Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2185/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; amnistiya aktına əsasən cinayət məsuliyyətində azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-ci il təvəllüdlü, FİN: 1UOGQ3T) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 05 sentyabr tarixli, 2-1(103)-1016/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N saylı Hərbi hissənin komandiri tərəfindən qəbul edilmiş və Gəncə Qarnizonu Hərbi Prokurorluğu tərəfindən təsdiq edilmiş “Cinayət işinin başlanmasının rədd etməyə dair” 14 aprel N8-ci il tarixli qərardan görünür ki, İddiaçı N-cü ilin aprel ayının 13-də Bakı şəhəri, Nərimanov RHK tərəfindən çağırılmaqla hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 50 saylı əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. İddiaçı N-cü il avqust ayının 20-də Fizuli rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşlərdə yaralanm ış, müalicə olunmaq üçün hərbi qospitala göndərilmişdir. Müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmadığından N saylı hərbi hissə komandirinin N mart N4-cü il tarixli N saylı əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. 13 aprel N8-ci il tarixdə isə könüllü olaraq hərbi hissəyə qayıtmış, N saylı hərbi hissə komandirinə müraciət edərək “Amnistiya haqqında” qərarın barəsində tətbiq edilməsini xahiş etmişdir. Təhqiqat materialları üzrə toplanmış sənədlər nəzərə alınmaqla və “Amnistiya haqqında” qərar tətbiq olunaraq barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21 fevral 2020-ci il tarixli arayışında göstərilir ki, İddiaçı 24 aprel N-cü il tarixdə Nərimanov Rayon Hərbi Komissarlığından təcili həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 50 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 51 nömrəli əmrilə “çavuş” hərbi rütbəsi verilməklə “tuşlayıcı operator” vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N iyul N-cü il tarixli 83 nömrəli əmrində iddiaçının döyüş əməliyyatları bölgəsinə Yeni Afətli qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. Daha sonra hərbi hissəni özbaşına tərk etdiyi üçün iddiaçı N saylı Hərbi hissə komandirinin N mart N4-cü il tarixli 65 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N saylı Hərbi hissə komandirinin avqust N-cü il t arixli nizami hissə üzrə əmrlərində iddiaçının yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçı barəsində 2 iyul 2019-cu il tarixli 9/2-9034 nömrəli və 29 yanvar 2020-ci il tarixli 9/2-1241 nömrəli məktublarla onun ünvanına, 24 dekabr 2019-cuil tarixli 9/2-20437 nömrəli məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 dekabr 2020-ci il tarixli, 1/K17407 nömrəli məktubu ilə iddiaçının ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair tələbi təmin edilməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni xx.xx.N4-cü il tari xdə özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 24 aprel N-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən təcili olaraq hərbi xidmətə çağırılmışdır. Müvafiq hərbi hissədə “çavuş” hərbi rütbəsində “tuşlayıcı operator” vəzifəsində xidmət etmişdir. Hərbi hissə komandirinin 83 saylı əmri ilə əməliyyat bölgəsinə, Füzuli rayonunun Yeni Əfətli qəsəbəsinə döyüşmək üçün göndərilmişdir. Həmin hərbi hissənin əsgəri kimi Füzuli rayonunun Yusifcanlı kəndində gedən döyüş zamanı yaralanmışdır. Müalicə olunmaq üçün o, Bakı şəhəri 1 saylı Klinik Xəstəxanaya göndərilmişdir. Həmin vaxtdan bu günədək müalicə vaxtaşırı davam edir. O, dəfələrlə hüquqlarının bərpa olunması, ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman N mart N4-cü il tarixdə müvafiq hərbi hissəni özbaşına tərk etdiyindən ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. “Müharibə veteranı” adın ın verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N7-ci il tarixli 383-İ QR nömrəli Qərarının 9-cu bəndinə əsasən “... Qərarın qanuni qüvvəyəm mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmalıdır”. Həmin Qərarda göstərilmişdir ki,... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə, cinayət işinin başlanması rədd edilsin. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3758/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edil miş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda, iddiaçı hərbi hissəsi özbaşına tərk etdiyindən və bununla əlaqədar müvafiq cinayət işinin başlanması bəraətverici əsaslar olmadan rədd edildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının N-cü ildə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar öz təsdiqini tapsa da, N mart N4-cü il tarixdə tərxis olunmasına səbəb kimi hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu isə, onun qanuni əsaslarla xidmətdən tərxis olunmaması kimi qiymətləndirilməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1016/2022 nömrəli qərarı ilə (hakimlər A.S.Hüseynov - sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və S.İ.Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3758/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv ed ilməsini və iddianın tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi işi tam hərtərəfli araşdırmamışdır. Belə ki, o, N-N4-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Fizuli rayonunun Yusifcanlı kəndinin müdafiəsi zamanı yaralanmış, bununla əlaqədar müalicə olunmaq üçün Bakı 1 saylı Kliniki Xəstəxanasına göndərilmişdir. Lakin iddiaçıya hərbi hissəni özbaşına tərk etdiyi üçün müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Halbuki, o, həmin vaxt müalicəyə göndərilmişdi. İddiaçının barəsində başlanılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməli idi, çünki o, hərbi hissəni özbaşına tərk etməmiş di və müalicə olunmaq üçün xəstəxanaya göndərilmişdi. Lakin həmin vaxt iddiaçının səhhəti və digər hallarla əlaqədar barəsində amnistiya aktı tətbiq edilməklə çıxarılmış “Cinayət işinin başlanmasının rədd etməyə dair” 14 aprel N8-ci il tarixli qərarı mübahisələndirə bilməmişdir. Məhkəmə qərarı çıxarılarkən isə amnistiya aktı əsas götürülmüş, işin digər faktiki halları nəzərə alınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Qanun Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərba ycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz s əlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. (-) 15. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayı lov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyya tları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqı nda arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətveri ci əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
16. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsinin qanuni əsasla rının mövcud olubolmadığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də, kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının tələbi həm «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əs asnamənin 1-ci bəndinin Qeyd hissələrinin müddəalarına görə əsassızdır. Çünki, sözügedən normalarda aşkar şəkildə təsbit edilmişdir ki, “döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər” müharibə veteranı statusu əldə etmirlər.
24. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçı N-cü ilin avqust ayında xidmət keçdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməklə yaralanmış, bununla əlaqədar müalicə olunması üçün Bakı şəhərindəki xəstəxanaya göndərilsə də, müalicəsini tamamladıqdan sonra hərbi xidmət yerinə qayıtmamışdır. Buna görə də, N saylı hərbi hissə komandirinin N mart N4-cü il tarixli N saylı əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. 13 aprel N8-ci il tarixdə isə könüllü olaraq hərbi hissəyə qayıtmış, hissə komandirinə müraciət edərək “Amnistiya haqqında” qərarın barəsində tətbiq edilməsini xahiş etmişdir. N saylı Hərbi hissənin komandiri tərəfindən qəbul edilmiş və Gəncə Qarnizonu Hərbi Prokurorluğu tərəfindən təsdiq edilmiş “Cinayət işinin başlanmasının rədd etməyə dair” 14 aprel N8-ci il tarixli qərarla o, amnistiya aktına əsasən bəraətv erici əsas olmadan cinayət məsuliyyətindən azad edilmişdir.
25. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1(103)-1016/2022 nömrəli 2022-ci il 05 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.