Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2189/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (üçüncü şəxslər X9, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və X5) qarşı “vərəsəlik qaydasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi, evin və torpaq sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq yeni çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(107)-349/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasporta əsasən, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X6 qeyd edilmişdir.
2. JN-072F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 4. xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə ölmüş X2 vərəsələri X8, X10 və X1 bərabər hissələrdə pay almalı olduqları, miras əmlakın ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,10 h a torpaq sahəsindən X3 çatan hissədən və ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evindən ibarət olduğu qeyd edilmişdir.
5. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X10, X8 və X1 bərabər hissəli payları olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
6. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, X2 adına verilmiş çıxarışın dəyişdirilməsini və ona məxsus sahənin ayrılaraq çıxarış verilməsini xahiş etmişdir.
7. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********94 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Ağsu rayonun Kalva kəndində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi qanuni əsaslarla qardaşınız X2 adına qeydiyyata alınmış və sonradan xx.xx.2016-cı il tarixdə həmin ev onun vərəsələri X7, X4 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi İdarəsinin hər hansı bir şəxsin mülkiyyət hüququnu ləğv etmək səlahiyyəti yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Qanunun 2.4cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağ lı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 6 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın fərdi evin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə, sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq sahəsi üzərində yerləşən,1970-ci ilin əvvəl ində tikilmiş, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.metrə yaxın həyətyanı torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra orta texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləmişdir. Mərhum valideynləri kənddə onun və böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha to rpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, 16 metr uzunluğunda, 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişlər. Evin inşası 1973-cü ildən başlamış, 1975-76 illərdən isə böyük qardaşı ilə aralarında püşk atılaraq evin hansı hissənin kimə düşməsini həll etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Beləliklə, o da ailə quraraq elə 1976-cı il tarixdən köçüb ona aid olan hissədə yaşamağa başlamışdır. Uşaqlarının hamısı bu evdə doğulmuşlar.1990-cı illərdə iş yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başlamış, evinə isə hər zaman gedib-gəlmiş və təsərrüfatı ilə məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırkı iş üzrə cavabdeh Ə.Səfərova 2019-cu ildə ona qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən çıxarış verilmişdir. Əlavə olaraq, onun da evinə aid hissə həmin çıxarışa salınmış, faktiki ona mülkiyyət hüququ ilə məxsus olan əmlak ələ keçirilmişdir. Məhkəmə prosesləri zamanı bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin kəndin təsərrüfatbaşına kitabında qeydi ilə bağlı kitab tapılmamışdır. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 saylı q ərarına əsasən, qardaşı Ağaşirin Səfərovun adına JN-072F KOD 40911018 seriyalı “Torpağın mülkiyyəti verilməsinə dair” Şəhadətnamə verilmişdir. Atası 0,10 ha torpaq sahəsini 1970ci ilin əvvəlində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü il tarixdən evin inşası başlanmış və 1998-ci ilədək onun qardaşı ilə birgə mülkiyyətində olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev onun və qardaşının faktiki mülkiyyətində olmuşdur.
10. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qər ardadı (hakim V.Ə.Musayev) ilə iddiaçının “sonradan vərəsəlik qaydasında xx.xx.2016cı il tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq ünvan 1ində 0,10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində tikilmiş, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısı və 60 kv.m yaxın həyətyanı torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin “Ə.Səfərovanın adına, xx.xx.2016 tarixində, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən çıxarış xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verildiyindən iddiaçı ilk növbədə həmin çıxarışın verilməsinə əsas olmuş “şəhadətnaməni” mülki icraat qaydasında ümumi rayon məhkəməsində mübahisələndirməlidir. İddia tələbinin “Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq üzərində yerləşən 1970-ci ilin əvvəlində inşa edilmiş iki hissədən ibarət kürsülü evin, küçə istiqamətdən sağ yarısına özünün adına dövlət reyestrindən çıxarışın verilməsi” hissəsinə münasibətdə izah edilmişdir ki, iddiaçının fərdi yaşayış evi üzə rində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı tələbi ilkin tələblərdən asılı tələbdir. Yəni, ilk növbədə iddiaçı inzibati məhkəmə icraatı qaydasında RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğvinə nail olmalı, daha sonra mülki icraat qaydasında RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğvinə nail olmalıdır. Həmin iddialar müsbət həllini tapdıqdan sonra isə sözügedən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı ilə bağlı tələb irəli sürülə bilər. Yəni, mübahisələndirilən çıxarışlarla bağlı üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. İddia tələbinin “60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair özünün adına dövlət reyestrindən çıxarışın verilməsi” hissəsinə m ünasibətdə məhkəmə izah etmişdir ki, sözügedən torpaq sahəsi üzərində X6 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas JN072F nömrəli Şəhadətnamə və məzmunu yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə olmuşdur. Odur ki, iddiaçı əvvəlcə JN072F nömrəli Şəhadətnaməni inzibati məhkəmə icraatı qaydasında 60 kv.m həyətyanı torpaq sahəsinə aid hissədə mübahisələndirməli, iddia tələbi uğurlu olarsa, daha sonra 60 kv.m həyətyanı torpaq sahəsinə aid hissədə xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli Çıxarışı mülki icraat qaydasında mübahisələndirməli, qaldırılmış iddialar uğurlu olduğu halda sözügedən torpaq sahəsi üzə rində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə müraciət etməlidir. Yəni, mübahisələndirilən çıxarışlarda torpaq sahəsi üzərində üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz.
13. Eyni zamanda, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(116)880/2023 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddiaçının “X2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.
14. İddiaçı həm qərardan, həm də qərardaddan apellyasiya şikayəti verərək, qərardadın və qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(107)-349/2023 nömrəli qərardadı (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və E.Ş.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya M əhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda bildirilmişdir ki, ilk növbədə şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə mülki məhkəmə icraatı qaydasında mübahisəlləndirmə aparılmalıdır, uğurlu olduğu halda, yalnız bundan sonra çıxarışlarla əlaqədar inzibati icraat qaydasında mübahisə qaldırıla bilər. Ona görə də iddiaçı artıq bu tələbə riayət edərək Ağsu rayon Məhkəməsinə müraciət etmişdir. İş icraata qəbul edilərək, xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında baxılmağa təyin edilmişdir. Yəni hazırkı iş üzrə məhkəmənin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlan ılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 15.1. Məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inziba ti aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kol legiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normala rı baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdik ləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərind ən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şəki İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda bildirilmişdir ki, ilk növbədə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması barədə mülki məhkəmə icraatı qaydasında mübahisələndirmə aparılmalıdır və yalnız iddianın uğurlu olduğu halda, çıxarışlarla əlaqədar inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldırıla bilər. Ona görə də iddiaçı Şəki İnzibati Məhkəməsinin ona ünvanladığı xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda göstərilən tələbə riayət etmiş, Ağsu rayon Məhkəməsinə müraciət etmişdir.
34. İddiaçının kassasiya instansiyası məhkəməsinə təqdim etdiyi Ağsu rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(016)-704/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X9 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Ağsu rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və 2V70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məh kəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
36. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, JN-072F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Ağsu ra yon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasporta əsasən, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti olaraq X6 qeyd edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki bu qərarın 36-cı bəndində istinad olunan hüquqmüəyyənedici sənədlərdən də görünür ki, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X3 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpa q sahəsi verilmişdir. İddiaçı özü də iddia ərizəsində bu faktı təsdiq etmiş və həmin torpaq sahəsinin Ağsu rayon AİK tərəfindən qardaşı X3 pay torpağı kimi ayrıldığını bildirmişdir.
38. Bundan başqa, yaşayış evinə münasibətdə tərtib edilmiş 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportdan Ağsu rayonu, Kalva kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquq subyekti olaraq X2 adının qeyd edildiyi görünür. Dövlət Arxivi tərəfindən təqdim olunmuş 1995-2001-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışa əsasən, həmin fərdi yaşayış evi üzrə təsərrüfat başçısı qismində Səfərov Ağaşirinin, təsərrüfat üzvləri qismində isə 3-cü şəxslərin (yəni vərəsələrin) adları qeyd olunmuşdur. Həmin sənədlərdə iddiaçının adının qeyd olunduğuna dair hər hansı məlumat mövcud deyildir.
39. Yə ni, iddiaçı həmin torpaq sahəsinin əvvəllər ona və böyük qardaşı Səfərov Ağaşirinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrıldığını, sonradan həmin torpaq sahəsində inşa edilmiş evin bir hissəsinin ona məxsus olduğunu iddia etməsinə rəğmən, həmin tələbinin əsası kimi istinad edə biləcəyi hər hansı hüquqmüəyyənedici sənəd onun tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddiaçı iddia olunan məzmunda tələb irəli sürmək üçün hər hansı hüquqmüəyyənedici sənədə istinad etməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPMnin tələblərinə uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarı da göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(107)-349/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.