Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2186/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)166/2024 nömrə li qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1991-ci il tarixdən hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin 188 nömrəli, xx.xx.1994-cü il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının ərizələrini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibat i Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi müddətli hərbi xidmətə çağırılaraq 1-ci Vətən Müharibəsi (1-ci Qarabağ) döyüşləri zamanı Azərbaycan Respublikasının MTN-in Sərhəd Qoşunlarında (indiki Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları) hərbi xidmət keçərkən Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşaraq, hərbi əlil olmuşdur. 5. xx.xx.1992-xx.xx.1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə alar aq DSX-nın Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş, xx.xx.1994-cü il tarixdə «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil kimi Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur.
6. İddiaçı müvafiq sənədləri əlavə edib ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası”na müraciət etsə də, bu vaxta kimi müraciətlərinə heç bir müsbət cavab ala bilməmişdir.
7. Yalnız məktublar almışdır ki, sənədlərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi Komissiyasında” baxılacaqdır. Müraciətlərinə hansı səbəblərdəns ə, bir ildən artıq müddətin keçməsinə baxmayaraq baxılmır.
8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və hazırda məhkəməyə təqdim olunmuş sənədlərindən görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsindən verilmiş 02/104 nömrəli xx.xx.2007-ci il tarixli arayışa əsasən xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 2-ci dərəcəli hərbi əlilliyə görə pensiya almışdır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığında verilmiş xx.xx.2007-ci il tarixli 203 nömrəli məktuba əsasən xx.xx.1992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almış və Azərbaycan Respublikası MTN-nin SRİ rəisinin 849 ş/h nömrəli xx.xx.1994-cü il tar ixli əmri ilə (əsas NZ seriyalı ******* nömrəli hərbi biletinin kserosurəti) tərxis olunmuşdur.
10. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorunun xx.xx.2021-ci il tarixli HP14/2722 saylı məktub-arayışına əsasən barəsində cinayət işi və ya araşdırma materialı olmamışdır.
11. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 1/8076 saylı məktubuna və DSX-yə təqdim olunmuş 5946 saylı stasionar xəstənin tibbi kartasının surətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuş və döyüşlərdə ağır yaralanmış, bu səbəbdən də, xx.xx.1992-ci il-xx.xx.1993-cü il olan dövrlərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə almış, nəticədə isə DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir.
12. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-128-2007 saylı qətnaməsindən görünür ki, hərbi xidmətdə olduğu dövrdə xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur.
13. Bütün bunlar isə o deməkdir ki, iddiaçının “Müharibə veteranı” və 2-ci qrup hərbi əlil olması faktı nəinki müvafiq sənədlərlə, həmçinin qanuni qüvvəsini almış olan yekun məhkəmə qərarı ilə artıq tam müəyyən olunmuşdur. 14. “Veter anlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
15. İddiaçının Sərhəd Qoşunlarında müddətdən artıq hərbi qulluq keçərkən erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı aldığı güllə yarasından hərbi xidmətə yararsız olduğundan, hərbi əlil kimi ehtiyata tərxis olunmasına baxmayaraq, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün digər əsaslar və ya sənədlər axtarmaq qanunların tələblərinə tamamilə ziddir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Ə sasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, xəsarət (yaralanma, travma, kontuziya) alma faktının elə özü şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tam əsasdır. Lakin qanunun tələblərinə baxmayaraq, iddiaçının müraciətləri bu günə kimi icra olunmamış qalmışdır. Cavabdehin etirazları:
17. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı daxil olmuş müraciəti əsasında toplanmış sənədlərə xx.xx.2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”nda baxılmışdır.
18. İddiaçının xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə “Naxçıvan” X4 (keçmiş N №li hərbi hissə) müddətli həqiqi hərbi xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı qarın boşluğunu dəlib keçən güllə yaralanması diaqnozu ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək müalicə olunması ilə bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması ilə əlaqədar daxil olmuş müraciəti əsasında onun xidmət yeri üzrə arxiv sorğuları toplanmışdır.
19. Barəsində toplanmış arxiv çıxarışlarına əsasən, 1992-1994-cü illər ərzində “Naxçıvan” X4 müddətli həqiqi hərbi xidmətdə olan zaman iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı yaralanması faktı üzrə məlumatlar aşkar edilmədiyindən qeyd olunan qanunvericiliyin tələbləri rəhbər tutularaq, “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”-nın qərarına əsasən, ona müharibə veteranı adının və vəsiqəsini n verilməsi məqsədəuyğun hesab edilməmişdir.
