Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2183/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; ödənilən məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində mövcud olmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddi açı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 23 aprel tarixli, 2-1(108)-45/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, 2-1(122)-79/2024 nömrəli qərarı ilə (hakim H.X.Muradov) iddia təmin edilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad rayon idarəsinin 15 may 2023-cü il tarixli, 03 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024cü il 23 aprel tarixli, 2-1(108)-45/2024 saylı qərarı ilə (hakimlər Y.S.Qurbanov /sədrlik edən və məruzəçi/, S.M.Qarayev və S.H.Novruzov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, 2-1(122)-79/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Məhkəmələr iddianın təmin edilməli olduğuna dair mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün qanunun dispozisiya şərtində tələb olunan hər 3 şərt mövcud olmuşdur. Belə ki, onun yaşa görə pensiya hüququ xx.xx.2019-cu il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən yaranmış, eləcə də Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdehin mövqeyinə görə, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X1 Sistemində) öz əksini tapmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamış, 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə a lınmamışdır. Bununla əlaqədar məhkəmələr qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqları üzrə ödənişin elektron sistemdə qeydə alınmaması və bu baxımdan onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu halda sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmələr bu zaman iş üzrə müəyyən edilmiş o hala istinad etmişlər ki, iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,45 ha torpaq sahəsinin verilməsi və həmin sahədən istifadə ilə əlaqədar 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə məcb uri dövlət sosial sığorta haqlarının ödənilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır, cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyi mübahisələndirilmir.
4. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının ümumi 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığı, eləcə də 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilər kən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazı mi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalı dır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir sıra qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1307/2021 nömrəli, xx.xx.2021-ci il tarixli; 2-1(102)-668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; 2-1(102)1126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etdiyi və həmin qəbzlərin mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu qəbzlərin mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxs yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməyəcəkdir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Kollegiya nəzərə alır ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və təqdim olunan ödəniş qəbzlərinin mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
9. Kollegiya həmçinin qeyd edir ki, ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəza rəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir.
10. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülə n qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
12. Odur ki, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyə nləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 23 aprel tarixli, 2-1(108)-45/2024 saylı qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.