlidir.”
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi İPM-in 13-cü maddəsinə əsaslanmaqla iddiaçıya yardım etmək əvəzinə inzibati mübahisəyə formal yanaşmış və faktların sadalanması ilə kifayətlənmişdir. (bax qərarın 14-15 bəndlərinə)
31. Lakin apelyasiya məhkəməsi cavabdehin və üçüncü şəxsin, iddiaçının hazırkı tələbi üzrə yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya 23.04.2018-ci il tarixdə əl illik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilibkeçirilməməsini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul etmişdir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 08.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-n in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 21(103)-533/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.