20. İşə əlavə edilmiş "Naxçıvan” X3 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.1994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır.
21. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Qoşmaya əlavə edilmiş materiallardan görünür ki, iddiaçının qarın boşluğunu dəlib keçən güllə yaralanması faktı ilə əlaqədar hadisənin döyüş və qeyri-döyüş şəraitində baş verib-verməməsi barədə məlumatlara dair göndərilmiş sorğuya “Naxçıvan” X3 xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur.
22. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının xidmət etdiyi müddət ərzində odlu silahdan yaralanması, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır.
23. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7239/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinasını əsaslıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir.
27. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil e dərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin.
28. İş materiallarına əlavə olunmuş sənədlərdən isə görünür ki, iddiaçının sənədlərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmış və döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının verilməsi mümkün hesab olunmamışdır.
29. Komissiyaya təqdim olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 46 л/с nömrəli əmri ilə iddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına qeydiyyata alınmış və bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.1993-cü il tarixli əmri ilə sıravi İddiaçı 11-ci sərhəd zastavasının atıcısı, xx.xx.1993-cü ildən hərbi hospitalda müalicədə hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.1994cü il tarixli əmri ilə əsgər İddiaçı 11-ci sərhəd zastavasının atıcısı-əsgəri, xx.xx.1994cü il tarixdən hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmış sayılmışdır. İddiaçının təqdim etdiyi tibbi kartanın surətindən isə görünür ki, o xx.xx.1992-20.04.93-cü hərbi xidmətdə olduğu dövrdə odlu silahdan yaralanması ilə bağlı müalicədə olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2-128/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçının hərbi xidmətdə olduğu dövrdə xx.xx.1992-ci il tarixdə Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahdan yaralanması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Lakin iddiaçının xx.xx.1993-cü ildən hərbi hospitalda müalicəyə getdikdən sonra qayıdaraq xx.xx.1994-cü il tarixədək qanuni əsaslarla hərbi xidmətdə olması barədə heç bir sübut yoxdur.
30. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı döv rdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir.
31. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.
32. İddiaçı isə hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqə nin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
33. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-166/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsd iq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin qüvvədə olan tələbinə əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla ) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə halla r orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
36. Əsasnamənin qeyd ol unan müddəasından göründüyü kimi, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
37. İddiaçının birinci Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının MTN-in Sərhəd Qoşunlarında hərbi xidmət keçərkən, Naxçıvan MR ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı birinci instansiya məhkəməsində icraat zamanı toplanmış, eləcə də, hazırkı mərhələdə tərəflərin məhkəməyə təqdim etdiyi və məhkəmə sorğusu əsasınd a əldə olunmuş sənədlərə əsasən öz təsdini tapır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhədinin qorunması üzrə Komitənin N saylı hərbi hissə üzrə arxiv sənədlərinə (hərbi hissə komandirini əmrlərinə, arayışlarına, tibbi xəstəlik sənədlərinə və s.) əsasən müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən çağırılmış iddiaçı N saylı hərbi hissə komandirinin N nömrəli şəxsi heyət üzrə xx.xx.1992-ci il tarixli əmri ilə şəxsi heyət tərkibinə daxil edilmiş və bütün təminatlara qoyulmuş; onun barəsində 1992-1994-cü illərdə tərtib olunmuş stasionar tibbi kartaya (№ 5946), xəstəlik haqqında şəhadətnaməyə (N-204) TSEK rəyinə (N-221), hərbi hisə komandirinin əmrlərinə, gündəlik qeydlərinə, Naxçıvan MR Hərbi Komissarlığının 203 nöm rəli xx.xx.2007-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinə ünvanladığı məktubuna və s. əsasən o, xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda erməni işğalçılarının hücumundan müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək müalicədə olmuş, əməliyyat (xx.xx.1994-cü il tarixdə) keçirmişdir.
38. İddiaçının uzun müddət müalicədə olması hərbi hissə komandirinin əmrləri ilə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş AR MTN Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə xx.xx.1993-cü il tarixli N nömrəli əmrinin arxiv çıxarışına əsasən xx.xx.1993-cü il tarixdən hərbi hospitalda müalicədə hesab edilmiş, xx.xx.1994-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissənin tibb məntəqəsindən çıxmış hesab edilmiş, xx.xx.1994-cü il tarixli 188 N-li əmrinə əsasən fiziki qüsurlarına əsasən Sərhəd Qoşunlarından vaxtından əvvəl ehtiyata buraxılaraq hərbi qeydiyyata götürülməsi üçün Naxçıvan ŞHK-na göndərilmişdir.
39. Tədqiq olunan sübutlarla, o cümlədən, qeyd olunan əmrləri ilə, həmin hərbi hissə komandirinin işə əlavə olunmuş “iddiaçının hərbi hissəsini özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmış sayılması” barədə xx.xx.1994-cü il tarixli 08 saylı əmri ilə heç də onun həqiqətən hərbi hissənin özbaşına tərk etməsi təkzib olunur.
40. Ən azından ona görə ki, birincisi, onun nə vaxtdan “hərbi hissəni özbaşına tərk etmiş hesab edilməsi barədə” əmr mövcud deyil, məhkəmə sorğusuna əsasən təqdim olunmuş əmrlər sırasında belə bir əmr təqdim olunmamışdır. İkincisi, qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin tarixdən sonra yalnız hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən tibb məntəqəsindən çıxmış hesab edilmiş və o, xx.xx.1994-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən güllə yarasından fiziki qüsurlarına görə qanuni əsaslarla (həmin vaxt qüvvədə olan SSRİ MN 260 N-li əmrinin 34b qrafasına əsasən) vaxtından əvvəl ehtiyata buraxılmışdır.
41. Eyni zamanda, Naxçıvan MR Hərbi Prokurorluğunun işə əlavə olunmuş HP14/2722 xx.xx.2021-ci il tarixli məktubunda da bildirilmişdir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi və ya araşdırma materialı olmamışdır.
42. İşə əlavə olunmuş Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 02/207 xx.xx.2022-ci il tarixli məktubuna və Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 02/104 saylı xx.xx.2007-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, aldığı güllə yarası nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik təyin olunmuşdur.
43. Bütün yuxarıda qeyd olunanların nəticəsi olaraq, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Komissiyasının 900 N-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Respublika ərazisinin bütövlüyünün müdafiəsi zamanı 1992-ci ildə aldığı güllə yarası ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
44. Beləliklə də, tədqiq olunan sübutlarla iddiaçının iddia tələbində haqlı olduğu, yəni, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir.
45. İddiaçının cavabdehə ünvanladığı yazılı müraciətləri nəticəsiz qalmış, hətta Hərbi-həkim Komissiyasının qeyd olunan qərarı ilə onun 1992-ci ildə aldığı g üllə yarası ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsindən sonra belə, ona müharibə veteranı adı və vəsiqəsi verilməmiş, qanunla qorunan hüquqları pozulmuşdur.
46. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər:
47. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.
48. Şikayətdə, həmçinin qeyd olunur ki, iş materiallarına diqqət yetirdikdə, bütün sorğulara cavabda iddiaçının döyüş əməliyyatlarında iştirakı ilə bağlı heç b ir sənəd yoxdur. İddiaçı xx.xx.1992-ci ildə qarın nahiyəsindən odlu silah yarası aldığını bildirir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-128-2007 saylı qətnaməsindən isə görünür ki, hərbi xidmətdə olduğu dövrdə xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı verilən bütün sorğulara alınan cavablarda isə iddiaçının xx.xx.1992-ci il tarixdə aldığı xəsarətin hərbi əməliyyatlar zamanı iştirakı ilə bağlı olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilən faktla (xx.xx.1992-ci il) iddiaçının iddia etdiyi xəsarətin alınma vaxtı(xx.xx.1992-ci il) üst-üstə d üşmür. İddiaçının xx.xx.1994-cü ildə hərbi hissəni özbaşına tərk edib qayıtması barədə iş materiallarında əmr mövcuddur. Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarından görünür ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:
49. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi maddədə nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda aşağıdakılar qeyd edilmişdir.
51. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti verilmə müddətini buraxmaqla vermişdir. Belə ki, məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə Portalına yerləşdirilmiş və qərar tərəflər tərəfindən hə min gündə də Elektron Məhkəmə Portalı vasitəsi ilə əldə olunmuşlar. Əlavə olaraq, məhkəmənin qərarı xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə poçt vasitəsi ilə göndərilmişdir, yəni ikinci dəfə həmin qərar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ən geci xx.xx.2024-cü il tarixdə alınmışdır. Bununla da, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən kassasiya şikayətini - şikayətin verilmə müddətini buraxmaqla vermişdir. Bunu məhkəmə qərarının göndərildiyi zərfin üzərinə baxış keçirməklə müəyyən etmək olar.
52. Digər tərəfdən isə kassasiya şikayətinin dəlilləri tamamilə qanunsuz və tamamilə əsassız olmaqla yanaşı müharibə əlilinə cavabdehdəki düzgün olmayan qərəzli münasibəti əks etdirir.
53. Kassasiya şikayətində qeyd olu nur ki, “Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-128-2007 saylı qətnaməsindən görünür ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı verilən bütün sorğulara alınan cavablarda isə iddiaçının xx.xx.1992-ci il tarixdə aldığı xəsarətin hərbi əməliyyatlar zamanı iştirakı ilə bağlı olmasını təsdiq edən heç bir sənəd mövcud deyil”.
54. Cavabdeh şikayətində qətnamədə yazılanları tamamilə təhrif etmiş (Kassasiya şikayətində yaralanma tarixini hansı səbəbdənsə, səhvən xx.xx.1992-ci il göstərmişlər), hətta nəzərə almamışdır ki, iddiaçı hərbi xidmətdə оlduğu d övrdə xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarları Azərbaycan Ermənistan sərhədində olmuş bizim döyüş postumuza hücum edən zaman onların hücumları dəf olunan zaman döyüşdə ermənilər tərəfindən оdlu silahlardan atılmış güllələrdən yaralanmış və nəticədə 2-ci qrup hərbi əlil оlmuşdur.
55. Belə ki, məhkəməyə təqdim olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-128-2007 saylı qətnaməsindən görünür ki, xx.xx.1973-cü il tarixdə Naxçıvan şəhərində anadan оlmuş iddiaçı hərbi xidmətdə оlduğu dövrdə xx.xx.1992-ci il tarixdə (stasionar müalicəsinin başlanıldığı tarix qeyd olunur) Naxçıvan MR-in Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə оdlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil оlması barədə hüquqi əhəmiyyətli fakt müəy yən оlunmuşdur.
56. Məhkəməyə təqdim olunmuş iddiaçının hərbi biletinin, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 46л/с (iddiaçının hərbi hissənin şəxsi heyətinə daxil olma əmrindən çıxarış) və 13,xx.xx.1994-cü il tarixli 188 №-li (iddiaçının ordudan tərxis olunması ilə bağlı hərbi hissənin şəxsi heyətindən xaric olma əmrindən çıxarış) əmrlərindən olunmuş çıxarışların kserоsurətlərindən görünür ki, xx.xx.1973-cü il tarixdə Naxçıvan şəhərində anadan оlmuş: iddiaçı xx.xx.1992-ci il tarixdən başlayaraq, Azərbaycan Respublikasının Sərhəd Qоşunlarında hərbi qulluq keçmiş və xx.xx.1994-cü il tarixdə DSX Hərbi Hоspitalının Hərbi Həkim kоmissiyasının «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil kimi ordu sıralarından ehtiyata t ərxis olunmuşdur.
57. Məhkəməyə təqdim olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsindən verilmiş 02/104 nömrəli xx.xx.2007-ci il tarixli arayışa əsasən Naxçıvan şəhəri, B.Abbasov 79-da yaşayan iddiaçıya ondan ötəri ki, o, həqiqətən Naxçıvan şəhər DSMF-də xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 2-ci dərəcəli hərbi əlilliyə görə pensiya almışdır.
58. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığından verilmiş xx.xx.2007-ci il tarixli 203 nömrəli məktuba əsasən iddiaçı xx.xx.1992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almışdır və Azərbaycan Respublikası MTN-nin SRİ rəisinin 849 ş/h nömrəli xx.xx.1994-cü il tarixli əmri ilə (əs as NZ seriyalı ******* nömrəli hərbi biletinin kserosurəti) tərxis olunmuşdur.
59. Məhkəməyə təqdim olunmuş Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1/8076 saylı məktubdan DSX-yə təqdim оlunmuş, Naxçıvan Muxtar Respublikasının Respublika Mərkəzi Xəstəxanasının tibbi sənədlərindən və N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli 39 №-li əmrindən olunmuş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə vuruşması zamanı erməni işğalçılarının atdığı güllələrdən ağır yaralanandan tərxis olunana kimi iddiaçı xx.xx.1992-ci il - xx.xx.1993-cü il dövr üçün оlan Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə yar alarından müalicə almış, xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissənin tibb məntəqəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi DSX Hərbi hospitalında “Əməliyyatdan sonrakı ventral yırtıq. Bitişmə xəstəliyi” diaqnozu ilə aldığı güllə-оdlu silah yaralarından müalicədə olmuş, nəticədə isə xx.xx.1994-cü il tarixdə iddiaçı DSX Hərbi Hоspitalının Hərbi Həkim kоmissiyasına təqdim оlunmuş və Hərbi Həkim Komissiyasının 204 saylı rəyinə əsasən «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir. Yəni iddiaçı xx.xx.1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə müdafiə zamanı erməni işğalçılarının atdığı güllələrdən qarın nahiyəsində n odlu silah yaraları almış, xx.xx.1994-cü il tarixə, yəni tərxis olunan tarixə kimi aldığı güllə-оdlu silah yaralarından nəinki sağalmamış, hətta ağır xəstə vəziyyətində olmuşdur.
60. Bu, о deməkdir ki, iddiaçının müharibə veteranı və 2-ci qrup hərbi əlil оlması faktı nəinki müvafiq sənədlərlə, həmçinin qanuni qüvvəsini almış оlan yekun məhkəmə qərarı ilə də artıq tam müəyyən оlunmuşdur. Həm də ki, bu hal cavabdeh və məhkəmə tərəfindən iddiaçının xidmət etdiyi hərbi hissədə hansısa sənədlərin olmamasının bəhanə gətirilmələrinin müharibə veteranının və əlilinin hüquqlarının kоbud surətdə pоzulması kimi qiymətləndirilməsini tələb edir. İkincisi, Kassasiya şikayətində qeyd olunur ki, “İddiaçının xx.xx.1994-cü ildə hərbi hissəni özbaşına tərk edib qayıtması barədə iş materiallarında əmr mövcu ddur.”
61. Lakin kassasiya şikayəti verilərkən nəzərə alınmamışdır ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Prоkurоrunun xx.xx.2021-ci il tarixli HP-14/2722 saylı məktubarayışından görünür ki, iddiaçının barəsində Naxçıvan Muxtar Respublikasının Hərbi Prоkurоrluğunda cinayət işi və ya araşdırma materialı оlmamışdır.
62. Məhkəməyə təqdim olunmuş Naxçıvan MR arxivindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1992-1993-cü illərdə Naxçıvan MR-nın X1 şöbəsində stasionar müalicədə olmuşdur.
63. Məhkəməyə təqdim olunmuş N saylı hərbi hissənin xx.xx.1993-cü il tarixli 137 №-li əmrindən olunmuş çıxarışdan görünür ki, xx.xx.1993-cü il tarixdə 11-ci sərhəd zastavasının atıcısı İddiaçı оğluna hərbi hospitalda müalicəsi üçün göndəriş verilmişdir.
64. Məhkəməyə təqdim ol unmuş xx.xx.1994-cü ildə tərtib olunmuş Hərbi Hospitalın 204 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı aldığı güllə yaralarından xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi stasionar müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının rəyinə görə: İddiaçı оğlu «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir. Yəni iddiaçı xx.xx.1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə müdafiə zamanı erməni işğalçılarının atdığı güllələrdən qarın nahiyəsindən odlu silah yaraları almış, xx.xx.1994-cü il tarixə, yəni tərxis olunan tarixə kimi aldığı güllə-оdlu sila h yaralarından nəinki sağalmamış, hətta ağır xəstə vəziyyətində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı istəsəydi belə, ağır yataq xəstəsi olma səbəblərindən hərbi xidmət yerindən özbaşına tərk etmədə ola (zatən bu barədə hərbi hissənin heç bir əmri də yoxdur) və xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmədən qayıda bilməzdi.
65. Məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının X2 tarixindən açıq-aşkar görünür ki, iddiaçı xx.xx.1992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı döyüş postunda aldığı güllə yaralarından xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi stasionar müalicədə olmuşdur.
66. Kassasiya şikayətinə görə, iddiaçı yaralandıqdan sonra xx.xx.1994-cü il tarixində hərbi hissənin tibb məntəqəsinə yerləşdirilənə kimi fərari ol muşdur. Əvvəla, ölümcül yaralı olan adam necə fərari olur. İddiaçı hələ indi də müstəqil hərəkət etməkdə çətinlik çəkir.
67. İkincisi, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdən və N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli 39 №-li əmrdən olunmuş çıxarışdan görünür ki, yaralanandan tərxis olunana kimi iddiaçı xx.xx.1992-ci il-xx.xx.1993-cü il dövrdə Naxçıvan Muxtar Respublikasının Respublika Mərkəzi Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-оdlu silah yaralarından müalicə almış, xx.xx.1994cü il tarixə kimi N saylı hərbi hissənin tibb məntəqəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi DSX Hərbi hospitalında “Əməliyyatdan sonrakı ventral yırtıq, Bitişmə xəstəliyi” diaqnozu ilə aldığı güllə-оdlu silah yaralarından müalicədə olmuş, nəticədə isə xx.xx.1994-cü il tarixdə DSX Hərbi Hоspitalının Hərbi Həkim kоmissiyasına təqdim оlunmuş və «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir. Yəni iddiaçı tərxis olunan tarixdə-zamanda belə erməni işğalçılarının atdığı güllələrdən aldığı güllə-оdlu silah yaralarından sağalmamış və ağır yataq xəstəsi vəziyyətində olmuşdur.
68. Üçüncüsü, iddiaçının barəsində Naxçıvan Muxtar Respublikasının Hərbi Prоkurоrluğunda cinayət işi və ya araşdırma materialı оlmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 69. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
70. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsi zliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasınd a verilir.
71. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasi ya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
72. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
73. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
74. Şikayət aşağıd akı səbəblərə görə təmin oluna bilməz.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
77. Əsasnamənin yuxarıda qeyd olunan müddəasından göründüyü kimi, o cümlədən Naxçıvan Muxt ar Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
78. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının birinci Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının MTN-in Sərhəd Qoşunlarında hərbi xidmət keçərkən, Naxçıvan MR ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı birinci instansiya məhkəməsində icraat zamanı toplanmış, eləcə də, hazırkı mərhələdə tərəflərin məhkəməyə təqdim etdiyi və məhkəmə sorğusu əsasınd a əldə olunmuş sənədlərə əsasən öz təsdini tapır.
79. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhədinin qorunması üzrə Komitənin N saylı hərbi hissə üzrə arxiv sənədlərinə (hərbi hissə komandirini əmrlərinə, arayışlarına, tibbi xəstəlik sənədlərinə və s.) əsasən müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən çağırılmış iddiaçı N saylı hərbi hissə komandirinin N nömrəli şəxsi heyət üzrə xx.xx.1992-ci il tarixli əmri ilə şəxsi heyət tərkibinə daxil edilmiş və bütün təminatlara qoyulmuş; onun barəsində 1992-1994-cü illərdə tərtib olunmuş stasionar tibbi kartaya (№ 5946), xəstəlik haqqında şəhadətnaməyə (N-204) TSEK rəyinə (N221), hərbi hisə komandirinin əmrlərinə, gündəlik qeydlərinə, Naxçıvan MR Hərbi Komissarlığının 203 nömrəli xx.xx.2007-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinə ünvanladığı məktubuna və s. əsasən o, xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda erməni işğalçılarının hücumundan müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almış və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək müalicədə olmuş, əməliyyat (xx.xx.1994-cü il tarixdə) keçirmişdir.
80. İddiaçının uzun müddət müalicədə olması hərbi hissə komandirinin əmrləri ilə də öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş AR MTN Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə xx.xx.1993-cü il tarixli N nömrəli əmrinin arxiv çıxarışına əsasən xx.xx.1993-cü il tarixdən hərbi hospitalda müalicədə hesab edilmiş, xx.xx.1994-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissənin tibb məntəqəsindən çıxmış hesab edilmiş, xx.xx.1994-cü il tarixli 188 N-li əmrinə əsasən fiziki qüsurlarına əsasən Sərhəd Qoşunlarından vaxtından əvvəl ehtiyata buraxılaraq hərbi qeydiyyata götürülməsi üçün Naxçıvan RHK-na göndərilmişdir.
81. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bütün yuxarıda qeyd olunanların nəticəsi olaraq, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Komissiyasının 900 N-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Respublika ərazisinin bütövlüyünün müdafiəsi zamanı 1992-ci ildə aldığı güllə yarası ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
82. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
83. Yuxarıda göstər ilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-166/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.