Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2189/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Nizami rayon Xidmət Nümayəndəliyinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 11.03.2021-ci il tarixli, 2-1(103)-913/2021 nömrəli qərardadından kassas iya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN E T D İ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı 13 mart 1979-cu il tarixdən 8 sentyabr 1997-ci il tarixədək “Neftqaztikinti” Trestinin idarələrində işlədiyi iş stajının AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 10 avqust 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunverici liyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.04.2017-ci il tarixli, 21(82)-1861/2017 nömrəli (sədrlik edən hakim İntizar Bayramova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18.04.2017-ci il tarixli, 21(82)-1861/2017 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 08.08.2017-ci il tarixli, 2-1(103)-1567/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.04.2017-ci il tarixli, 21(82)-1861/2017 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 08.08.2017-ci il tarixli, 2-1(103)-1567/2021 nömrəli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15.11.2017-ci il tarixli, 2-1(102)-2110/2017 nömrəli (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova) qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin 08.08.2017-ci il tarixli, 2-1(103)1567/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. 7. 20.12.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar icra edilməsi üçün cavabdehə ünvanlanmışdır. 8. 05.02.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 2 ünvanlanmış məktubla İddiaçı 20 dekabr 2017-ci il tarixli, 2-1(82)- 1861/2017 saylı qərarının icra edilərək ona hüququ yarandığı gündən əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. 9. 08.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş 02.07.2020-ci il tarixli, **********6 nömrəli yeni açılmış hallara dair ərizədə məhkəmə icraatının təzələnməsi xahiş edilmişdir. 10. 26.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2-1(82)1861/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(82)-186 1/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərardadı ilə iş üzrə yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi, İddiaçı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)-913/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(82)1861/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli, 21(103)-913/2021 nömrəli qərardadından iddiaçı tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.
14. İddiaçı kassasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bu səbəbdən də kassasiya şikayətinin mümkünlüyü məsələsinə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxılmışdır.
15. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-913/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadı 11.03.2021-ci il tarixdə qəbul edilsə də ona poçt vasitəsilə 05.05.2021-ci il tarixdə verilmişdir. Zərfin üzərindəki möhürdə göndərilmə tarixi “03.05.2021” göstərilir, zərfin a rxa hissəsində “05.05.2021” göstərilir. Qeyd edildiyi kimi kassasiya şikayəti 08 may 2021-ci il tarixdə verilmişdir. Apellyasiya Məhkəməsinin qərardadını 05.05.2021-ci il tarixdə aldığına görə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan 10 gün müddəti buraxmamışdır.
16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 21(103)-913/2021 nömrəli qərardadının sürəti 30 mart 2021-ci il tarixdə göndərilmiş və iddiaçı tərəfindən 06.04.2021-ci il tarixdə qəbul edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə işə əlavə edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin qərardan 08.05.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
17. Göründüyü kimi, iddiaçı prosessual q anunvericilikdə nəzərdə tutulmuş kassasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizə isə əsassızdır və formal xarakter daşıyır.
18. Belə ki, iddiaçının müddətin bərpası barədə ərizəyə əlavə etdiyi “Votsap” yazışmasında vəkili hansı qərardadlar barədə və kimə yazmağı məlum deyil.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessua l hərəkətləri etmək hüququ keçmiş olur.
21. Həmin Məcəllənin 133.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti buraxmış və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Bakı Apelyasiya Məhkəməsinin İK-nın 11.03.2021-ci il tarixli, 2-1(103)913/2021 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilm əsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.