Məhkəmə qərarları › İş №2-1(102)-2185/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2185/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2185/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 25 avqust 2020-ci il tarixli, 21(103)-1257/2020 nömrəli qərarından cavabde h tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı X4 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı Novxanı - Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahəsinin hər sotu üçün 12480 manat məbləğində olmaqla 0,12 ha ölçüdə torpaq sahəsi üçün 149760 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəs i 1200 kv m olan 384n nömrəli bağ sahəsi ona Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqaviləyə əsasən ayrılmışdır. Həmin bağ sahəsinə dair 29.03.2012-ci il tarixdə DT və XK tərəfindən onun adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi Novxanı - Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi ilə əlaqədar yolun tikintisi altına düşmüşdür, lakin qeyd edilən torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar iddiaçıya bu günə qədər kompensasiya ödənilməmişdir. Cavabdehə edilmiş müraciətlər də müsbət nəticə verməmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçıya məxsus olmuş torpaq sahəsi dövlət ehtiyacları üçün alındı ğından kompensasiya torpağın hər sotu üçün 10400 manat məbləğində kompensasiya hesablanmaqla müəyyən edilməlidir. Bundan əlavə bu növ işlərdə qanunun analogiyasını tətbiq edərək iddiaçının torpaq sahəsinin bazar qiymətinin 20 faiz miqdarında satılma qiyməti də ödənilməlidir. Yəni həmin torpaq sahəsinin hər sotu üçün kompensasiya 20% əlavəsi ilə birlikdə 12480 manat məbləğində qiymətləndirilməlidir. Cavabdehin onu xəbərdar etmədən və müvafiq qanuni əsaslar olmadan ona məxsus torpaq sahəsini zəbt etməsi, həmçinin cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçı əsəb sarsıntılarına, iztirablara məruz qalmış və bununla da ona 30000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin 16.03.2020-ci il tarixli, 2-1(112) -58/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçı X3 Novxanı - Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 21, 152.1, 157.8, 157.9, 158.4, 1115-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 7-ci maddəsinə əsaslanmışdır.

5. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.08.2020-ci il tarixli, 2-1(103)-1257/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(112)58/2020 saylı qərarının yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.09.2020-ci il tarixli, 2-1(103)-1257/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) əlavə qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin dəlilləri:

10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı 21.02.2005-ci il tarixli 34161 sayli Müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 384n№-li bağ sahəsi onun istifadəsinə verilmiş və müqaviləyə nəzər yetirilsə aydın olur ki, həmin müqavilə 10 il müddətində bağlanır və istifadəçi (iddiaçı) öz öhdəliklərini yerinə yetirdiyi halda müqavilənin müddəti artırılır.

11. Lakin iddiaçı onun müvəqqəti istifadəsinə verilmiş bağ sahəsi üzərində istifadə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət reyestr xidmətində dövlət qeydiyyatına almamış və bununla da öhdəlikləri yerinə yetirməmişdir.

12. İddiaçı müqaviləyə əsasən sözügedən bağ sahəsindən istifadəçi hüquqlarını 21 fevral 2015-ci il tarixində itirdiyindən, həmin bağ sahəsi dövlət torpağı hesab edilmişdir. Bundan sonra iddiaçı ilə həmin torpaq sahəsindən istifadə hüquqlarını əldə edilməsi üçün yeni müqavilə bağlanmadığından mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid edilmişdir.

13. İddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlığı dövlət reyesrtindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcüd deyildir.

14. Həmçinin, birinci instansiya məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir.

15. Belə ki, lay ihə çərçivəsində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planı və ondan çıxarış sənədlərinə əsasən iddiaçı X3 məxsus olan torpaq sahələri tamamilə yolun tikinti altına düşməmişdir.

16. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti verilmiş 384n saylı bağ sahəsinə dair koordinatlar üzrə yerləşən 0.12 ha torpaq sahəsinin 354.7 kv.m. hissəsi “Novxanı-Pirşağı” avtomobil yol ilə və piyada səki yolu ilə üst üstə düşür. 17. 1 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli 2-1(81)3754/2018 saylı məktubu əsasında “xxxx” MMC-nin verdiyi 23.11.2018-ci tarixli mütəxəssis rəyinə əsasən X3 məxsus olmuş Bakı şəhəri, Goradil bağ massivində avtomobil yolunun kənarında yerləşən 384n saylı 0.12 ha torpaq sahəsinin bazar qiymə tlərinə uyğun gələn dəyəri təqribən (12 sot x 6000 manat) 72000 manat müəyyən edilmişdir.

18. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir.

19. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apelyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya m ütəxəssislərinin iştirakını təmin etsinlər.Lakin göründüyü kimi qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-1(103)-1257/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

21. Nəzərə alınmalıdır ki, hazırkı kasasiya şikayəti daxil olduqdan əvvəl üçüncü şəxs də kasasiya şikayəti vermiş və həmin şikayətə 04.11.2020-ci il tarixdə baxılmış və kasasiya şikayəti təmin edilməmişdir. Hazırkı kasasiya şikayəti isə demək olar ki, Maliyyə Nazirliyinin kasasiya şikayətinin mətn baxımından təkrarıdır.

22. Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəy ə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 25 avqust 2020-ci il tarixli qərarla və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X6 arasında imzalanmış 21 fevral 2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Görədil ərazisində 384n nö mrəli bağ sahəsi 10 il müddətinə 21 fevral 2015-ci il tarixə qədər iddiaçının istifadəsinə verilmişdir.

26. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi «Torpaq sahəsinin planı və ölçüsü»nə əsasən 384n nömrəli bağ sahəsinin ölçüsü 1200 kvadrat metr təşkil etmişdir, bağ sahəsi Binəqədi rayonu Görədil massivində yerləşmişdir.

27. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Novxanı-Pirşağı» (Sahil yolu) avtomobil yolu çəkilərkən iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsinin bir hissəsi tikinti altına düşmüşdür.

28. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 384n saylı bağ sah əsinə torpaq sahəsinin planı tərtib edilərkən bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kvadrat metr, faktiki sahəsi isə 1746 kvadrat metr olmuşdur. «Novxanı-Pirşağı» (Sahil yolu) avtomobil yolu çəkilərkən vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 621 kvadrat metr hissəsi avtomobil yolu keçən hissəyə düşdüyü üçün faktiki 1125,0 kvadrat metr torpaq sahəsi qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 384n saylı bağ sahəsinə dair koordinatlar üzrə yerləşən 0,12 hektar torpaq sahəsinin 354,7 kvadrat metr hissəsi, iş materiallarının 6-cı və 7-ci səhifələrinə əlavə edilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən «Novxanı-Pirşağı» avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür.

29. Məhkəmə kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normaları düzgün tətbiq etmişdir.

30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

32. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

33. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müd afiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

35. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacı hesab olunur.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya aid bağ torpaq sahəsinin bir hissəsinin tikinti altına düşməsi müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan «dövlət əhəmiyyətli yolların və digər ko mmunikasiya xətlərinin çəkilməsi və quraşdırılması» zərurəti ilə bağlı olduğundan, iddiaçıya itirdiyi əmlaka görə kompensasiya ödənilməlidir.

37. Bu hissədə cavabdehin iddiaçının mübahisə predmeti olan əmlakın iddiaçının mülkiyyətində olmasına dair sənədin təqdim edilməməsi, bu əsasdan kompensasiyanın hesablanmasının əsaslı olmaması ilə bağlı dəlili ilə əsassızdır.

38. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

39. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

40. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunun: - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 7.3. Bu Qanunun 7.1-ci mad dəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: - 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); - 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. - 7.4. Bu Qanunun 7.3.1–7.3.4-cü maddələrində nəz ərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.

41. «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;

42. Həmin Qanunun 14-cu maddəsinə əsasən avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, sadalanan normalara və işin hallarına əsasən iddiaçının sözügedən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilməməsi iddiaçıya kompensasiya verilməsindən imtina üçün qanuni əsas hesab edilə bilməz. Belə ki, həmin torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, qanuni istifadəsində olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X6 arasında imzalanmış 21 fevral 2005-ci il tarixli müqavilə, eləcə də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi «Torpaq sahəsinin planı və ölçüsü sözügedən torpaq sahəsi üzərində hüquqlarının olmasına dair ilkin hüquqmüəyyənedici sənədlərdir. Eyni zamanda qeyd edilən bağ sahəsi hazırda da iddiaçının faktiki istifadəsindədir, iş üzrə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən həmin torpaq sahəsinin iddiaçının istifadəsindən geri tələb edilməsi ilə bağlı hər hansı hal işə baxılan zaman müəyyən edilməmişdir. Beləliklə, üçüncü şəxsin ikinci dəlili də əsassızdır.

44. Digər tərəfdən yuxarıda sadalanan qanun normalarına əsasən yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış əmlak hüq uqları olan şəxslər yaxud yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər belə alınmanın təsirinə məruz qalan şəxslər hesab edilir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

46. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmas ın.

47. Həmin Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. «xxxx» MMC-nin verdiyi 23 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən X3 məxsus olmuş Bakı şəhəri, Goradil bağ massivində avtomobil yolunun kənarında yerləşən 384n saylı sahəsi 0,12 hektar olan bağ torpaq sahəsinin bazar qiymətlərinə uyğun gələn dəyəri təqribən (12,0 sot x 6000 manat) 72000 manat məbləğində müəyyən edilmişdir.

49. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə təqdim edilmiş mütəxəssis rəyinin obyektivliyinə, həqiqi bazar qiymətini əks etdirməməsinə dair hər hansı halın müəyyən olunmadığını nəzərə alaraq həmin rəyi mötəbər sübut kimi qəbul edir və iddiaçının iddiaçıya kompensasiya olaraq (354,7 kvadrat metr x 6000 manat) 21282 manat ödənilməsini qanuni və ədalətli hesab edir.

50. Nəhayət, cavabdehin kasasiya şikayətindəki sonuncu dəlilinə, yəni, Ali Məhkəmənin sədrinin dövlət ehtiyacları ilə əlaqədar daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi barədə dəlilinə gəldikdə, əvvəla sözügedən məktub tövsiyə xarakterli olmaqla məcburi hüquqi qüvvəyə malik deyildir.

51. Belə olan halda, iş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi hazırkı iş üzrə eksper t və ya mütəxəssis qismində iştirak edə bilməz, çünki məhkəmə qərarı üçüncü şəxsin qanunla qorunan maraqlarına toxuna bilər, yəni, Maliyyə Nazirliyi işdə maraqlı tərəfdir ki, apelyasiya və kasasiya şikayətlərinin verilməsi bunu təsdiq edir.

52. Digər tərəfdən İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilmə li olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

53. Bütün yuxarıda göstərilənlərə əsasən kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 21(103)-1257/2020 nömrəli qərarı cavabdehə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar