Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2182/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(105)-68/2022 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqana cərimə tətbiq olunmasına dair ərizə barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-499/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, “Saray qəsəbəsində ona məxsus torpaq üçün sotu 5000 AZN olmaqla 20000 AZN ödənilməsini, uzunluğu 23 metr eni 2 metr hündürlükdə olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN) ümumilikdə 21200 AZN kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ona verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-112/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçıya, onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 0.03972 ha torpaq sahəsinin tikinti altına düşdüyünə görə 31776 manat, cavabdeh tərəfindən hasarın sökülməsinə görə dəymiş ziyana görə 1566 manat, ümumilikdə 33.342 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-112/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilərək iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşə n 0,3972 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 13482 (on üç min dörd yüz səksən iki) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1178/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 16 noyabr 2022-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Məhkəmə qərarının könüllü icrası üçün cavabde hə 30 gün müddət təyin olunmuş və qərar icra olunmadığı halda İPM-in tələblərinə uyğun olaraq 50.000(əlli min) manatadək cərimə oluna biləcəyi barədə xəbərdar edilmişdir.
6. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmuş və müvafiq vəsait Agentliyə daxil olandan sonra nəzərdə tutulmuş vəsait iddiaçıya veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-1(118)-112/2021 nömrəli qərardadı ilə (hakim C.Məmmədov) cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün 1000 (min) manat məbləğində cərimə olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı cavabdeh təşkilata kifayət qədər vaxt verilmiş, lakin cavabdeh təşkilat məhkəmə qərarı ilə qət edilmiş maliyyə vəsaitini iddiaçıya verilməsinin mümkünsüzlüyü (yəni özündən asılı olmayan səbəblər üzündən) ilə bağlı tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-499/2023 nömrəli qərardadı ilə (hakimlər Z.Məmmədov – sədrlik edən və məruzəçi, G.Cabbarova və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-c ü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını məhkəməyə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubun dəlilləri təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakter li müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə ü zrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 21(105)-68/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 16 noyabr 2022-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müvafiq qərar cavabdehə çatdırılsa da, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamış, həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh orqan müvafiq qərarın icrasını tam olaraq təmin etmədiyinə görə 1000 (min manat) məbləğində cərimə olunmuşdur.
21. Cavabdehin kassasiya şikayətinin əsas dəlil olaraq qeyd etmişdir ki, vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmuş və müvafiq vəsait Agentliyə daxil olandan sonra nəzərdə tutulmuş vəsait iddiaçıya veriləcəkdir.
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir.
23. Belə ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunver icilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla mü əyyən edilmiş məsuliyyətə səbəb olur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
26. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı - məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasın ın cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir. 27. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya ş ikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-499/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.