Məhkəmə qərarları › İş №2-1(102)-2186/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2186/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2186/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 (55+2) elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi, (“Kimya istehsalatı”) giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-547/2021 saylı, 16 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. 2. iddiaçı 8 yanvar 1980-ci il tarixdən 6 fevral 1995-ci il tarixədək (15 il 28 gün) tam iş günü olmaqla Neftçala Yod-Brom Za vodunun yod-brom tərkibli su çıxarma sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 8 fevral 1995-ci il tarixdən 1 mart 2010-cu ilədək (15 il 20 gün) X3, 17 iyun 2010-cu il tarixdən 31 may 2013-cü il tarixədək (2 il 11 ay 13 gün) "xxxx" MMC-nin Qızılçay qum-çınqıl karxanasında işləmişdir.

3. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 12 №-li 15 noyabr 2019-cu il tarixli güzəştli arayışa əsasən iddiaçı “1 may” zavodunun aşağıda göstərilən sex və sahələrində qeyd olunan illərdə peşə və vəzifələrdə tam iş günü işləmişdir: 08 yanvar 1980-ci ildə Yod-Brom tərkibli su çıxarma sexinə Elektrik Dalma avadanlıqlarının təmiri üzrə 3-cü dərəcə ilə elektrik montyoru keçirilmiş, 10 fevral 1981-ci ildə həmin sexə 4-cü dərəcə ilə elektrik montyoru keçirilmiş, 1 aprel 1983-ci ildə həmin sahə Yod-Brom tərkibli su istehsalı üzrə Elektrik Dalma avadanlıqlarının təmiri və istismarı sexi adlanmış, 1 iyul 1985-ci ildə həmin sexə 5-ci dərəcə ilə elektrik montyoru keçirilmiş, 1 yanvar 1988-ci ildə Sex Yod-Brom tərkibli su istehsalı üzrə Elektrik Dalma avadanlıqlarının təmiri sahəsinə çevrilmiş, 1 iyul 1992-ci ildə həmin sahəyə 6-cı dərəcə ilə təmirçi elektrik montyoru keçirilmiş, 6 fevral 1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Göstərilənlər iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10-cu bölməsinə uyğun olaraq həmin peşə və vəzifələrdə tam iş günü işləməklə güzəştli şərtlərlə dövlət təqaüdü verməyə ixtiyar verir.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, aromatik karbohidrogenlərin saflaşdırılması bəndində (10.3) istehsalatda məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən əmək kitabçasında qeyd olunanlara əsasən 08.01.1980-06.02.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Yod-Brom tərkibli su çıxarma sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru və 05.08.1998-01.03.2010-cu il tarixlər arasındakı dövr ərzində isə “X9”nin X3 müxtəlif vəzifələrdə işləməsi qeyd edilmişdir. Göründüyü kimi işlədiyi sahələr və vəzifələr yuxarıda qeyd edilən sahəyə və vəzifəyə uyğun deyildir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 27 aprel 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək ona 29.03.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının pensiya təminatı hüququ pozulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olmuş ilkin redaksiyada olan mətninə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 8.3.1-ci bəndində yod-brom suyu (hasilat və hazırlama) istehsalatında və işlərində məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN-nin 9 avqust 2006-cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş və 30.08.2006-cı ildə AR Ədliyyə Nazirliyi tərəfindən 3238 № ilə dövlət qeydiyyatına alınmış Fəhlə peşələri və işlərin Vah id X1 2-ci fəslinin cədvəlinin 36 və 37-ci sıra nömrələrində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru fəhlə peşəsi kimi müəyyən edilmişdir. 57 yaşına çatdığı gündə – 29.03.2014-cü ildə ümumi əmək stajı 33 ildən çox olmuşdur ki, onun 15 il 28 gününü (yod-brom tərkibli su çıxarma sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru kimi işlədiyi dövr) əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləmişdir. Neftçala Yod-Brom zavodunda çalışdığı əmək şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xüsusilə zərərli və ağır olan iş sayıldığı və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər üçün müəyyən edilən sığorta stajına malik olduğu üçün 57 yaşına çatdığı gündə, yəni 29 mart 2014-cü il tarixdə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh 13 fevral 2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahının 10-cu bölməsinin 10.3-cü bəndinə istinad edərək neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı istehsalatında məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorlarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyini göstərmişdir. Halbuki o (iddiaçı), bu istehsalat sahəsində deyil, kimya istehsalatında işləmişdir. Siyahının “Kimya istehsalatı” adlandırılan 8-ci bölməsinin 8.3.1-ci bəndində isə məhz onun işlədiyi istehsalat sahəsinin və peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə n istehsalat və peşə kimi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-4213/2020 saylı iş) 2 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ona 57 yaşdan, yəni 29 mart 2014-cü il tarixdən güzəştli şərtlərlə yaş a görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş materiallarında olan 11 mart 2021-ci il tarixli arayışda onun 8 yanvar 1980-ci ildən 6 fevral 1995-ci ilə qədər işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsində təsbit olunduğu göstərilmişdir. İddiaçının qeyd edilən sahədə (Kimya istehsalı üzrə) çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Siyahıda öz əksini tapdığından onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunvericilik lə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajına malikdir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 02 №-li 11 mart 2021-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçıya "xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli 12 №-li Güzəştli arayışın 2-ci səhifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 8-ci bölməsinin əvəzinə 10-cu bölməsi göstərilmişdir. İddiaçının "xxxx" zavodunun, Yod- Brom tərkibli su çıxarma sexində 8 yanvar 1980-ci ildən 6 fevral 1995-ci ilədək (15 il 28 gün) tam iş günü olmaqla işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsinin (“Kimya istehsalatı”) 8.3 və 8.3.1-ci bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X10, 2-1(103)-547/2021 saylı iş) 16 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh 7 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 5 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 57 yaşı tamam olduğu 29 mart 2014-cü il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi.

14. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının 08.01.1980 06.02.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin yod-brom tərkibli su çıxarma sexində elektrik avadanlıqların təmiri üzrə elektrik montyoru peşəsi yuxarıda qeyd edilən qərarın müvafiq bölməsindəki peşələr ilə üst-üstə düşmür.

15. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

17. Həmçinin məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadını da tətbiq etməmişdir.

18. İddiaçı tələb edilən ümumi və güzəştli əmək stajına malik olsa belə, ona 57 yaşının tamam olduğu tarixdən ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə ziddir. 19. “Əmək pensiyaları haqqında” Qanunun 37. 7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

21. İddia tələbi əsaslı olsaydı belə, ən çoxu müraciət tarixindən geriyə 3 il hissəsi təmin edilə bilərdi. Məhkəmə isə, “Əmək pensiyaları haqqında” Qanunun adı çəkilən normalarının açıq tələbini görməzdən gəlməklə maddi hüquq pozuntusuna yol verib. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 30.01.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin a zı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müdd ətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsd iq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “Əmək pensiyaları haqq ında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatəti nə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dai r tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şika yəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkün lüyü, kasasiya baxışının hədləri

28. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.

31. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş redaksiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək 57 yaşının tamam olduğu 29 aprel 2014-cü ildə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.

32. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsinə dair sübut təqdim etməmiş, işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olmamışdır.

33. Kasa siya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 29 aprel 2014-cü il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən stajına malik olmasını müəyyən etmək vacibdir.

35. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı 13 may 1975-ci ildən 26 aprel 1978-ci il tarixə qədər hərbi xidmətdə olmuş, 1978-ci ilin iyun ayından əmək fəaliyyətinə başlamış, 57 yaşının tamam olduğu 2014-cü ilin aprel ayına qədər işləmiş, bu zaman ümumi iş stajı 25 ildən çox olmuşdur.

36. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüq uqu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilmişdir.

37. İddiaçının iş yeri olan "xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı 1 May adına "xxxx" zavodunun aşağıda göstərilən sex və sahələrində qeyd olunan illərdə peşə və vəzifələrdə tam iş günü işləmişdir: 8 yanvar 1980-ci ildə l №-li Yod-Brom tərkibli su çıxarma sexinə Elektrik Dalma avadanlıqlarının təmiri üzrə 3-cü dərəcə ilə elektrik montyoru keçirilmiş, (Əmr № 4- K, 10.01.1980.), 10 fevral 1981-ci ildə həmin sexə 4-cü dərəcə ilə elektrik montyoru keçirilmiş, (Əmr№ 3 1-K, 10.02.1981.) 01 aprel 1983-ci ildə həmin sahə Yod-Brom tərkibli su istehsalı üzrə Elektrik Dalma avadanlıqlarının təmiri və istismarı sexi adlanmış (Əmr №77- K, 22.03.1983.), 01 iyul 1985-ci ildə həmin sexə 5-ci dərəcə ilə elektrik montyoru keçirilmiş (Əmr №192- K, 01.07.1985.), 01 yanvar 1988-ci ildə Sex Yod-Brom tərkibli su istehsalı üzrə Elektrik Dalma avadanlıqlarının təmiri sahəsinə çevrilmiş (Əmr №341- K, 31.12,1987.), 01 iyul 1992-ci ildə həmin sahəyə 6-cı dərəcə ilə təmirçi elektrik montyoru keçirilmiş (Əmr №140- K. 30.06.1992.), 06 fevral 1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10-cu bölməsinə uyğun olaraq həmin peşə v ə vəzifələrdə tam iş günü işləməklə güzəştli şərtlərlə dövlət təqaüdü verməyə ixtiyar verir. (direktor – S.M.Aslanov)

38. İşin apelyasiya icraatı zamanı təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli güzəştli arayışa əsasən ’Neftçala Yod-Brom” MMC tərəfindən ona verilmiş 15 noyabr 2019-cu il tarixli 12 №-li Güzəştli arayışın 2-ci səhifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 8-ci bölməsinin əvəzinə 10-cu bölməsi göstərilmişdir. İddiaçı "xxxx" zavodunun, Yod- Brom tərkibli su çıxarma sexində 8 yanvar 1980-ci ildən 6 fevral 1995-ci ilədək (15 il 28 gün) tam iş günü olmaqla işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tar ixli 12 №-li qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8-ci bölməsinin (“Kimya istehsalatı”) 8.3 və 8.3.1-ci bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. 39. 11 mart 2021-ci il tarixli arayışda iddiaçının 8 yanvar 1980-ci ildən 6 fevral 1995-ci ilə qədər işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8- ci bölməsində təsbit olunduğu göstərilmişdir.

40. Həmin Siyahının “Kimya istehsalı” üzrə 8-ci bölməsində - (8.3.1) Asfalt, pek materiall arı, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əs asında plastik kütlələr; süni qaragül lifl əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin peşələri nəzərdə tutulmuşdur.

41. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 9 avqust 2006-cı il tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 avqust 2006-cı il tarixdə 3288 nömrə ilə qeydiyyata alınmış “Fəhlə peşəsi və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda iddiaçının çalışdığı “elektrik montyoru” peşəsi fəhlə peşəsi kimi nəzərdə tutulmuşdur.

42. Odur ki, iddiaçının qeyd edilən sahədə (Kimya istehsalı üzrə) çalışdığı peşə Siyahıda öz əksini tapmış və bu peşədə işlədiyi müddət 12 il 6 aydan az olmamışdır.

43. Beləliklə, iddiaçının 57 yaşı tamam olanadək 25 il ümumi stajı olmuş, o cümlədən bu vaxta qədər 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsi işdə olan mötəbər sübutla təsdiq edilmişdir.

44. İddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğu, həmçinin xx xxxx xxx-ci il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər olan redaksiyasına görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiya hüququna malik olması nəticəsinə gəlmişdir.

45. Odur ki, iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Siyahıda olmaması barədə şikayətin dəlilləri əsaslı olmamışdır.

46. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə belə nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli dir.

47. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

48. İddiaçı 1 iyul 2017-ci ilə qədər pensiyanın yenidən təyin edilməsi üçün cavabdehə müraciət etməmişsə əvvəlki illərin pensiya məbləği iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

49. İşin 5-ci səhifəsində olan məlumatdan görünür ki, iddiaçı 30 yanvar 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. İddiaçı 1 iyul 2017-ci il tarixə qədər pensiya təyin olunması barədə ca vabdehə müraciət etməsinə dair sübut təqdim etməmiş, belə müraciəti olmasını bildirməmiş, bu barədə işdə sübut mövcud olmamışdır. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçıya cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ( 30 yanvar 2017-ci il tarixdən 30 yanvar 2020-ci il tarixədək olan dövr) üçün pensiya hesablanıb ödənilə bilər.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-547/2021 saylı, 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar