Məhkəmə qərarları › İş №2-1(102)-2189/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2189/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2189/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul vəsaitinin və mənəvi zərərin əvəzinin ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “30749 manat pul vəsaitinin və 30000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.8.2022-ci il tarixli, 2-1(103)-792/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1.4.2000-ci il tarixdən 29.3.2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışmışdır. 29.3.2019-cu ildə qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məharət dərəcəsinin verilməsinin gecikdirilməsinə görə 2288 manat, müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinətə görə 9760 manat, qanunsuz tənbeh olunmasına görə 2080 manat, forma ilə təmin olunmadığı 8 il üçün cəmi 5600 manat, iş vaxtından artıq işlədiyi üçün 2660 manat və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı tağımında əlavə xidmətinə görə 616 manat olmaqla cəmi 30748 manat pul vəsaitinin və hüquqlarının 20 il ərzində pozulması ilə əlaqədar dəymiş ziyana görə əlavə 30000 manat, cəmi 60748 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2006-cı ilin iyul ayında ədliyyə orqanlarından ehtiyata buraxılmış və həmin ilin noyabr ayında yenidən ədliyyə orqanlarında qu lluğa qəbul olunduğuna görə əvvəllər ona verilmiş İİ məharət dərəcəsi qulluğa qəbul olunduğu tarixdən bir il sonra bərpa edilməli olduğu halda, İİ məharət dərəcəsinin verilməsi həmin dövrdə cavabdehin mühafizə alayında gecikdirilmişdir. 2011-ci ilin fevral ayında ona yenidən İİ məharət dərəcəsi, 2017-ci ilin fevral ayında isə İ məharət dərəcəsi verilmişdir. 15 (on beş) il ədliyyə orqanlarında qulluq edən əməkdaş «usta» məharət dərəcəsi və aylıq vəzifə maaşının 25%-i mislindən əlavə vəsait aldığı halda, o, 20 (iyirmi) il qulluq edib İ məharət dərəcəsi və əlavə 15% ilə pensiyaya buraxılmışdır. Müvafiq məharət dərəcəsinə görə ona ödənilməmiş faizlər 2288 manat təşkil edir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəl ik müavinət verilir. 2006-2015-ci illər üçün (bəzi illərdə, yəni 2011, 2012, 2014-cü illərdə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xəstəxanada müayinə və müalicə olunmuş, həmin dövrdə xidmət etdiyi müəssisələrdə rəhbərliyə yazılı müraciət etdiyinə baxmayaraq ona xəstəliyə görə müavinət verilməmişdir) ona hər il iki aylıq əmək haqqı məbləğində hesablanmaaqla, xəstəliyə görə ümumilikdə 9760 (doqquz min yeddi yüz altmış) manat ödənilməlidir. O, qanunsuz tənbeh olunduğuna görə (irad tutmaq) mükafatlardan məhrum olmuşdur. Belə ki, 2010-cu ildə cavabdehin Mühafizə alayında qulluq etdiyi dövrdə ona elan olunmadan və ya heç bir xəbərdarlıq edilmədən, ondan izahat alınmadan, xidməti araşdırma aparılmadan və heç bir əmr imzalanmadan xidməti vərəqəsinə xx.xx.2010-cu il tarixdə «irad», xx.xx.2010-cu il tarixdə «irad» yazılmışdır. Bu səbəbdən 2010-cu ilin may ayından həmin ilin sonunadək heç bir mükafatdan yararlana bilməmiş, bundan əlavə, 2010-cu il üçün yüksək hərbi hazırlığa, qüsursuz xidmətə görə Ədliyyə nazirinin xx.xx.1999-cu il tarixli əmrinin 5-ci bəndinə əsasən, əməkdaşlara verilən iki vəzifə maaşı məbləğində pul mükafatından qanunsuz olaraq məhrum edilmişdir.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2000 - xx.xx.2006-cı və xx.xx.2006 - xx.xx.2019-cu illərdə Penitensiar Xidmətdə qulluqda olmuşdur. “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin 1.7-ci bəndinə əsasən, öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə - zəmanətinə əsasən məharət dərəcələrinin verilməsi üzrə komissiyaya təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Əsasnamənin 1.8-ci bəndinə əsasən, başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır. Məharət dərəcələrinin təyin edilməsi əmrlə rəsmiləşdirilir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı məharət dərəcəsi ilə bağlı əmrlərdən şikayət verməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. İddiaçıya qulluq müddətində 2016, 2017, 2018ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. İddiaçı qulluq müddətində qanunla müəyyən olunmuş vəzifələrini qüsurla yerinə yetirdiyinə görə bir necə dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 32.9-cu maddəsinə əsasən, intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmilə şdirilir. “İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə əmri mübahisələndirməmişdir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən, ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Maddənin mətnindən göründüyü kimi, bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydaları nı və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanunun 3.2-ci maddəsinə əsasən, əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99.1-ci maddəsinə uyğun olaraq iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. İddiaçı belə əmrlər mövcud deyil. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 28.9.2021-ci il tarixli 2-1(112)-1028/2021 nömrəli qərarı ilə (hakim M.T.Hacəbəyova) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində ona intizam tənbehi verilməsi haqqında əmrdən şikayət vermədiyi və həmin əmri mübahisələndirmədiyi üçün intizam tənbehi barədə əmrlər qanuni hesab edilir və həmin əmrlərlə bağlı və ya həmin əmrlərin nəticəsi olaraq iddiaçıya cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması barədə iddia tələbi əsassızdır. Bundan başqa, iddiaçı qulluq etdiyi müddət ərzində məharət dərəcəsinin verilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məharət dərəcəsi verilməsi üçün yaradılmış komissiyaya da müraciət etməmişdir ki, bu da məharət dərəcəsi ilə bağlı onun hüquqlarının pozulmasını istisna edir. İddiaçının istirahət hüququnun pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2000 - xx.xx.2015, xx.xx.2016 - x x.xx.2019-cu illərdə xidmət etdiyi müddətdə onunla cavabdeh arasında münasibətlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, həm də hərbi qanunvericiliklə (“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər) tənzimlənirdi ki, həmin qanunvericilik normalarında “iş vaxtı”, “iş vaxtı normaları”, “iş vaxtından artıq iş” anlayışları mövcud deyildir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b)apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.8.2022-ci il tarixli, 21(103)-792/2022 nömrəli qərarına əs asən (hakimlər: A.S.Hüseynov - sədrlik edən, S.İ.Bəktaşi və A.Ə.Hüseyni) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28.9.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərar ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçı qeyd etmişdir ki, o, ədliyyə orqanlarında 20 il ərzində bir çox hallarda qanunla müəyyən edilmiş vaxtdan artıq qulluğa cə lb edildiyinə baxmayaraq, həmin vaxt ona ödəniş və ya əlavə istirahət vaxtı verilməmişdir. Belə ki, qulluq etdiyi illərdə əlavə xidmətə cəlb edildiyinə görə həftəlik və günlük iş saatlarının cədvəl üzrə pul kompensasiyası ona ödənilməsini tələb edir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.2, 89.3, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.2 və 12.3-ci maddələrinə istinad etmişdir. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Ədliyyə orqanlarında quluq keçmə haqqında” Qanun: Maddə 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə

9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Maddə 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Maddə 32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. 15. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasın ın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norma larının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmək lə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirib ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.

23. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 1.4.2000-ci il tarixdən 29.3.2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müxtəli f vəzifələrdə çalışmış, 29.3.2019-cu ildə qulluq illərinə görə pensiyaya çıxmaqla, tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

24. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir.

25. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqəd ar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3397 nömrə ilə xx.xx.2008-ci ildə qeydiyyatdan keçmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra – müavinət) verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlah iyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur.

27. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra komissiyalar) təqdim edilir.

28. Lakin iddiaçı tərəfindən müalicə pulunun ödənilməsini tələb etdiyi illərdə hazırkı qərarın 17-ci bəndində göstərilən sənədlərin cavabdehin təşkil etdiyi komissiyaya və ya cavabdehin özünə təqdim etməsi və müalicə olunması üçün müavinət verilməsi barədə müraciət etməsi, lakin müraciətinin təmin edilməməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.

29. Əlavə olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”nin 1.7ci bəndinə əsasən, məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır. Həmin Əsasnamənin 1.8-ci bəndinə əsasən, başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır.

30. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən, məharət dərəcələri aşağıdakı qaydada verilir: - ədliyyə nazirinin əmri ilə – ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinə, Tibb baş idarəsinin rəisinə; - ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə – Penitensiar xidmətin əməkdaşlarına; - Tibb baş idarəsinin rəisinin əmri ilə – tibb xidmətinin əməkdaşlarına.

31. Həmin Əsasnamənin 1.12-ci bəndinə əsasən, məharət dərəcələrinin verilməsi üç ün bu Əsasnamənin 1.11-ci bəndində göstərilən vəzifəli şəxsin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət komissiya yaradılır.Komissiya azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir.

32. Həmin Əsasnamənin 1.14-cü bəndinə əsasən, məharət dərəcələrinin verilməsi ilə əlaqədar yaranmış mübahisəli məsələlərin həlli üçün əməkdaşlar və komissiyaların üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyinə, habelə qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayətlə müraciət edə bilərlər. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələ ri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks etdirilir. Həmin protokollar əsasında əməkdaşlara məharət dərəcələrinin verilməsi müvafiq əmrlə rəsmiləşdirilir.

33. Göründüyü kimi, iddiaçı qulluq etdiyi müddət ərzində məharət dərəcəsinin verilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məharət dərəcəsi verilməsi üçün yaradılmış komissiyaya da müraciət etməmişdir ki, bu da məharət dərəcəsi ilə bağlı iddiaçının hüquqlarının pozulmasını istisna edir.

34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ədliyyə işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsi vəzifə kimi cavabdehin üzərinə qoyulmamışdır, bu yalnız cavabdehin hüququ kimi nəzərdə tutulmuşdur ki, həmin hüquqdan istifadə etmək i sə cavabdehin mülahizəsinə əsasən həyata keçirilir. Odur ki, hal - hazırda cavabdehin iddiaçı qarşısında xüsusi geyim formasının əvəzində pul kompensasiyası ödəmək öhdəliyi mövcud deyildir.

35. Məhkəmə kollegiyası iddiaçının xidmət etdiyi dövrdə ona intizam tənbehi verilməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı intizam tənbehi verilməsi haqqında əmrdən şikayət vermədiyi və həmin əmri mübahisələndirmədiyi üçün intizam tənbehi barədə əmrlər qanuni hesab edilir. Odur ki, həmin əmrlərlə bağlı və ya həmin əmrlərin nəticəsi olaraq iddiaçıya cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması barədə iddia tələbi əsassızdır.

36. İddiaçının istirahət hüququnun pozulması ilə bağlı bildirdiklərinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı işlədiyi müddətdə iş vaxtından artıq işə c əlb edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Onun iş vaxtından artıq işə cəlb edilməsi barədə əmrlərin mövcud olması da aşağı instansiya məhkəmələrində araşdırma zamanı sübuta yetirilməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.8.2022-ci il tarixli, 2-1(103)-792/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.8.2022-ci il tarixli, 21(103)-792/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar