Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2188/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzil görə ödənilən kompensasiya, bazar qiyməti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, DƏDRX-in 1 saylı Ərazi İdarəsi, Vəkil3) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-54/2021 saylı, 2 mart 2021-ci il tarixli qər arından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-cı ildə Bakı şəhərində doğulmuşdur (XVİ-JQ seriyalı 295167 №-li doğum haqqında şəhadətnamə). Doğum haqqında şəhadətnamədə ata qrafasında “X18”, ana qrafasında “X41 Qulu” göstərilmişdir.
2. X18 ilə X7 nikaha girmiş və bu barədə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 01.11.1969-cu il tarixdə 1379 №-li nikah akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Cabarov, arvada Cabarova soyadı verilmişdir.
3. X18 11.03.1992-ci ildə, X8 16.02.2013-cü ildə ölmüşdür.
4. Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.01.2019-cu il tarixli ara yışa əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
5. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 15.11.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə iddiaçının mərhum anası X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
6. Həmin İdarə tərəfindən həmin evə dair X9, yəni Cabarova Əminənin ərinin adına texniki pasport verilmişdir. Texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən mübahisəli evin sahəsi 494,2 k.metrdən ibarət olmuşdur. Adıçəkilən texniki pasportdan eyni zamanda evin ümumi sahəsinin 221,5 kv m olduğu müəyyən edilir (A tikili 114,5 kv m, B tikili 62,3 kv m, V tikili 44,7). 21.11.2002-ci il tarixdə mübahisəl i evə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi verilmiş və həmin Qeydiyyat vəsiqəsində evin ümumi sahəsi 221,5 kv.m qeyd olunmuşdur.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında 28.06.1974-cü il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə 18 sentyabr 1943-cü ildə müharibədə həlak olan vətəndaş X23 və 18 yanvar 1972-ci ildə vəfat edən Cabarova Seyid X21 mülkünün vərəsəsi plemyannik (mətnə uyğun) X11r (Bakı şəhəri, 16-cı Zavokzalnaya küçəsi, ev 42, mənzil 30 qeydiyyatda olan). Bu şəhadətnamənin verildiyi miras əmlak ünvan 4 ünvanında yerləşən tam evin 2/3 hissəsini təşkil edir. 8. ünvan 5runun xüsusi notariusu tərəfindən 07.12.2018-ci il tarixdə verilmi ş vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir ki, vəsiyyətnaməyə əsasən 16.02.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 15.11.1997-ci il tarixdə X3 verilmiş 30/15547 qeydəalma nömrəsi ilə 175 h/e nömrəli kitabın 7839-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evinin 1/6 hissəsindən ibarətdir.
9. Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq quruculuq işləri çərçivəsində Yasamal rayonu ərazisində Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nə rimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və B.Ağayev küçələrinin əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşfiq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 12.12.2013-cü il tarixli Sərəncam qəbul olunmuşdur. Sərəncamın 2-ci bəndinə əsasən yuxarıda qeyd olunmuş ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə həvalə edilmişdir. Sərəncamın 3.1-ci bəndi ilə yuxarıda qeyd olunmuş ərazidə mövcud olan, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi, 3.2-ci bəndi ilə köçürülməyə məruz qalan daşınmaz əmlak sahiblərinə kompensasiyaların ödənilməsi üçün tələb olunacaq maliyyə vəsaiti barədə ilkin hesablamaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunmasının təmin edilməsi cavabdehə tapşırılmışdır.
10. Bu məqsədlə cavabdehin 20.12.2013-cü il tarixli Sərəncamı ilə Komissiyaya yaradılmışdır.
11. Mübahisəli ev yuxarıda qeyd olunan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 12.12.2013-cü il tarixli Sərəncamının təsiri altına düşmüşdür.
12. Bakı şəhərində abadlıq işləri ilə əlaqədar söküntü işləri başlayan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına 14 fevral 2011-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubun mənasına görə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğində kompensasiyanın ödənilməsi məqsədəmüvafiq hesab edilmişdir.
13. Bunu əsas götürərək cavabdeh də məhz bu məbləğlə həmin ərazidə yerləşən evlərin alqı-satqısını həyata keçirtmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı 31 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82,5 kv.m fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sökülməsi ilə bağlı 148.500 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmişdir.
16. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.05.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X31, 2-1(81)-1298/2019 saylı iş) 24 dekabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 55.320 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia 93.180 manat kompensasiyanın ödənilməsi hissəsində rədd edilmişdir.
19. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Apellyasiya icraatı zamanı Vəkil3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
21. Məhkəmə tərəfindən 21.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Baki Ərazi İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün mübahisənin həlli ilə bağlı məsələlər barədə məhkəməyə yazılı münasibət bildirilməsi xahiş edilmişdir.
22. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Baki Ərazi İda rəsinin 16.02.2021-ci il tarixli məktubunda ünvan 6 ünvanının 1/6 hissəsi X1, 1/6 hissəsi Cabarova Əminə Hüseyn Qulu qızının, 2/6 hissəsinin qalan hissəsindən bir hissəsi X5, 2/6 hissəsinin qalan hissəsindən bir hissəsi isə X12 mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evinin digər payçılarından olmuş X15, X27, Rəsulov Məmməd X35, X28, X10 hissələri üzərində qeyd olunan şəxslərin mülkiyyət hüquqları Yasamal Rayon İcra Hakimiyyəti ilə bağlanmış alqı-satqı müqavilələrinin imzalanmasından sonra ləğv edilmişdir. Sorğuya uyğun olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin surətləri (39 vərəq) məhkəməyə göndərilmişdir.
23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X24məruzəçi, X32 və X19, 2-1(103)-54/2021 saylı iş) 2 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı və c avabdehin apelyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, iddiaçının xeyrinə 87.858,9 manat (səksən yeddi min səkkiz yüz əlli səkkiz manat doxsan qəpik) məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 6 ünvanının 1/6 hissəsi X2 mülkiyyətində olmuş və onun mülkiyyət hüququnun ləğv edilməsinə dair hər hansı sənəd-sübut qeydiyyat orqanında mövcud deyildir. Hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın iddiaçıya kompensasiya ödənilməsinin mümkün olmaması barədə mövqeyi əsassızdır. İş materiallarına olan texni ki pasportdan, qeydiyyat vəsiqəsindən, eyni zamanda Rəsulov X16 məxsus MA seriyalı, ******* nömrəli çıxarışdan göründüyü kimi, ünvan 7 ünvanında yerləşmiş fərdi yaşayış evinin ümumi sahəsi 221.5 kv metr olmuşdur. Qeyd edilən fərdi yaşayış sahəsinin 1/6 hissəsi – yəni 36,9 kv.m (221.5 kv.m: 6 = 36.9 kv.m) Cabarova Əminə Hüseyn Qulu qızının mülkiyyətində olmuşdur. İş materiallarından müəyyən edildiyi kimi, X20 ona məxsus olan mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsinin hər kv. metri üçün 2381 manat ödənilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilən qanun normasına əsasən cavabdeh inz ibati orqan tərəfindən X20 evin 1/6 hissəsinin hər kv metri üçün 2381 manat ödənildiyi nəzərə alınmaqla, Cabarova Əminə Hüseyn Qulu qızının mülkiyyətində olan 1/6 hissənin hər kvadrat metri 2381 manatdan hesablanmalıdır. Beləliklə, hazırkı inzibati iş üzrə iddiaçıya fərdi yaşayış sahəsinin 1/6 hissəsi- yəni 36.9 kv metri üçün hər kv. metri 2381 manatdan hesablanmaqla, 87.858,9 manat (36,9 x 2381 = 87.858,9) ödənilməlidir.
25. Cavabdeh 13 iyul 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın – iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
26. Mübahisə predmeti olan fərdi yaşayış evi MH seriyalı, 14820 1 №-li 15.11.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının anası X2 1/6 hissədə mülkiyyətində olmuşdur. İddiaçının anası vəfat etdikdən sonra iddiaçıya həmin evə dair 07.12.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Sözügedən ev söküldükdən sonra həmin evə dair iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Nəticə etibarı ilə həmin ev söküldükdən sonra iddiaçının vərəsəlik hüququ müəyyən olunduğu üçün mövcud olmayan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilməmişdir.
27. Bundan başqa Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 7611 saylı, 16.01.2019-cu il tarixli arayışından görünür ki, X8 ünvan 8 ünvanında daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin evdə yaş amışdır.
28. Qeyd olunan arayışdan məlum olur ki, iddiaçı da həmin mənzildə qeydiyyatdadır. Yəni, mübahisə predmetinə dair nə yaşayış yeri üzrə qeydiyyatda olmamış, nə də həmin evdə yaşamamışdır. Mübahisə predmeti olan sözügedən fərdi yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, eyni zamanda iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmadığından və həmin evdə faktiki olaraq yaşamadığından kompensasiya verilməsi mümkün deyil.
29. İddiaçının nə mülkiyyət, nə də istifadə hüququ olmadığı üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları ilə müəyyən edilmiş alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir. İddiaçının 2010-cu il tarixindən başqa ünvanda yerləşən ünvanda anası ilə yaşadığını öz ü də iddia ərizəsində qeyd etmişdir. İddiaçının başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu və yaşadığı Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 7611 saylı 16.01.2019-cu il tarixli arayışından məlumdur.
30. Məhkəmə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və əsassız olaraq birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini artırmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə mahiyyəti üzrə baxarkən obyektiv olmamış, İnzibati Prosessual Məcəlləsinin 12-ci, 68.2-ci və 69.4-cü maddələrinə və AR Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü maddələrinə, ‘Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.1 və 7.2-ci maddələrinə zidd olaraq qərar qəbul etmiş dir və nəticədə həm maddi, həm də prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 33. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.\
34. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənil məsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövl ət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpa qla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövl ət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azər baycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 36. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin ) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaq la bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasi ya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında q ərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri ü çün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üz rə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 37. “Qiymətləndirmə haqqında” Qanun: Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Q iymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 38. “İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
39. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
40. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq quruculuq işləri çərçivəsində Yasamal rayonu ərazisində Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və B.Ağayev küçələrinin əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşfiq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sa hələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 501 №-li 12.12.2013-cü il tarixli sərəncam qəbul olunmuşdur.
43. Sərəncamda yaşayış və qeyri-yaşayış sahələrinin köçürülmə işlərinin altı mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı, Qurban Xəlilov, Bəhram Ağayev küçələrinin əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsi istiqamətində Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşfiq küçəsinə qədər yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi məqsədi ilə həmin küçələrin əhatəsində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin birinci mərhələ üzrə həyata keçirilm əsi qeyd olunan Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuşdur.
44. Sərəncamın 2-ci bəndinə əsasən yuxarıda qeyd olunmuş ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi cavabdehə həvalə edilmişdir.
45. Sərəncamın 3.1-ci bəndi ilə yuxarıda qeyd olunmuş ərazidə mövcud olan, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi, 3.2-ci bəndi ilə köçürülməyə məruz qalan daşınmaz əmlak sahiblərinə kompensasiyaların ödənilməsi üçün tələb olunacaq maliyyə vəsaiti barədə ilkin hesablamaları üçüncü şəxsə və Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunmasının təmin edilməsi cavabdehə tapşırılmışdır.
46. Bu məqsədlə cavabdehin 20.12.2013-cü il tarixli 518 №-li sərəncamı ilə komissiyaya yaradılmışdır.
47. İddiaçının vərəsəlik qaydasında əldə etdiyi ev Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 501 №-li 12.12.2013-cü il tarixli sərəncamının təsiri altına düşmüşdür.
48. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı, mübahisə predmetinə dair evdə nə yaşayış yeri üzrə qeydiyyatda olmamış, nə də həmin evdə yaşamamışdır. Mübahisə predmeti olan sözügedən fərdi yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, eyni zamanda iddiaçının həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmadığından və həmin evdə faktiki olaraq yaşamadığından kompensasiya verilməsi mümkün deyildir.
49. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı başqa ünvanda qeydiyyatdadır, k ompensasiya tələb etdiyi mənzil anasının mülkiyyətində olmuş, anasının vəfatından sonra iddiaçı anasının birinci dərəcəli vərəsəsi olmuş və həmin evdən ona vərəsəlik qaydasında pay düşmüşdür. Odur ki, iddiaçının həmin evdə yaşamadığına və qeydiyyatda olmadığına görə ona kompensasiya ödəməkdən imtina barədə cavabdehin dəlilləri əsaslı olmadığından iddiaçı kompensasiya tələb etməkdə haqlı olmuşdur.
50. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
51. X49 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna o lmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
52. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.
53. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
54. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
55. İddiaçının anasının mülkiyyətində olmuş mənzilin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən şəkildə cavabdeh tərəfindən alınması məhkəmələr tərəfindən haqlı olaraq qanunsuz sayılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, inzibati orqan konkret müb ahisəyə münasibətdə inzibati akt formasında deyil, faktiki xarakterli hərəkət formasında hərəkət etmişdir.
56. Buna baxmayaraq, qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
57. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda ye rləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
58. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
59. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün ön əmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
60. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
61. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı an dan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
62. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).
63. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zaman ı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
64. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyəri ndən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
65. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 66. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfi ndən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
67. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
68. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq v ə onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.
70. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əm lakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.
72. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
73. Əml akın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər.
74. Apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun mənzilin bazar qiyməti ilə bağlı araşdırma aparmış, ərazidə mənzillə bağlı alqı-satqını həyata keçirən orqanların təsdiq etdiyi müqavilələr işə əlavə edilmişdir.
75. İşdə olan alqı-satqı müqavilələrindən görünür ki, X28 ona məxsus olan mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini 87.835 manata Cavabdehnə satmışdır (27.05.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Qeyd edildiyi kimi, mübahisəli evin ümumi sahəsi 221,5 kv m və onun 1/6 hissəsi 36,88 kv m təşkil etmişdir. Beləliklə, Aslanova Sevilə hər kv m üçün 2.381 manat ödənilmişdir. Abdullayeva (Rəhimova) Firuzə Heybət qızı, X13, X6, X4 mübahisəli evin 2/6 hissəsinin, yəni 73,76 kv.m hissəsinin mülkiyyətçiləri olublar. Abdullayeva (Rəhimova) Firuzəyə 38005 manat ödənilmişdir (21.06.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). X33 mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini (yaşayış sahəsi 15,3 kv.m olan) 90.715 manata Cavabdehnə satmışdır (17.04.2014-cü il tarixli daşınmaz əmlakı n alqı-satqı müqaviləsi). Beləliklə, Əliyeva Elmiraya hər kv m üçün 5.929 manat ödənilmişdir. X14 mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini (yaşayış sahəsi 16,8 kv.m olan) 49 105 manata Cavabdehnə satmışdır (20.05.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Beləliklə, Mehtiyev Tahirə hər kv m üçün 2.922 manat ödənilmişdir. X4 mübahisəli evin paylı mülkiyyət üzrə qalan hissəsini 123.841 manata Cavabdehnə satmışdır (12.05.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Eyni zamanda mübahisəli evin bir hissəsinə görə həmin evə sənədləri olmayan X25 93.423 manat, Vəkil3 99.553 manat ödənilməklə həmin sahələr Cavabdeh tərəfindən satın alınmışdır. (29.05.2014-cü il tarixli müqavilələr).
76. İddiaçının anası da həmin ünvanda mübahisəli evin paylı mü lkiyyət üzrə 1/6 hissəsinin mülkiyyətçisi olmuşdur. 77. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələbləri nəzərə alındıqda 2014-cü ilin aprel may aylarında iddiaçının yaşadığı ünvanda 17 aprel, 20 may və 27 may 2014-cü il tarixli müqavilələrdə qeyd edilən ümumi sahə və ümumi alqı-satqı qiyməti əsas götürüldükdə, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi mənzilin bazar qiyməti notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisindən yüksək olmamışdır.
78. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
79. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-54/2021 saylı, 2 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.. Qərar qətidir.