Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2186/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-966/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 1 nömrəli trestin 16 nömrəli Tikinti İdarəsində dülgər, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 nömrəli Trestin 27 nömrəli Tikinti İdarəsində izolyasiyaçı, briqadir-izolyasiyaçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 2 nömrəli trestin 28 nömrəli Tikinti İdarəsində izolyasiyaçı, briqadir-izolyasiyaçı, usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsində növbə rəisi, iş icraçısı, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək BPO “Radiostansiya” nəzdində “Strimer” Kooperativində tikinti, maddi-texniki və təsərrüfat təminatı üzrə sədr müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Qlobus-25” İstehsalat kommersiya firmasında direktor, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzində xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək baş iş icraçısı, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək iş icraçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək sahə rəisi, xx.xx.2014-cü il tarixd ən xx.xx.2017-ci il tarixədək iş icraçısı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühəndis işləmişdir. 3. “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı “Xəzər” GETYM-də xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək baş iş icraçısı, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir. 4. “Azərsəna yetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 22900000-12520 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir.
5. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.197 4-cü il tarixli əmək kitabçasında iddiaçının 2 nömrəli trestdə xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək briqadir-izolyasiyaçı, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzində xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək baş iş icraçısı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mühəndis işlədiyi qeyd olunmuşdur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin t ələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləmiş, stajının kifayət qədər hissəsini zərərli iş şəraitində həyata keçirmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. O, hesab edir ki, cavabdehin imtinası onun hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir. Cavabdehin etirazları:
9. Cavabdeh imtina məktubundakı dəlilləri göstərərək iddia tələbinə qarşı təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2002/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı nın “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi “izolyasiyaçı”, “iş icraçısı” və “baş icraçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, “baş iş icraçısı” ilə “iş icraçısı” vəzifələrinin əhəmiyyətli fərqi barədə inzibati orqan hər hansı dəlil gətirmədiyindən, məhkəmə bu əsasla verilmiş imtinanı formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirir və iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hü ququ verən işlərdə işlədiyinin təsdiqləndiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən vurğulayır ki, iddiaçının inzibati orqana müraciəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olsa da, inzibati orqan inzibati icraat üzrə imtina qərarını “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”ndan vermişdir. İddiaçı isə, hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunması tələbini irəli sürür. Hansı ki, 60 yaşdan ona əmək pensiyasının təyin olunması məsələsi araşdırılmamışdır və bununla bağlı məhkəmə araşdırmasına nisbətən inzibati icraat üzrə araşdırma daha məqsədəuyğundur. Məhkəmənin hüquqi mövqeyi belədir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə ona güzəştl i şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması, o cümlədən pensiya kapitalının məbləğinin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi araşdırılmaqla, lakin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2-1(103)- 2059/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2056/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiya məhkəməsi qeyd et mişdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində tələb olunan araşdırmanın həyata keçirilməsi mümkün olmadığı təqdirdə, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymaqda haqlı sayıla bilər. Lakin məhkəmə icraatı çərçivəsində zəruri araşdırmaları həyata keçirmək iqtidarında olmadığını məhkəmə öz qərarında hər hansı şəkildə əsaslandırmamışdır. Bu baxımdan inzibati orqanın qərarının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina ilə bağlı olması, iddiaçının məhkəmə icraatının gedişində iddiasını dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunmasını tələb etməsi, mübahisə ilə bağlı hazırkı işin iddi açıya 60 yaşdan əmək pensiyasının təyin olunmasının araşdırılması üçün cavabdehə göndərilməsinə haqq qazandıra bilməz. Halbuki, iş üzrə materiallardan iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun məhkəmə tərəfindən məhkəmə icraatı çərçivəsində yoxlanılmasının mümkün olduğu görünür. Başqa sözlə, məhkəmə iş üzrə materiallar əsasında şəxsin yaşını, ümumi və güzəştli iş stajını yoxlamaq və müəyyən etmək, habelə məhkəmə icraatı çərçivəsində bu halların müəyyən edilməsi məqsədilə zəruri sübutları toplamaq iqtidarında olmuşdur. Bunu birinci instansiya məhkəməsinin öz qərarının əsaslandırma hissəsində gəldiyi qənaətlər də təsdiq edir (məsələn, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir). ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2-1(103)-1121/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat
19. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12068/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya xx.xx.2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə iddiaçının ümumi stajı 38 ildən çoxdur. İddiaçının xx.xx.1978-xx.xx.1981-ci illərdə izolyasiyaçı, xx.xx.1981-xx.xx.1986-cı illərdə briqadirizolyasiyaçı vəzifəsində işlədiyi dövr (cəmi 8 il 5 ay 23 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ. B ina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 22900000-12520 şifri (kodu) üzrə izolyasiyaçılar vəzifəsinə uyğundur. Məhkəmə qeyd edilən qənaətə gələrkən hesab edir ki, cavabdeh qurum izolyasiyaçı və briqadir-izolyasiyaçı vəzifələri arasında fərqin nədən ibarət olduğunu əsaslandırmadan həmin briqadir-izolyasiyaçı vəzifəsinin əmək şəraiti zərərli və ağır olan işlərə aid olmadığı qənaətinə gəlmişdir. Halbuki Azərbaycan dilinin izahlı lüğətində briqadir sözü briqada rəhbəri, başçı mənasını verir. Odur ki, briqadir-izolyasiyaçı mahiyyətinə görə izolyasiyaçılar briqadasına rəhbərlik edən şəxsdir və izolyasiyaçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərə aid edildiyi t əqdirdə, həmin yanaşma briqadir-izolyasiyaçı vəzifəsinə də şamil olunmalıdır.
21. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə usta vəzifəsində işlədiyi dövr (cəmi 1 il 6 ay 14 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b—23419 şifri (kodu) üzrə yeni tikinti və quraşdırma işlərinin ustaları vəzifəsinə uyğundur.
22. İddiaçının xx.xx.2005-xx.xx.2007; xx.xx.2014-xx.xx.2016-cı illərdə iş icraçısı, baş iş icraçısı vəzifələrində işlədiyi vəzifə (cəmi 3 il 11 ay 10 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəl i Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b—24441 şifri (kodu) üzrə iş icraçıları, daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda 29-cu bənddə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan iş icraçısı vəzifəsinə uyğundur.
23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməs i öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
24. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2016-cı il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2020-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır, eləcə də müraciətin həmin xx.xx.2020-ci il tarixədək edilməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali M əhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2017-ci tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-966/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə iddiaçının güzəştli iş stajı, xüsusilə də “izolyasiyaçı” və “briqadir-izolyasiyaçı” işlədiyi vəzifənin zərərli olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyi üçün işin apellyasiya baxışı zamanı həmin məsələ bir daha araşdırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, “briqadir izolyasiyaçı” peşəsi də izolyasiya funksiyalarını yerinə yetirir və bu da zərərli peşə sayılmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq etdiyi 2 nömrəli Siyahının ******* bina qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) bölümündə izolyasiyaçı koduna uyğun gəlir və 2290000a-12520 kodu üzrə güzəştli şərtlərlə pensiya hüququ yaradır.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a – a) fəhlələr 2290000a—12520 – izolyasiyaçıl ar 2290000b – b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441 – iş icraçıları
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: iş icraçıları
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. İddiaçının təqdim etdiyi sənədlərlə, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzif əsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
42. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə o lan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
43. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
44. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajı onun 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə tamamlanır.
45. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
46. Həmçinin iddiaçının işlədiyi peşələrin (izolyasiyaçı, briqadir-izolyaçıyası, tikinti ustası, iş icraçısı, baş iş icraçısı) və sahənin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
47. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunma sı üçün əsaslar yoxdur.
49. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 21(103)-966/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.