Məhkəmə qərarları › İş №2-1(102)-2184/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2184/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2184/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2001-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023cü il tarixli, 2-1(105)-301/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının mü dafiəsi zamanı alınmışdır”, “Vertebroqen lumbalqiya, remissiya mərhələsində” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi qeyd edilmişdir.

2. İddiaçıya Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0329003AAPDL nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, iddiaçı son 6 ay ərzində – xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Psixonevroloji Reabilitasiya Mərkəzin də stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “Y36.4. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr. QKBT-sı Barotravma” qoyulmuş, ağırlaşmalar “F07.2 Postkontuzion sindrom emosional pozuntu”, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla”, yanaşı xəstəliklər isə “F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegtetativ damar distonsiyası, nevrotik təzahürlər. Vertebrogen lumbalgiyası remissiya mərhələsində” kimi müəyyən edilmişdir.

3. Sözügedən göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişd ir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə 2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Cəbrayıl və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak etmiş, Cəbrayıl və Qubadlının azad olunmasına görə med allarla təltif edilmişdir. Vətən Müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müayinə və müalicə olunmuş, barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə 23777 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. Əlillik təyin edilməsi üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 0329003AAPDL nömrəli göndəriş cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, çünki onun səhhətində olan xəstəliklər, müalicə olunduğu tibb müəssisələri tərəfindən onun barəsində tərtib edilmiş epikrizlərdə və 0329003AAPDL nömrəli göndərişdə qe yd edilmiş tibbi qeydiyyatlar ona əlilliyin təyin edilməsinə əsas verir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək, onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir.

7. Məhkəmə qərardadının icrası qaydasında iddiaçının əlilliyi TSEK-də yenidən qiymətləndirilərək ona “Postkontuzion sindrom emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir.

8. İd diaçı əlilliyin dərəcəsi ilə razılaşmayaraq, məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ona xx.xx.2022-ci il tarixdən ikinci qrup müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0329003AAPDL nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psi xi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48F48.9).” səbəbi ilə 5 il müddətinə İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə xx.xx.2022-ci il tarixdə Agentlikdə baxılmışdır. Aparılan araşdı rmalar çərçivəsində, iddiaçı Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətini əks etdirən tibbi sənədlər araşdırılmışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0329003AAPDL nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Verilmiş qərardan narazı qalan iddiaçı təkrar olaraq əyani müayinə edilmişdir. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021ci il tarixli, 23777 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, A zərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Vertebroqen lumbalqiya, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 18.03xx.xx.2022-ci il tarixli, 3225/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (postkontuzion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Quba rayon Psixo-Nevroloji Reabilitasiya Mərkəzinin 27.05-xx.xx.2022-ci il tarixli, 417/22 nömrəli stasionar tibbi kartasından çıxarışda diaqnoz “QKBT nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom, bir neçə dəfə sui-qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativkonversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1287/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.x x.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz ikinci qrup əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib olunmuş 0329003AAPDL nömrəli (Forma 88) göndərişdə qeyd edilən XBT-10 F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distoniyası, nevrotik təzahürlər” diaqnozlu xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü maddəsində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xəstəliklər sırasın da öz əksini tapmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 28 aprel 2023-cü il tarixli, 2-1(105)-301/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının adına tərtib edilmiş 0329003AAPDL nömrəli göndərişdə iddiaçının əsas diaqnozu olaraq “Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr. QKBT-sı Barotravma”, xəstəliyin ağırlaşmaları olaraq F07.2 kodlu “Postkontuzion sindrom emosional pozuntu”, F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla”, yanaşı xəstəlik olaraq isə F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər”, “Vertebrogen lumbalgiyası remissiya mərhələsində” göstərilsə də, cavabdeh yalnız F07.2 və F07.0 kodlu xəstəliklərə əsasən iddiaçıya üçüncü dərəcə əlillik təyin etmişdir. Halbuki Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haq qında şəhadətnamə”dən görünür ki, göndərişdə F45.3 kodu altında qeyd edilmiş “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu xəstəlik də Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmışdır və həmin diaqnoz müddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ikinci dərəcə əlilliyin təyininə əsas olan diaqnozun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmadığını bildirir. Bununla bağlı kollegiya qeyd edir ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, iddiaçının yalnız “Vertebroqen lumbalqiya, remissiya mərhələsində” diaqnozlu xəstəliyinin səbəbli əlaq əsi ümumi xəstəlik kimi qeyd edilmiş, yəni həmin xəstəlik Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmamışdır. 0329003AAPDL nömrəli göndərişdə isə iddiaçının yanaşı xəstəliyi kimi F45.3 kodu altında “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” xəstəliyi ilə yanaşı, səhvən həmin kodlu xəstəliyə heç bir aidiyyəti olmayan “Vertebrogen lumbalgiyası remissiya mərhələsində” xəstəliyi də qeyd edilmişdir. Belə ki, Xəstəliklərin Beynəlxalq Təsnifatından görünür ki, “Vertebrogen lumbalgiya” xəstəliyi Təsnifatın “Digər dorsopatiyalar (M50-M54)” bölməsinə aid olmaqla, M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Fəqərəarası disklərin yerdəyişməsi nəticəsində lümbaqo; M54.3 İşias. Fəqərəarası diskin zədələnməsi nət icəsində (M51.1), lümbaqo ilə (M54.4) kodları ilə təsbit edilmişdir. Göründüyü kimi, lümbaqo xəstəliyi iddiaçının adına tərtib edilmiş göndərişdə F45.3 kodu ilə qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin xəstəliyin XBT kodu F45.3 deyil, M50-M54dür. Hansı ki, F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu xəstəlik Təsnifatın “Streslə bağlı və somatoform nevrotik pozğunluqlar (F40–F48)” bölməsində, “Vertebroqen lumbalqiya, remissiya mərhələsində” diaqnozlu xəstəlik isə “Digər dorsopatiyalar (M50-M54)” bölməsində qeyd olunan xəstəliklərə aid olmaqla bir-biri ilə əlaqədar olmayan xəstəliklərdir. Həmçinin qanunvericiliyin tələblərindən görünür ki, “Vertebroqen lumbalqiya, remissiya mərhələsi ndə” diaqnozlu xəstəlik iddiaçının əlilliyinin müəyyən edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin olunmasına əsas verən xəstəliklər sırasında qeyd edilməmişdir. Lakin xx.xx.2021-ci il tarixli, 0329003AAPDL nömrəli (Forma 88) göndərişdə qeyd edilən F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu yanaşı xəstəlik isə Azərbayca n Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü və 2.4.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya ş ikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəy yən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 19. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanı

6. Azərbaycan Res publikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; 20. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 21. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əm ək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79);

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.

2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməmə si cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

33. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

34. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndi rmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməli dir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

35. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üç ün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

37. Odur ki, bu qərarın 33-36-ci bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

38. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya sı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(105)-301/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar