Məhkəmə qərarları › İş №2-1(102)-2183/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2183/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2183/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X8 Azərbaycan Respublikasının Təhsil Nazirliyi X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 02.12.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X2 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1296/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş x xxxx 2001-ci il tarixli ******* saylı diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı hüquqşünaslıq ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət attestasiya komissiyasının x xxxx 2001-ci il tarixli qərarı ilə ona hüquqşünas ixtisas dərəcəsi verilmişdir. Diplom Mahaçqala şəhəri Dağıstan Respublikası elm və təhsil nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə 238492 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı 1996-2001-ci illərdə Dağıstan Dövlət Universitetində təhsil almışdır. O, 5 il müddətində təhsil aldığı müddətdə ixtisası üzrə keçirilmiş fənlərdən əla, yaxşı, məqbul və kafi qiymətlər almışdır.

2. İddiaçı xx xxx 2019-cu il tarixli ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş x xxxx 2001-ci il tarixli ******* saylı diplomun tanınmasını xahiş etmiş, cavabdeh x xxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, o, X7 Dövlət Universitetinin Bakı Filialında təhsil almışdır. X7 Dövlət Universitetinin Bakı Filialı qeyri- qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 sayı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.7-ci bəndinə əsasən A74F60CDBE78605 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərə k, x xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildə Dağıstan Dövlət X9 adına Bakı filialının hüquq fakültəsinə qəbul olmuş, 2001-ci ildə həmin filialı bitirərək ali təhsilli kimi bir il hərbi xidmətdə olmuşdur. xx.xx.2018-ci il tarixində diplom Dağıstan Respublikası Təhsil Nazirliyi və Dağıstan Dövlət Universiteti tərəfindən müraciəti əsasında Apostillə müvafiq qaydada təsdiq edilmişdir. Bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi barədə xx.xx.2018-ci il tari xində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə onlayn qaydada müraciət etmişdir. xx.xx.2018-ci il tarixində tərəfindən təqdim olunmuş sənədlər düzəliş adı ilə idarə tərəfindən onlayn qaydada geri qaytarılmışdı. Sənədlərdə hansı düzəlişlərin edilməsi ilə bağlı Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində qəbulda olarkən rəis vəzifəsini müvəqqəti icra edən Eldar Orucov ona bildirmişdir ki, sənədlərin geri qaytarılmasına səbəb Dağıstan Dövlət X9 adına Bakı filialının xx xxxx 2007-ci ildə 1 saylı yerli İqtisad Məhkəməsinin qətnaməsi əsasında fəaliyyətinin dayandırılmasıdır. Öz növbəsində bildirmişdir ki, iddiaçı adı gedən filialı fəaliyyəti dayandırılmazdan əvvəl bitirmiş, bundan əlavə xx xxxx 2007-ci il tarixli bir saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı qətnaməsinin surətini təqdim edərək bildirmişdir ki, qətnaməyə əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi, ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət X9 adına Bakı filialına qarşı iddia qaldiraraq, filialın fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırki dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən, filial Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmadan fəaliyyət göstərdiyi üçün, fəaliyyəti dayandırılmalıdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edib ki, Azərbaycan Resp ublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanuna uyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə işi araşdıraraq işin hallarına hüquqi qiymət verərək, filialın fəaliyyətini dayandırıb. İddia qalan hissələrdə isə rədd olunmuşdur. Öz növbəsində iddiaçı, Azərbaycan Respublikası Təhsil Nazirliyi qətnamədən şikayət verməmişdir və bununla da qətnamə hüquqi qüvvəyə minmişdir. Yalnız bundan sonra rəis vəzifəsini müvəqqəti icra edən Eldar Orucov iddiaçının növbəti müsahibə mərhələsinə buraxılmağı ilə bağlı göstəriş vermişdir və bununla da sənədləri onlayn qaydada elektron kabinetdə yenidən icraata alınmışdır. Müsahibə mərhələsi xx.xx.2019-cu il tarixinə təyin edilmişdir. Həmin tarixdə müsahibəni uğurla keçərək mərhələlərdən sonuncu olan şəhadətnamənin alınması mərhələsində, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən elektron kabinetinə diplomun tanınmasına imtina ilə bağlı qeyd yerləşdirilmişdi. Diplomun tanınmasına dair şəhadətnamənin verilməsinə imtinanın səbəbi kimi növbəti dəfə xx xxxx 2007-ci il tarixli bir saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı qətnaməsi və “Avropa reg ionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 1-ci bəndi, Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini əsas kimi göstərilmişdir. Diplomun tanınmasına əsassız imtina ilə bağlı müxtəlif tarixlərdə Akkreditasiya və Nostrifikasiya İdarəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbərliyinə və Nazirliyin hüquq şöbəsinə tərəflərindən müraciət olunmasına baxmayaraq Nazirlik 2007-ci il tarixli qətnaməni əsas gətirərək, hər dəfə standart cavab verməklə Azərbaycan Respublikası adından çıxarılmış və hüquqi qüvvəyə minmiş qətnamənin icrasından qərəzli surətdə yayınır. İddi açı eyni zamanda bildirir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən imtinaya əsas kimi göstərilən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” konvensiyanın 1-ci bəndi və Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndi Bakı filialında təhsil aldığım üçün mənə qarşı əsas kimi göstərilə bilməz. Bundan əlavə xx xxxx 2007-ci il tarixli bir saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı qətnaməsində məhkəmənin gəldiyi nəticəyə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq filialda təhsil alıb və bu barədə müva fiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanuna uyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.

5. Təhsil Nazirliyi iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, Nazirlik tərəfindən İddiaçı sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı X7 Dövlət Universitetinin Bakı filialında “Hüquq” fakültəsində əyani şöbəsində təhsil almışdır (DDU-n TN-n sorğusuna olan xx.xx.2019-cu il tarixli, 18-22/60 nömrəli cavab məktubu). Həmçinin bu fakt iddiaçının təqdim etdiyi ərizəsində də öz əksini tapmışdır. Digər tərəfdən iddiaçının təqdim etdiyi diploma əlavədən göründüyü kimi, vətəndaşa nə “Azərbaycan dili”, nə də ki, “Azərbaycan tarixi” fənləri tədris olunmamışdır. Bu da həmin dövrdə qüvvədə olan (1992-ci il t arixli) Azərbaycan Respublikasının “Təhsil qanunu”nun 6-cı maddəsinə əsasən “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” fənlərinin tədrisi məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi olmalıdır, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bən dinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Eyni zamanda bildirir ki, X7 Dövlət Universitetinin Bakı filialı qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərirdi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar; hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlə rinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaları”nın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Bəhs edilən X7 Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasının Qanunlarına və ondan irəli gələn digər normativ- hüquqi aktların tələblərinin icrasına məhəl qoymayaraq, qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2398/4489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Qeyd olunanlar nəzərə alınaraq qeyri-qanuni fəaliyyət göstərən təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-2819/2019 saylı) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək X7 Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş x xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X12-məruzəçi, X11 və X16, 2-1(103)-1296/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin şikayətini təmin e tmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etmiş və iddia tələbini təmin etməmişdir.

10. Apelyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının iş materiallarında olan diplomu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 sayı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” na uyğun olmaması ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin Ekspert Qrupunun xx.xx.2013-cü il tarixli rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması qeyd edilmişdir.

11. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını x xxxxxxxx 2020-ci il tarixdə almış, x xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Filialın fəaliyyəti 2007-ci ildə dayandırıldığı halda, iddiaçı 2001-ci ildə məzun olmu şdur. Bundan başqa, Filialın fəaliyyəti dayandırılarkən Filialın fəaliyyətə başladığı gündən hal-hazırki dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi barədə nazirliyin iddiası təmin edilməmiş, təhsil alan şəxslərin digər təhsil müəssislərində təhsillərini davam etdirmələrinə Təhsil Nazirliyinin özü tərəfindən şərait yaradıldığı, eləcə də həmin Filialı bitirmiş bir çox şəxslərin diplomlarının cavabdeh tərəfindən tanınması nəzərə alındığında ona münasibətdə diplomun tanınmasından imtina edilməsi əsaslı olmamışdır.

14. Hazırki araşdırmanın aparılması iddiaçının tələbinə bərabərlik hüququnun təminatları baxımından qiymət verilməsi üçün olduqca vacibdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamın qanun və məhkəmə qarşısında bə rabərdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində isə təsbit edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsi istisna etmir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən məhkəmə qərarı əsasında Filialı əvvəllər bitirmiş üç məzunun diplomu tanımışdır. Buna dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(102)- 1051/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi sübut kimi qəbul edilməlidir.

15. Azərbaycan Respublikasının qoşulduğu “Avropa Regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın ali təhsil ixtisaslarının tanınması adlanan Yl bölməsində Yİ.1-ci maddədə qeyd edilir ki, tanınma haqqında qərar ali təhsil ixtisası ilə təsdiq olunan biliklərə və vərdişlərə əsaslanır, o halda hər bir Tərəfdaş digər Tərəfdaşda verilmiş, ali təhsil ixtisasını tanıyır; yalnız o hallar istisnadır ki, tanınması istənilən ixtisasla Tərəfdaşın ixtisasları arasında əhəmiyyətli fərqlər əsaslandırılmış şəkildə təqdim olunsun. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin əsassız o lduğunu bildirmiş və təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.

18. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X6 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüs usi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarını nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin:

1. Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: 2. (-)...

3. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmə lər) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.

19. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasib ət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir.

20. İddiaçı telefonla zəng edərək şifahi qaydada, cavabdeh ərizə ilə məhkəmə müraciət bildirmişlər ki, işə onların iştirakı olmadan yazılı icraat qaydasında baxılmasına etiraz etmirlər.

21. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 22. “Təhsil haqqında” Qanun: Maddə. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tə hsil haqqında dövlət sənədi verilir (xx xxxx 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nost rifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 23. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu: Maddə

13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.

24. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiy a yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasi ya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müə yyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət stan dartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddət i Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi: Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və y a filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. 29. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətləraras ı saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Kasasiya şikayəti vaxtında, yə ni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddiaçının əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

35. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İddiaçı təhsil aldığı vaxt X5 Dövlət Universitetinin Bakı filialının Azərbaycan Respublikasında fəaliyyəti qanuni olmamış, ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün filial xüsusi razılıq (lisenziya) almamışdır.

37. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X5 Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. 38. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsi də tələb edirdi ki, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilə bilər.

39. Həmçinin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan təhsil qanunvericiliyinin tələbinə görə təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.

40. İddiaçının təhsil aldığı X5 Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz.

41. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

42. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1296/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar