Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2183/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportda dəyişiklik edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 31.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahə sinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadından ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 2 saylı binada yerləşən keçmiş bərbərxana olan sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumq ayıt Texniki İnventarlaşdırma idarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş, məhz bu texniki ölçülərdə qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. İddiaçının sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev iddiaçının mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır. İddiaçı onun bu qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, dəhliz iddiaçının mülkiyyətində hesab edilərək, H.Bağıyevin ona məxsus 40,25 kv m olan qeyri-yaşayış sahəsinin dəhlizində in şa etdiyi divarın onun öz hesabına sökülməsi, dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan maneənin ona qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmiş və icra olunaraq iddiaçıya məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş və dəhlizin əvvəlki vəziyyəti bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri-qanuni olaraq öz məqsədləri üçün istifadə edir. İcra zamanı iddiaçıya məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən dövrdə H.Bağıyev saxta yollarla, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əməkdaşlarını aldadaraq və yaxud onların səhlənkarlığından istifadə edərək texniki pasportda iddiaçının sahəsi kimi göstərilmiş və 1997-ci ildən idd iaçının mülkiyyətində olan dəhlizin yarısını öz sahəsi kimi mülkiyyətinə və öz sahəsinin texniki sənədlərinə daxil etmişdir, Ərazi İdarəsi ona bu barədə çıxarış və texniki pasport vermişdir.
3. İddiaçı bu barədə 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK-ya rəsmi ərizə ilə müraciət etmişdir. Bu ərizə nəticəsində iddiaçıya öz sahəsinə dair mülkiyyət hüququna dair çıxarış vermişlər, lakin texniki pasport verməmişlər və bildirdilər ki, H.Bağıyevə məxsus çıxarış və texniki pasport qismən etibarsız hesab edilmədən iddiaçıya texniki pasport verilə bilməz. Bununla bağlı iddiaçı iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı ona verilmiş çıxarış və texniki pasportun qanunsuzluğu təsdiq edilmişdir. Cavabdeh idarənin nümayəndəsi də bildirmişdir ki, əvvəlki qətnamələrlə dəhlizin ümu mi istifadədə olması sübut edildiyi halda H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport səhv olmuşdur və bu barədə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport qismən, dəhliz hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qanuni hesab edilərək qətnamə qüvvədə saxlanmışdır. Lakin işə Ali Məhkəmədə baxılanda məlum olmuşdur ki, mübahisə inzibati orqana qarşı verildiyi üçün bu işə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, qətnamələr ləğv edilmiş və işə yenidən baxan Sumqayıt şəhər Apellyasiya Məhkəməsini qərardadı ilə işə xitam verilmişdir. İnzibati məhkəməyə müraciət etm ək üçün hüquqi əsasların yaranması üçün iddiaçı cavabdeh təşkilata müraciət edərək H.Bağıyevin adına olan çıxarışın qismən, iddiaçının dəhlizinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə iddiaçıya bundan imtina edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-474/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.E.Əzizova) iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmə si öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. 5. 25 noyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-474/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-474/2022 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim V.E.Əzizova) ərizə rədd edilmişdir.
7. Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
8. Həmçinin, məhkəmə qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi, üçüncü şəxs və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) birinci instansiya məhkəməsinin xx.xx.2022ci il t arixli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəf və ya məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs qismində çıxış etmədiyindən, habelə iş üzrə onun hər hansı tələbi mövcud olmadığından, apellyasiya şikayəti vermək hüququ isə yalnız tələbin təmi n olunmadığı halda yarandığından, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən onun indiki halda müvafiq məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ olmamışdır.
11. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmamışdır.
12. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, nəzərə alınmamışdir ki, barəsində apellyasiya şikayəti verilən Sumqayıt İnzibati Məhkəməsinin 21(118)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi bilavasitə 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə öhdəlik qoyur, belə olan halda isə məhkəmə qərarı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməli idi. Birinci instansiya məhkəməsi bununla bağlı Ərazi İdarəsi tərəfindən verilmiş ərizəni təmin etməmiş, həmin qərardaddan apellyasiya şikayəti verilmiş, lakin məhkəmə kollegiyası həmin şikayətə apellyasiya instansiyası məhkəməsində baxılmasını gözləmədən tələsik hazırki mübahisələndirilən qərardadı çıxarmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜ QUQ
15. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icra at zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X1 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqa yıt Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. 20. 25 noyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
21. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-474/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
22. Həmin qərardaddan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.
23. Həmçinin, məhkəmə qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi, üçüncü şəxs və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
25. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən idarənin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir.
26. Lakin apellyasiya instansiyası məhkəməsi 13 iyun 2023-cü il tarixli qərardadında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin həmin apellyasiya şikayətinə baxmaq və baxıb idarənin iş üzrə 3-cü şəxs qismində cəlb edilib-edilməməsi məsələsinin həll edilməsi əvəzinə, apellyasiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinə baxmışdır.
27. Halbuki yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi ilk öncə 13 iyun 2023-cü il tarixli qərardadında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilibedilməməsi məsələsini həll etməli idi.
28. Beləliklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 sayl ı Sumqayıt Ərazi İdarəsi birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 21(118)-474/2022 saylı qərardadından apellyasiya şikayəti verdiyi təqdirdə, apellyasiya məhkəməsi həmin apellyasiya şikayətinə ümumiyyətlə baxmamışdır.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 13 iyun 2023cü il tarixli, 2-1(105)-549/2023 nömrəli qərardadı ləğv edilməli, iş 2 saylı Sumqayıt Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(118)-474/2022 saylı qərardadından vermiş olduğu apellyasiya şikayətinə baxılıb həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
30. Yuxarıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 21(118)-474/2022 saylı qərardadından vermiş olduğu apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.