Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2189/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” Şirkətinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) 24.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “xxxx” Şirkətinin Azərbaycandakı filialının cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiya sının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)1548/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********171574 saylı səyyar vergi yoxlaması aktının və onun əsasında qəbul olunmuş xx xxxx 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti xarakterli müdafiə tədbiri qismində iddiaçının “xxxx” ASC-də olan x********** nömrəli bank hesabına cavabdeh tərəfindən qoyulmuş **********9D nömrəli sərəncamın götürülməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-5263/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxıb qurtaranadək iddiaçının “xxxx” ASC-dəki bank hesabına cavabdeh tərəfindən qoyulmuş **********9D nömrəli xx xxxxx 2020-ci il tarixli sərəncamın icrası onda qeyd olunmuş məbləğin 105 faiz həcmində pul vəsaitləri dondurulmaqla dayandırılması qərara alınmışdır.
4. Daha sonra, iddiaçı məhkəməyə əlavə ərizə ilə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbiri qismində, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının Azərbaycan Beynəlxalq Bankında, “xxxx” QSC-də və “xxxx” ASC-də olan bank hesablarından cavabdehin xx xxxx 2020-ci il tarixli **********198585 nömrəli qərarı əsasında hesablanmış hər hansı bir vəsaitin dövlət büdcəsinə alınması (silinməsi) üçün sərəncam verilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-5263/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanının tələb etdiyi vergi borcu mübahisə predmeti olduğundan, həmin məbləğ Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının “xxxx” ASC-dəki bank hesabında borc məbləğinin 105 faizi həcmində dondurulduğundan, işə mahiyyəti üzrə baxılanadək əlavə müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə iddiaçının ərizəsi təmin olunur.
7. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və ərizənin rə dd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1548/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərardadı cavabdehə xx xxxxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir.
11. Cavabdeh həmin qərardaddan xx xxxxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Məhkəmə əriz ənin təmin edilməsinin əsası kimi iddiaçının “xxxx” ASC-də olan x********** nömrəli bank hesabında borc məbləğinin 105 faizi həcmində pul vəsaitləri dondurulduğundan, işə mahiyyəti üzrə baxılıb qurtaranadək əlavə müvəqqəti müdafiə tədbirləri görülməli olduğunu bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin bank hesabı üzrə borc məbləğinin 105 faizi həcmində dondurulması halı məhkəmə tərəfindən müəyyən edilmədiyi halda əsassız olaraq bu nəticəyə gəlmişdir.
13. Qanunvericiliyin tələblərinə əsasən hər hansı vergi borcu vergi orqanı tərəfindən hesablandığı halda, vergi orqanı kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verir və həmin hesablama ilə bağlı məhkəməyə şikayət verildiyi halda sərəncam yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra edilir.
14. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini, yəni sərəncamların məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq icra ediləcəyini nəzərə almamışdır. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni icra etməmiş, əvəzində müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir ki, qeyd olunan hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. İddiaçı məhkəmə iclasında təmsil o lunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsa itinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65. 1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.
18. İPM: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdir də ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 65.2-ci və 65.2.1-ci maddələrinin məzmunundan da göründüyü kimi qanunverici pul vəsaitinin məxaric əməliyyatları üzrə “dondurulması haqqında” sərəncamı və vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından “dövlət büdcəsinə alınması haqqında” sərəncamı fərqləndirir.
23. Hazırkı işdə iddiaçı onun bank hesablarından hər hansı bir vəsaitin dövlət büdcəsinə alınması (silinməsi) üçün sərəncam verilməsinin cavabdehə qadağan edilməsini tələb edir. Başqa sözlə, pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında məsələ hazırkı məhkəmə baxışının predmeti deyil və yuxarıda da qeyd olunduğu kimi, həmin məsələ birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx xxxx 2020-ci il tarixli digər qərardadı ilə həll edilmişdir.
24. Şikayətin əsassızlığı ilə bağlı məhkəmə kollegiyasının qənaəti, ilk növbədə, müvəqqəti xarakterli ərizənin əsaslı olmasından, ərizənin əsaslılığının isə iddianın uğurluluq ehtimalından irəli gəlir. Bu zaman nəzərə alınmalıdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı tələb, təkcə inzibati aktın icrasının dayandırılması ilə bağlı deyil, həm də müdafiə xarakterli digər tədbirlərin tətbiqində də qüvvədədir. Belə ki, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi irəli sürülmüş məzmunda iddia tələbinin uğurluluq ehtimalını da şərtləndirir (İPM-in 43.1.2-ci maddəsi).
25. İddianın bilavasitə uğurluluq ehtimalına gəldikdə, işdə olan vergi yoxlaması materiallarına görə, həmin yoxlamanın özünün VM-in və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı, deməli həm də həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcunun özü mübahisəlidir. Belə ki, əsas iddia tələbi üzrə inzibati aktın ləğvi üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcud olduğu halda, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən, ar tıq formal-hüquqi baxımdan qüsurlu hesab edilməlidir.
26. Hazırkı işdə vergi yoxlamasının müddətinin, müvafiq olaraq uzadılması və ya dayandırılması üçün VM-in 38.2-ci və 38.7-ci maddələrində imperativ olaraq təsbit olunmuş əsaslardan hər hansı birinin mövcudluğuna, vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü istisna edilməklə, yoxlamanın başa çatdığı xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl olu nduğuna dair məlumat işdə yoxdur.
27. Buradan, iddiaçının inzibati aktın icrasına yönələn hərəkətlərin dayandırılmasına (qadağan edilməsinə) dair hazırkı məzmunda ərizəsi əsas iddianın uğurluluq ehtimalına əsaslana bilər.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1548/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov V.T.Həsənov