Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2184/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal istismar sahəsinə, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə yanında X3 Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2184/20) Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: (çıxarışın və texniki pasportun verilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti MKTByə və qeyrilərinə qarşı icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli 2-1(103)-419/2020 nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal istismar sahəsinə, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə yanında X3 Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 4-cü Naqonıy (hazırkı Mirqasımov) küçəsi 22 saylı şəxsi mülkiyyətlərində olan bələdiyyələşdirilməmiş evin zirzəmisin 77,3 kv.m sahəsinə dair cavabdeh AR ƏMDK-si ilə X2 arasında xx xxxx 2013-cu il tarixli 5491 №-li başlanmış icarə müqaviləsinin, xx xxxx 2013-cü il tarixdə bağlanmış 4968 №-li icarəyə verilmiş obyektin alqı-satqı müqaviləsi AP ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında DƏDRX-dən xx xxxx 2013-cü il tarixli ******* nömrəli çıxarışın və AR ƏMDK yanında DƏDRX -nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Nəsimi rayonu AK.Mirəli Qaşqay küçəsi 66, qapı 1,2 saylı qeyriyaşayış sahəsinə dair xx xxxxxxx 2013-cü il tarixli reyestr nömrəsi **********9-05101 olan texniki pasportun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3779/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 37-ci maddələrinə “İnzibati və mülki hüquq münasibətlərindən gələn mübahisələri n məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 9-cu bəndinə əsaslanmışdır.
4. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan Maraqlı şəxs1 və Maraqlı şəxs2 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli, 2-1(81)-3779/2019 saylı qərardadının ləğv edilməsini, inzibati məhkəmə icraatına cəlb edilməsini, inzibati orqan kimi cavabdehlərin hərəkətlərində vəzifə saxtakarlığı cinayətin əlamətləri aşkara çıxdığına görə iddiaçıların iddiasını mümkün sayılmasına və aidiyyəti üzrə prokurora xəbər verilməsinə dair xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-419/20 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərardadı ilə ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə ərizəsinin təmin edilməməsi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)3779/2019 saylı qərardadından verdikləri apelyasiya şikayətinin mümkün hesab edilməməsi və apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilməkdən imtina edilməsi qərara alınmışdır.
5. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə, “Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitsuiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Qərarına əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri:
6. Ərizəçilərin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı şəhəri, Nəsimi rayonu İH MKTB-nin xx xxxxxx 2014-cü il tarixli Ş-2 saylı məktubuna əsasən Nəsimi rayonu, Ak. Mir Qasımov küçəsi, 22 saylı ev Nəsimi rayon İH MKTB-nin balansındadır. Nəsimi rayon İH MKTB-nin xx xxxx 2013-cü il tarixli məktubuna əsasən həmin ünvanda yerləşən 113 kv.m zirzəmi Emin Şahbazovun istifadəsindədir. X5 küçəsi 22 saylı fərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla Mirəli Qaşqay küçəsi 66 adlandırılması onlara məlum deyildir. Mirəli Qaşqay küçəsi 22 saylı fərdi yaşayış evinin zirzəmisi 13 saylı MKİS tərəfindən istifadə edilməyi b və MKİS tərəfindən heç kimə icarəyə verilməyib. Qeyd olunan nüanslarla bağlı, AR Cinayət Məcəlləsinin 313-cü maddəsilə Nəsimi Rayon Prokurorluğunda araşdırılma başlanılmış, lakin işin istintaqı davam etdirilməmişdir. Göründüyü kimi cavabdehlər inzibati orqan olmasına baxmayaraq qanunsuz əməllərilə onların konstitusion mülkiyyət hüquqlarını, qanunla qorunan mənafelərini pozmuşdur.
7. Bütün yuxarıda göstərilənlərə əsasən ərizəçilər kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)419/20 nömrəliqərardadının ləğv edilməsini, ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizələrinin təmin edilməsi, apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdirlər.
8. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
9. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxxx 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbay can Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
12. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 hazırkı inzibati iş üzrə iddiaçıların iddiasının mümkün sayılmamasına dair qərardadın onların hüquq və vəzifələrinə toxunduğuna görə ləğv edilərək, onların işə cəlb edilməsini xahiş etmişdirlər.
13. Bununla əlaqədar o laraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs qismində (adi və ya zəruri cəlbetmə) cəlbetmənin tətbiq edilməsi üçün üçüncü şəxslə mübahisəli hüquq münasibəti arasında əlaqənin olması mövcud olmalıdır.
14. Göründüyü kimi iş materiallarından belə bir əlaqənin olması (tərəflərdən biri və ya hər ikisi ilə, yaxud mübahisə predmeti arasında əlaqə olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin; və yaxud hüquqi mübahisə ilə bağlı tərəflər və üçüncü şəxslər barəsində yalnız vahid qərar qəbul edilsin) müəyyən edilmir, ərizəcilər tərəfindən də təqdim edilməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddə tdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 16. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitsuiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
17. Qeyd edilənlərə əsasən məhəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi üzrə ərizəçilər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilə bilməz.
18. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nət icəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçilərin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-419/20 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.