Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2187/2020 ALİ MƏHKƏMƏ X1 Bakı Şəhər Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) 08.12.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı X1 cavabdeh Bakı Şəhər Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1282/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ünvan1 üzərində İddiaçı paylı (2/6 hissəsi) mülkiyyəti dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çə kilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır.
3. İddiaçıya məxsus yuxarıda qeyd edilən yaşayış evi də Nazirlər Kabinetinin qeyd edilən qərarının təsir dairəsinə düşmüşdür.
4. Cavabdehin cəlb etdiyi müstəqil qiymətləndiricilər tərəfindən iddiaçının paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinin iddiaçıya məxsus hissəsi 61690 manat dəyərində qiym ətləndirilmişdir. 5. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçının fərdi yaşayış evinin yaşayış sahəsi 24,0 m2, yardımçı sahəsi 16,46 m2, ümumi sahəsi 40,46 m2-dır. Mülkiyyətçi ona məxsus olan çıxarışda qeyd edilən evdə yaşamadığına və faktiki sahəsini göstərə bilmədiyinə görə çıxarışda qeyd edilən və X3 məxsus olan fərdi yaşayış evi 4085/1A şərti kodu ilə qeydiyyata alınmış və sənədli sahəyə əsasən 40000 manat qiymətləndirilmişdir. 6. ünvan 1 ünvanda iddiaçıya məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçı iddiaçı Cavabdeh təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx.xx.2018-ci ildə həmin komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı iddiaçıya ona məxsus yaşayış sahəsinə görə iddiaçıya 40000 manat mə bləğində kompensasiya təklif edilmişdir, lakin iddiaçı razılığını bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı X6 cavabdehə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqa iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-də 0,01248 ha. sahədə yerləşən 109 m2 fərdi yaşayış evinə görə ona 180.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia ərizəsini belə əsaslandırmışdır ki, sözügedən yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixli çıxarışla təsdiqlənir. Cavabdeh evin qiymətinin 61690 manat olduğunu bildirsə də iddiaçı bununla razılaşmır. Hesab edir ki, həmin evin hazırkı qiymə ti 180000 manat təşkil edir. Eyni zamanda, cavabdeh evi 61690 manat məbləğində qiymətləndirsə də, iddiaçının adına açılan depozitə 61690 manat yox, 40000 manat qoyulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Ünvan1-də 1986-cı ildən kirayədə yaşayan X4 93000 manat kompensasiya ödənilmişdir. Halbuki, həmin kompensasiya qeyd edilən şəxsə deyil, iddiaçıya ödənilməli idi. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)181/2019 saylı qərarı ilə (hakim – M.T.Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.
10. Məhəmə qeyd etmişdir ki, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan Ünvan1-də yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin qeyd olunan qərarının təsiri altına düşmüş və həmin əmlakla bağlı həm iddiaçının depozit hesabı na, həm də iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ olan şəxs X2 hesabına kompensasiya məbləğləri köçürülmüşdür. İddiaçı paylı mülkiyyətində olan əmlaka görə niyə məhz 180000 manat tələb etdiyini əsaslandırmamış, paylı mülkiyyətində olan əmlaka görə 180000 manat məbləğində kompensasiya tələb etmək hüququnun mövcud olmasını təsdiq edən hallar barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı iddia ərizəsində evinin sahəsinin 109 m2 olmasını göstərsə də, daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahəsi 40,46 m2, yaşayış sahəsi 24,0 m2, yardımçı sahəsi isə 16,46 m2 olmuşdur.
11. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunması nı xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarı ilə (sədrlik edən – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan evin sökülmə anında ondan faktiki istifadə edən, ona sahiblik edən və bununla bağlı əmlakın saxlanması xərclərini çəkən digər şəxslər olduqlarından, iddiaçı cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləğin in 93.000 manatlıq hissəsinin ona deyil, həmin şəxslərə ödənilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz olduğunu iddia etməkdə haqlı olmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-09/20 nömrəli qərarına görə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmi şdir ki, cavabdeh tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi üçün iki dəfə mütəxəssis cəlb edilmiş, ikinci mütəxəssis rəyi əmlakın bazar dəyərini daha aşağı məbləğdə qiymətləndirmiş, cavabdeh orqan da heç bir əsas olmadan həmin rəyi əsas götürərək iddiaçıya daha aşağı məbləğdə kompensasiya ödənilməsini təklif etmişdir. Artıq müəyyən edilmiş kompensasiya məbləğinin azalmasına dair rəydə göstərilmiş əsaslar qanunvericiliklə nəzərdə tutulmamışdır. Müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş bilavasitə qiymətləndirmə hesabatları üzrə araşdırma və hüquqi qiymətləndirmə aparılmalı olduğu halda, məhkəmələr tərəfindən işin hallarının araşdırılması düzgün həyata keçirilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən olun masına əsas olmuş faktiki hallara dair cavabdehən müvafiq sübutları tələb etməli və həmin sübutlarla bağlı araşdırma aparmaqla, tələbə qiymət verməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1282/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-181/2019 nömrəli qərarının qismən ləğv edilməsi, iddianın qismən təmin edilərək cavabdehdən əlavə 20230 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan mənz il sahəsi 40,46 m2-dir. Qanunvericiliyin tələbinə əsasən dövlət ehtiyacları üçün alınan torpaqların hər m2 hissəsi 1500 manat hesablandığından, iddiaçının mənzilinin sahəsi 40,46 m2 olduğundan iddiaçıya ümumilikdə 60690 manat məbləğində kompensasiya ödənilməlidir. Cavabdeh tərəfindən 40000 manat vəsait iddiaçının depozit hesabına qoyulduğundan hazırda kompensasiyanın ödənilməyən 20690 manat məbləği iddiaçıya ödənilməlidir.
19. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində, iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
20. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1282/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir.
21. İdddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1282/2020 nömrəli qərarının qərarının dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavbdehin kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıya məxsus olan obyektin dövlət ehtiyacları üçün alınmasına görə onun qiymətləndirilməsi qiymətləndirmə sahəsində ixtisaslaşmış ekspert-qiymətləndirici tərəfindən bu sahədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması müvafiq qaydada təmi n edilmişdir. İddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/6 hissəsini alqı-satqı müqaviləsi əsasında 40000 manat kompensasiya almaqla cavabdehin xeyrinə özgəninkiləşdirilmişdir. Tərəflər arasında əqd, yənin müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əqd barəsində mübahisə etmək hüququna malik şəxs əqdi təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə, hazırkı iş üzrə iddiaçı 40000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə müqaviləni imzaladığına görə hazırkı tələblə məhkəmədə iddia qaldırmaq hüququnu itirmişdir. Apellyasiya inst ansiyası məhkəməsi isə işin mümkünlük şərtlərini yoxlayarkən göstərilən halları nəzərə almamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) İddiaçının kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi hesabatda iddiaçının evinin bazar dəyərinin 40000 manat olduğunu göstərmişdir. Cavabdeh tərəfindən təqdim edilən hesabat həqiqəti əks etdirmir və saxtakarlığa yol verilmişdir. Belə ki, əgər iddiaçının mülkiyyətində olan evdə yaşayan X4 93000 manat verilibsə və iddiaçıya 40000 manat verilibsə onda cavabdeh tərəfindən təqdim olunan hesabatda iddiaçının evinin dəyəri 133000 manat göstərilməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
26. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
27. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsini n 1-ci və 5-ci hissələrinə görə Hamı qanun və məhkəmə qarşısında bərabərdir, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
29. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 30. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq ( onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələ r, tikililər, qurğular və bu kimi digər obyektlər);
31. Həmin Qanunun 23.1-ci maddəsinə görə bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;...
32. Həmin Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməs i üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
33. Həmin Qanunun 56.1-ci maddəsinə görə bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti;
34. Həmin Qanunun 58.1-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
35. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
36. Həmin Qanunun 58.4-cü maddəsinə görə torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəl lənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
41. Həmin Məcəllənin 92.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
42. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb o lunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
43. Həmin Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qə naətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdı rmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalı dır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X7rşı, § 29; X8rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X7rşı, § 29; X8rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; X8rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşu lmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). 46. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin “N.A. və digərlərinin Türkiyəyə qarşı “mülkiyyətdən maneəsiz istifadə” hüququnun pozulmas ına dair” işi.
48. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)1174/2020 nömrəli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
52. Hazırk ı qərarın 37-40, 44-45-ci maddələrində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmağa və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirməyə borcludur. Lakin, qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi göstərilən tələbləri pozaraq iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri nəzərə almamış və bununla bağlı qərarda məhkəmənin mövqeyini qeyd etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 30-36-cı bəndlərində göstərilən maddi hüquq normalarının tələbləri baxımından ətraflı araşdırma aparmamış, öz qərarında maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.
54. Bununla yanaşı iddiaçının kassa siya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə cavabdeh orqan tərəfindən iki dəfə qiymətləndirmənin aparılması təmin edilmiş, həmin əmlakın ilkin qiymətləndirilməsində bazar qiyməti 61690 manat, digər qiymətləndirməsində isə 40000 manat göstərilmiş, cavabdeh isə heç bir əsas gətirmədən ikinci qiymətləndirməyə uyğun kompensasiya məbləğinin iddiaçıya verilməli olması qənaətinə gəlmişdir.
55. İşə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxılarkən də Ali Məhkəmə Kollegiyası cavabdehin bu yanaşmasını əsassız hesab etmiş, işi təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən məhkəməyə kompensasiya məbləğinin müəyyən edilməsinə əsas olmuş faktiki hallara dai r cavabdehdən müvafiq sübutları tələb etməli olduğunu bildirmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı qərarın 43-cü bəndində göstərilən prosessual hüquq normasının tələbini pozaraq Ali Məhkəmə Kollegiyasının göstərişini yerinə yetirməmiş, cavabdehin kompensasiya məbləğinin müəyyən edilməsinə dair araşdırma aparmadan qərar qəbul etmişdir.
57. Halbuki, iş materiallarına bir-birinə zidd iki ekspert rəyi olduğundan mübahisəli əmlakın həqiqi bazar qiymətinin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi əlavə ekspertiza təyin etməli, nəticədən asılı olaraq cavabdehin təklif etdiyi kompensasiya məbləğinin ağlabatan olub-olmadığını müəyyən etməli idi.
58. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsin in tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir.
59. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.
60. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1174/2020 nömrəli qərarı).
61. Məhkəmə kollegiyası qeyd edir ki, işə məhkəmələr tərəfindən baxılarkən ünvan 1-də yerləşən fərdi yaşayış evinin 2/6 hissəsinin iddiaçıya m əxsus olduğu müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən digər payların mülkiyyətçilərinə verilən kompensasiya məbləği müəyyən edilməmişdir.
62. Apellyasiya instansiyası məkhəməsinin işi göstərilən formada araşdırmaması eyni əmlakın paylı mülkiyyətçilərinə müxtəlif məbləğlərdə kompensasiya ödənilməsinə səbəb ola bilər ki, bu hal da hazırkı qərarın 28-i bəndində konstitusion hüquq olan göstərilən vətəndaşların bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər.
63. Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarın 47-ci bəndində göstərilən işində qeyd olunur ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konv ensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olub-olmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır.
64. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mübahisəli əmlak ın həqiqi bazar qiymətini müəyyən etməmiş, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn əmlakın dəyərini, əmlakın paylı mülkiyyətçilərini və onlara ödənilən kompensasiya məbləğini müəyyən etməyərək vətəndaşların bərabərlik hüququnun pozulmasına səbəb olmuş, eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməyərək və qərarını əsaslandırmayaraq həm prosessual, həm də maddi hüquq normaların tələblərini, həm də Avropa Məhkməsinin bununla bağlı göstərişlərini pozmuşdur.
65. Hər iki kassatorun dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Hazırkı qərarın 41-ci bəndində göstərilən normanın tələbindən məlum olduğu kimi, əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin hazırk iş üzrə qərarı ləğv edilməlidir.
66. Tərəflər öz kassasiya şikayətlərində iş üzrə yeni qərar qəbul edilməsini xahiş etsələr də, hər iki kassasiya şikayəti həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırkı iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
67. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Kollegiyasının yuxarıda göstərilən hüquqi mövqeyi baxımından işin mümkünlük şərtlərinə qiymət verməli, kompensasiya məbləğinin müəyyən olunmasına əsas olmuş faktiki hallara dair cavabdehən müvafiq sübut ları tələb etməli, mübahisəli əmlakın həqiqi bazar qiymətinin müəyyən edilməsi üçün əlavə ekspertiza təyin etməli, əmlakın paylı mülkiyyətçilərini və onlara verilən kompensasiya məbləğini müəyyən etməli, bununla vətəndaşların konstitusion hüququ olan bərabərlik hüququnu təmin etməli, göstərilən halları araşdıraraq qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun əsaslandırılmış qərar qəbul etməlidir.
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1282/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar