Məhkəmə qərarları › İş №2-1(102)-2188/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2188/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2188/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1942-ci il təvəllüdlü; Fİ N: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X7nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023cü il tarixli, 2-1(107)-298/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublika Əkin çilik İnstitutunun Şəki Dayaq məntəqəsinin xx.xx.1992-ci il tarixli, 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşk tikintisinə icazə verilmişdir.

2. Azərbaycan Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli, 25/a nömrəli protokoluna əsasən, Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının balansında olan 34000 manat məbləğində mağazanın 500000 manat dəyərində satış qiyməti ödənilmək şərti ilə təsərrüfatın direktoru X4 məsləhət bilinmişdir.

3. Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrəli əmri ilə, təsərrüfatın balansında olan mağaza 500000 manat dəyərində satış qiyməti ödənilmək şərtilə təsər rüfatın direktoru X1.

4. İddiaçı xx.xx.1966-cı il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuşdur. 5. 12.08.2003-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2003cü il tarixdə vəfat etmişdir.

6. İddiaçı X12 məxsus qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.

7. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim edilən sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verməməsini, yəni qeyri-yaşayış binasına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarının, istismara qəbul aktının təqdim olunmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

8. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpağıdır, dövlət mülkiyyətinə aid torpaqdır. Faktiki istifadəçisi İddiaçıdır. Tikili Şəki şəhər 5 saylı tam orta məktəbin şimal sərhədinin şərq küncündə yerləşir. Şimaldan küçə, şərqdən boş sahə, cənubdan və qərbdən 5 saylı məktəbin ərazisi ilə əhatə olunmuşdur. İcarə və ya istifadə hüququ ilə bağlı digər subyektlərə verilməyib.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət inin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi özəlləşdirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli, 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X7na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texn iki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh mübahisənin yarandığı dövrdə qüvvədə olmayan maddi hüquq normasını tətbiq edərək onun müraciətinin icrasından imtina etmişdir. Cavabdeh köhnə dövrdə tikilmiş tikiliyə tikintiyə icazə, istismara qəbul aktı tələb edir. Halbuki, həmin dövrdə sözügedən sənədlərin tərtib edilməsi qeyri-mümkün idi. Həmçinin tikilinin mövcudluğu heç kimin hüququnu pozmur.

12. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı təqdim etdiyi etirazında həmçinin sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu qeyd etmiş və iddianın rədd edilməsini xahiş etmiş dir.

13. Birinci instansiya məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-11/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli, 25/a nömrəli protokolu və Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrəli əmri qəbul edilərkən “Azərbaycan Respublikasında dövlə t mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1993) və “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanun (xx.xx.1991) qəbul edilmişdi və özəlləşmə prosesi də məhz həmin Qanunlarda müəyyən edilmiş tələblərə uyğun aparılmalı idi. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi özəlləşdirilməmişdir. İddiaçı sözügedən tikilinin Azərbaycan Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının 25/a nömrəli protokolu və Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il ta rixli, 53 nömrəli əmri əsasında mərhum X2 bildirsə də, nəzərə alınmalıdır ki, Nəsir Hüseynov özü həmin təsərrüfatın direktoru olmuş, tikilinin özünə satılması barədə əmr vermişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun normalarından görünür ki, özəlləşdirmənin formalarından bəhs edilərkən əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması, əmlakın müəssisə kollektivinə satılması, auksion (hərrac) və müsabiqələrin təşkili, məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdarlar cəmiyyətlərinin) yaradılması və açıq səhmdarlar cəmiyyəti yaradılması müəyyən edilmişdir. Müəssisənin direktoru tərəfindən birtərəfli qaydada dövlət əmlakının özünə və ya kənar şəxsə satılması ilə b ağlı sözügedən Qanunda hər hansı norma müəyyən edilməmiş, bütövlükdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilməli olduğu təsbit edilmişdir. X7 1993-1994-cü illərdə, nə də sonradan vəfat etdiyi 2003-cü il tarixədək həmin tikilinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməmiş və hazırda da, tikili və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmaqda davam edir. Odur ki, X7 dövlət mülkiyyətində olan əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X7nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Günay Cavadova) 24 may 2023cü il tarixli, 2-1(107)-298/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, bir inci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X7nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh orqan 12 kv.m sahəsi olan qeyriyaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X7na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsindən imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi inzibati iş üzrə işin faktiki hallarını tam araşdırmadan, iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzg ün nəticəyə gəlməmişdir. Mövcud olan hüquq münasibətləri yaranan zaman qüvvədə olan hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər. Göründüyü kimi, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki Dayaq məntəqəsinin xx.xx.1992-ci il tarixli, 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şi mal hissəsində 12 kv.m sahəsi olan köşkün tikintisinə icazə verilmiş, Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə Təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrəli əmri ilə təsərrüfatın balansında olan mağaza 500000 manat dəyərində satış qiyməti ödənilmək şərtilə təsərrüfatın direktoru Nəsir Hüseynova satılmışdır. Bundan başqa, həmin təsərrüfatın direktoru olan zaman X7 tərəfindən mübahisə predmeti olan mağazanın özünə satılması barədə Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə Təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrəli əmri daha əvvəl mübahisələndirilmədiyindən həmin əmr hazırda da qüvvədədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə u yğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən ərizəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsində tələb olunan sənədlərin heç biri əlavə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin Qanunun 8-ci maddəsinə istinad edərək əsasları sadalamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən sadalanan əsaslardan heç birinə dair sənəd təqdim edilməmişdir. Belə olan halda isə, apellyasiya instansiyası məhkəməsinin göstərilən maddi hüquq normasına istinad etməsi anlaşılan deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəki Şəhər İcra Hakimiy yəti başçısının xx.xx.1992-ci il tarixli, 1033 nömrəli sərəncamı ilə 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m. sahəsi olan köşkün tikintisinə icazə verilmişdir. Bu, həmin tikili üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Bundan başqa, Azərbaycan Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşilatının xx.xx.1994-cü il tarixli, 25/a nömrəli protokoluna əsasən Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının balansında olan mağazanın təsərrüfat direktoru N.Hüseynova satılması məsləhət bilinmişdir. Bu isə, yenə də, mağaza üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Daha sonra, Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrə li əmri ilə təsərrüfatının balansında olan mağazanın təsərrüfat direktoru N.Hüseynova satılması mağaza üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 3 əsasın heç biri tətbiq edilmiş maddi hüquq normasının təsiri altına düşməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və lnnovasiya Mərkəzinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi özəlləşdirilməmişdir. Nəsir Hüseynov özü həmin təsərrüfatın direktoru olmuş, tikilinin özünə satılması barədə əmr vermişdir. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda isə müəssisənin direktoru tərəfindən birtərəfli qaydada dövlət əmlakının özünə və ya kənar şəxsə satılmas ı nəzərdə tutulmamışdır. Bununla yanaşı, mərhum Nəsir Hüseynov 1993-1994-cü illərdə, nə də sonradan vəfat etdiyi 2003-cü il tarixinədək həmin tikilinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməmiş və hazırda da, tikili və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmaqda davam edir. Odur ki, X7 dövlət mülkiyyətində olan əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka dig ər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24. “Azərbaycan Respublikasında m ülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

3. Mülkiyyət hüququnun obyektləri Torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Maddə

4. Mülkiyyət hüququnun subyektləri. Mülkiyyət formaları

1. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, tə sərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.... Maddə

12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı

1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.

2. Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.

3. Dövlət və y a bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur. Maddə

13. Dövlət və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər. 25. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilmə si Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir.... Maddə

7. Özəlləşdirmənin qaydası

1. Respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi milli valyuta – Azərbaycan manatı əsasında aparılır.

2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilir....

4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosial-mədəni obyektlər, yardımçı təsərrüfatlar, onların ümumi əmlakının tərkibində, yaxud ayrıca özəlləşdirilir. Onların özəlləşdirilməsi mümkün olmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir.

5. Dövlət mülkiyyətinin öz əlləşdirilməsi auksion (hərrac), müsabiqə, səhmləşdirmə formaları, müxtəlif investisiya fondları, qiymətli kağızlar və fond birjaları vasitələri ilə həyata keçirilir.... Maddə

14. Özəlləşdirmənin formaları

1. Əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması.

2. Əmlakın müəssisə kollektivinə satılması.

3. Auksion (hərrac) və müsabiqələrin təşkili.

4. Məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdar cəmiyyətlərinin) yaradılması.

5. Açıq səhmdarlar cəmiyyəti yaradılması. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün ) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzill ərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvləri nin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istism ara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikin tisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektl ərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpa q sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn y aranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı h aqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinet inin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya və siyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.

1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəb ul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

32. İlk növbədə qeyd edilməlidir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbini dəyişərək 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X7nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, düzgün iddianın qaldırılmasında iddiaçıya müvafiq hüquqi yardım göstərməyən apellyasiya instansiyası məhkəməsi həmin tələb üzrə iddianın təmin edilməsi barədə qərar qəbul etsə də, hazırkı iş üzrə iddiaçının hüquqi marağı sözügedən 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində hüququn X7na məxsus olması barədə cavabdeh tərəfindən arayışın verilməsinə yönəlmişdir.

33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

34. Cavabdehin üzərinə müvafiq arayış verilməsi öhdəliyinin qoyulması üçün mərhum X3 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində qanuni əsaslarla mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs olması müəyyən edilməlidir.

35. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki Dayaq məntəqəsinin xx.xx.1992-ci il tarixli, 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşk tikintisinə icazə verilmişdir. Azərbay can Elm İstehsalat Birliyinin Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994cü il tarixli, 25/a nömrəli protokoluna əsasən, Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının balansında olan 34000 manat məbləğində mağazanın 500000 manat dəyərində satış qiyməti ödənilmək şərti ilə təsərrüfatın direktoru X4 məsləhət bilinmiş və Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli, 53 nömrəli əmri ilə, təsərrüfatın balansında olan mağaza 500000 manat dəyərində satış qiyməti ödənilmək şərtilə təsərrüfatın direktoru X1.

36. Göründüyü kimi, X7 Şəki Dayaq Məntəqəsi Yardımçı Təcrübə təsərrüfatının direktoru olmuş və sözügedən mağazanın özünə satılması barədə əmr vermişdir.

37. Sözügedən əmr verilərkən qüvvədə olan “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun normalarından görünür ki, özəlləşdirmənin formalarından bəhs edilərkən əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması, əmlakın müəssisə kollektivinə satılması, auksion (hərrac) və müsabiqələrin təşkili, məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdarlar cəmiyyətlərinin) yaradılması və açıq səhmdarlar cəmiyyəti yaradılması müəyyən edilmişdir.

38. Müəssisənin direktoru tərəfindən birtərəfli qaydada dövlət əmlakının özünə və ya kənar şəxsə satılması ilə bağlı həmin Qanunda hər hansı norma müəyyən edilməmiş, bütövlükdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilməli olduğu təsbit edilmişdir.

39. X7 isə nə 1993-1994-cü illərdə, nə də sonradan vəfat etdiyi 2003-cü il tarixədək həmin tikilinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməmiş və hazırda da, həmin mağaza və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmaqda davam etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, həmkarlar təşkilatının qərarı və müəssisənin əmri dövlət əmlakının özgəninkiləşdirilməsinə əsas olmadığından, iddiaçı sözügedən mağaza ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar müəyyən edilmədiyindən X7 həmin mağaza üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs hesab edil ə bilməz. Odur ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(107)-298/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X7nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar