Məhkəmə qərarları › İş №2-1(102)-2183/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2183/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2183/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkün sayılmaması, müddətin üzrsüz səbəbdən ötürülməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “əl illiyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)-691/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19.06.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat Bakı İnzib ati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4864/2020 saylı qərarı ilə (hakim A. Abdullayeva ) iddia təmin edilmişdir. Cavabdeh məhkəmənin həmin qərarından apelyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 21(103)-691/2021 nömrəli qərarı ilə (Hakimlər A. Hüseyn-sədrlik edən və məruzəçi, V. Ağayev və A. Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)-691/2021 nömrəli qərarı 05.05.2021-ci il tarixdə qeydiyyata alınmış, lakin sənəd dövriyyəsinin, eləcə də cavabdehə qarşı məhkəmə iddialarının həddindən artıq çoxluğu və işçi sayının azlığı səbəbindən həmin qərardan kassasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblərdən buraxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın müm künlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əsassız olduğundan təmin edilməməli, kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür. Kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)-691/2021 saylı qərarı 03 may 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh də Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)-691/2021 nömrəli qərarının 05.05.2021-ci il tarixdə tərəfindən qeydiyyata alındığını, yəni məhkəmənin qərarının ona təqdim olunduğunu təsdiq edir. Təqdimetmənin təsdiqi barədə müvafiq qeyd və sənəd iş materialları na əlavə olunmuşdur. Həmin gündən iddiaçının qərardan şikayət vermə müddətinin axımı başlamışdır. Qərarda hüquqi müdafiə vasitələri ilə bağlı məlumatlar, o cümlədən qərardan şikayət vermə müddəti də nəzərdə tutulmuşdur. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin tərəfindən ötürüldüyünü müddətin bərpasına dair vəsatətdə etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğuna istinad etmişdir. Cavabdeh vəsatətdə qeyd etmişdir ki, qərarı vaxtında aldıqlarına baxmayaraq, sənəd dövriyyəsinin, eləcə də cavabdehə qarşı məhkəmə iddialarının həddindən artıq çoxluğu və işçi sayının azlığı baxımından həmin qərardan vaxtında kassasiya şikayəti vermək imkanları olmamışdır. Cavabdeh qeyd olunanları nəzərə alaraq buraxılmış müddətin bərpa olu nmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vəsatətində istinad etdiyi hallar və dəlillər şikayətin verilməsi ilə bağlı müddətə əməl olunmamasının, eləcə də şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin cavabdeh tərəfindən ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdeh tərəfindən onun təqsiri olmadan müddətin buraxıldığına dair məhkəməyə hər hansı sənəd, məlumat və ya sübut təqdim olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Bu baxımdan kassasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, hazırkı kassasiya şika yəti mümkün sayılmamalıdır. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 94 və 96-cı maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)-691/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdehin vəsatəti təmin edilmir. Cavabdehin kassasiya şikayəti mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar