Məhkəmə qərarları › İş №2-1(102)-2188/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2188/2020

15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2188/2020 15.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fəaliyyəti dayandırılmış təhsil müəssisəsi tələbələrinin başqa təhsil müəssisəsinə köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “ müvafiq dövlət tibb təhsil məktəblərinin birinə köçürülmə” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1085/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2205/2206-cı tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əczaçılıq” ixtisasına (əyani, ödənişli əsaslarla) qəbul olunmuşdur. 2. “Loğman” Tibb Məktəbi 2007-ci ilin sonunda fəaliyyətini dayandırmışdır.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun digər orta ixtisas təhsil müəssisəsinə köçürülməsini xahiş etmişdir.

4. Cavabdeh xx xxxx 2019-cu il tarixli, Ə-486/04/1-24 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin x xxxxxx 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və ortaixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də fəaliyyəti dayandırılmış təhsil müəssisəsinin tələbələrinin başqa təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nı xahiş etmişdir.

6. İddiaçı ərizəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2005-2006-cı tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əzcaçılıq” ixtisasına (əyani, ödənişli əsaslarla) qəbul olunmuşdur. “Loğman” Tibb Məktəbi 2007-ci ilin sonunda fəaliyyətini dayandırmışdır. O, dəfələrlə Təhsil Nazirliyinə müraciət edərək təhsil hüququnun bərpa edilməsini xahiş etmişdir. Lakin, Nazirlik onun müraciətlərinə cavab verməmişdir. İddiaçı sonuncu dəfə x xxxxx 2019-cu il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla insan hüquq və azadlıqlarını pozmuşdur.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim etməmişdir. 8. 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)3243/2019 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsilini başa vura bilməməsi obyektiv səbəblərdən baş verdiyindən, eləcə də onun oxuduğu təhsil müəssisəsinin fəaliyyəti dayandırıldığından, cavabdeh onun müvafiq dövlət tibb təhsil məktəblərindən birinə bərpa olunmaqla təhsilini davam etdirməsi üzrə bütün tədbirləri görməlidir.

10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin o lunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3243/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının dövlət tibb təhsil məktəblərindən birinə bərpa olunmaqla təhsilini davam etdirməsi barədə iddiası qanuna zidd olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalara görə, orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin qərardan xx xxxxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, təhsil hüququnun bərpa olunaraq müvafiq tibb məktəblərinin birinə köçürülməsi ilə bağlı bütün tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etm işdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalarına istinad etmişdir. Lakin o, 2012-ci il tarixdən təhsil hüquqlarının bərpası üçün cavabdehə müraciətlər etmişdir. Yəni, onunla cavabdeh arasında olan m ünasibətlər 2005-2007-ci illərdə yaranan təhsil münasibətləridir və 2012-ci ildən isə hazırkı tələblə cavabdehə müraciətlər etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7 diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

18. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalar: Bənd

3. Tələbələr sırasından xaric edilmə. 3.1. Tələbə aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdə; 3.1.3.orta ixtisas təhs ili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda; 3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə təhsil haqqında sənədin əsli və əgər müraciət edərsə təhsilini başa vurmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış verilir. Həmin sənədlərin surətləri və xaric olunma haqqında əmrdən çıxarış orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Bənd

4. Tələbələr sırasına bərpa. 4.1. Orta ixtisas təhsili müəssisələri tələb ələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan laz ımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı təhsil aldığı Bakı şəhərində yerləşən orta ixtisas məktəbinin fəaliy yətinin dayandırılması ilə əlaqədar Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Təhsil nazirinin x xxxxxx 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və ortaixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir.

23. İddiaçı sonradan eyni tələblə bağlı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəf indən apelyasiya şikayəti verilmiş, bu zaman cavabdeh öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalara istinad etmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlili ilə razılaşmış və Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalara istinad edərək iddianı rədd etmiş dir.

25. Göründüyü kimi, inzibati orqan imtina məktubunda və apelyasiya şikayəti verərkən hər dəfə fərqli mövqe nümayiş etdirmiş, müxtəlif normativ aktlara istinad etmişdir.

26. Cavabdehin və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Müvəqqəti Qaydaların 4.1-ci bəndində qeyd edilir ki, orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

27. Apelyasiya instansiyası məhkəməsi də cavabdehin apelyasiya şikayətinin dəlili ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı Müvəqqəti Qaydalarda təsbit edilən 10 illik müddət keçdikdən sonra hazırkı tələblə cavabdehə müraciət etdiyindən iddia təmin edilə bilmə z.

28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci tarixli 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydaların 3-cü bəndində tələbənin orta ixtisas təhsili müəssisəsindən xaric edildiyi hallar təsbit edilmişdir. Həmin Qaydalara görə tələbə təhsil müəssisəsindən öz arzusu ilə, başqa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdə, orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçm əyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda xaric edilir.

29. Göründüyü kimi, sadalanan halların heç biri iddiaçıya münasibətdə baş verməmişdir. İddiaçı təhsil müəssisəsindən xaric edilməmiş, təhsil müəssisənin qeydiyyatının ləğv edilməsi ilə bağlı təhsilini ondan asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir.

30. Belə ki, X1 Direktorlar Şurası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20017-ci il tarixli məktubdan məlum olunur ki, iddiaçı 2005-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və “Əczaçılıq” ixtisasına (əyani, ödənişli əsaslarla) qəbul olmuşdur. Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeyd iyyatdan keçmiş qeyri-dövlət orta ixtisas məktəblərinə orta təhsil bazasından 2005/2006-cı tədris ili üçün qəbul keçirilən ixtisasların, o cümlədən “Loğman” Tibb Məktəbinə aid ixtisasların siyahısı “Abituriyent” jurnalının 2005-ci il 6-cı nömrəsində çap edilmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 16 nömrəli qərarı ilə “Loğman” Tibb Məktəbi qeydiyyata alınmış və 1997-2005-ci illər ərzində Nazirlər Kabinetinin hər il təsdiq etdiyi qəbul planı əsasında TQDK tərəfindən “Loğman” Tibb Məktəbinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır. Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 221 nömrəli qərarı ilə “Loğman” Tibb Məktəbinin qeydiyyatı ləğv edilmişdir.

32. Həmin məktuba əlavə edilmiş “Abituriyent” jurnalının 2005-ci il 6-cı nömrəsi nin 12-ci səhifəsindən görünür ki, “Loğman” Tibb Məktəbinə 2005/2006-cı tədris ili üçün TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır.

33. Beləliklə də, “Loğman” Tibb Məktəbinin Nazirlər Kabinetinin qərarı ilə qeydiyyata alınmaqla 1996-2007-ci illərdə qanuni əsaslarla fəaliyyət göstərməsi, 2007-ci ildə “Loğman” Tibb Məktəbinin qeydiyyatının ləğv edilməsi, iddiaçının 2005-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək “Əczaçılıq” ixtisasına (əyani, ödənişli əsaslarla) qəbul olunması işin mübahisəsiz hallarıdır.

34. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi 10 illik müddətin keçməsinə istinad edirsə, bu zaman iddiaçının sonuncu müraciətinin tarixi ilə m əhdudlaşmamalı, onun əvvəllər, həmin vaxt çərçivəsində hazırkı tələblə cavabdehə müraciət edib-etməməsini aydınlaşdırmalı idi. Belə ki, iddiaçı iddia ərizəsində, eləcə də kassasiya şikayətində 2012ci ildən dəfələrlə cavabdeh orqana müraciət etdiyini, lakin cavabdeh tərəfindən onun müraciətlərinin cavabsız qaldığını göstərmişdir.

35. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçıya “Loğman” Tibb Məktəbi tərəfindən diplom verilməsinə istinad etmişdir.

36. İş materiallarında “Loğman” Tibb Məktəbi tərəfindən iddiaçıya diplom verilməsi barədə sübut yoxdur. Əgər, məhkəmə işin 16-cı səhifəsində olan, kserosurətə istinad edirsə, bu kserosurət oxunması mümkün olmadığından, eləcə də diplomun lazımi qaydada təsdiq olunmuş surəti olmadığından sübut kimi qəbul edilə bilmə z.

37. Qeyd olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsi öz xidməti vəzifəsinə görə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

38. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının təhsil hüququna bilavasitə təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir.

39. Öz növbəsində, şəxsin təhsil hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmə k vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxsin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməlidir. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsi nin müddəalarından irəli gəlir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1085/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar