Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2185/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon duna qarşı “əmrin saxtalığının müəyyən edilməsi, iddiaçının öz ərizəsi əsasında işdən azad olunması, məcburi işburaxmaya görə əmək haqqının verilməsi və pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1707/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 26.10.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmrin saxtalığının qeyd edilməsi, qanuni əsaslarla öz ərizəsi əsasın da işdən azad edilməsi, məcburi işburaxmaya görə əmək haqqının verilməsi və eyni əsasla pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı vəsatət təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini xahiş etmişdir. 3. 03.03.2021-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsi qərara alınmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-2319/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddia mü mkün sayılmamışdır.
5. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1707/2021 nömrəli qərardadına əsasən (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-2319/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Məhkəmə qərardadı iddiaçıya 11.08.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 16.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1707/2021 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
9. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
10. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidə n baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
12. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayətinə vəkil orderi əlavə olunmamış və şikayət vəkil tərəfindən imzalanmamışdır.
15. Bununla bağlı iddiaçıya göndərilmiş 25.10.2021-ci il tarixli bildirişdə kassasiya şikayətind ə olan nöqsanlar barədə ona məlumat verilmiş, 30.11.2021-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmənin sözügedən bildirişində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı qeyd edilmiş, bildirişdə göstərilmiş 30.11.2021-ci il tarixinədək tərəflər işə yazılı qaydada baxılmasına dair etiraz təqdim etməmişdir.
17. Hazırkı qərardadın 8-13-cü bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə ti mümkün sayıla bilməz.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1707/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.