Məhkəmə qərarları › İş №2-1(102)-219/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-219/2019

22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-219/2019 22.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək ünvana dair 1 saylı arayışın və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun məhkəmə qətnamələrinə əsasən X1 qızının qanun üzrə yeganə vərəsəsi olmağı nəzərə alınmaqla miras qoyanın mülkiyyətində olmuş ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma № 1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarı ilə iddia təmin edilərək, ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma № 1) İddiaçı verilməsivəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra isə məhkəmənin 27.10.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərard adı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarının, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, X2 qızının adına əmlakın qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv olunması, bununla da, ünvana dair X2 hüququnun olmaması nəzərə alınmaqla, ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma № 1) İddiaçı verilməsivəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə qanuni qüvv əyə minmiş məhkəmə qərarı və həmin qərarın izahı barədə qərardad icra edilməsi üçün 06.11.2014-cü il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və cavabdeh 27.12.2014-cü il tarixli, **********37 saylı məktubla məhkəmə qərardadının icra edildiyini bildirmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, məhkəmənin qərarından narazı qalan X2 qanuni nümayəndəsi X3 oğlu 07.03.2016-cı il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)2756/2014 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin 01.04.2016-cı il tarixli, 21(103)-961/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Forma № 1 arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsitələbi barədə inzibati mübahisəyə dair iş üzrə X2 qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 01.04.2016-cı il tarixli 2-1(103)961/2016 saylı qərardadı ilə üçüncü şəxs X2 vəsatəti təmin edilərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2019/2013 saylı iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı 08.09.2009-cu il tarixdə vəfat etmiş arvadı X1 qızından miras qalmış ünvanda küçəsində istifadədə olan 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd birmərtəbəli 6 otaqlı, 97 kv.m yaşayış sahəsi, 65,3 kv.m köməkçi sahədən ibarət olan 54 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tə rəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 13 saylı notariat kontoruna həvalə edilməsi tələbinə dair 11.07.2013-cü il tarixli qərarı üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarından görünür ki, 3-cü şəxs 23.01.2017-ci il tarixdə iş üzrə icraatın təzələnməsinə dair ərizə təqdim edərək, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş halın aradan qalxdığına və qeyd olunan iş üzrə yekun məhkəmə aktı qəbul edildiyinə istinad edərək, iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş İddi açı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2-1(103)1290/2016 saylı qərardadı ilə üçüncü şəxs apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə 2inz(81)-2019/2013 saylı, 11.07.2013-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsilik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Ko llegiyasının 06.12.2016-cı il tarixli, 2-1(102)-1658/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2-1(103)-1290/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.02.2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Forma № 1 arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsitələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraat təzələnmiş və bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 13.03.2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə 2-1(81)-2756/2014 saylı, 03.07.2014-cü il tarixli qərarı ləğv edilərək İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma № 1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, üçüncü şəxsin hüquqi varisi X3 oğlunun apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1089/17 saylı, 23.05.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.03.2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 04.04.2018-ci il tarixdə X2 hüquqi varisi X3 oğlu ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarına əsasən ünvana dair DƏDRX-nin Bakı şəhər Ərazi İd arəsi tərəfindən İddiaçı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara dair çıxarışın ləğv edilməsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmiş və qeyd edilən ərizəyə baxılması ilə əlaqədar iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarında görünür ki, iş 1-ci instansiya məhkəməsinin icraatına daxil olduqdan sonra 04.05.2018-ci il tarixdə X2 hüquqi varisi X3 oğlu yeni ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarının ləğv edildiyinə istinad edərək, qərarın icrasına geriyə dönüş edilməsi, həmin qərar əsasında ünvana dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına daşınmaz əmlak ın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və həmin qeyd əsasında verilmiş 07.02.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və X4 oğlunun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.06.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.08.2018-ci il tarixli, 2-1(81)2756/2014 saylı qərardadı (hakim – E.Q.Məmmədov) ilə 3-cü şəxs X2 qızının hüquqi varisi X3 oğlunun hazırkı iş üzrə icra edilmiş məhkəmə qərarının dönüşü barədə ərizəsinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icra edilmiş 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarının icrasına dönüş edilməsi, 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarı əsasında İddiaçı adına verilmiş ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma № 1) etibarsız hesab edilməsi, ərizənin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2756/2014 saylı iş üzrə 03 avqust 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərardadını ləğv edib ərizənin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, mübahisənin predmetini vaxtı ilə mövcud olmuş məhkəmə çəkişməsi üzrə 1 saylı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən tələbkara 1 nömrəli formada arayış verilməsi vəzifəsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin üzərinə qoyulması ilə bağlı qərarın geriyə dönüşü ilə bağlı mübahisə təşkil edir. Sözügedən arayış artıq verilib və ondan istifadə olunub. İddia tələbi y alnız F-l saylı arayışın verilməsi tələbi ilə bağlı olub. İndi məhkəmə F-l-in geri alınması (icraya dönüş) barədə qərar qəbul edə bilməz və ya arayışın verilməsinin qanunsuz olduğu nəticəsinə gələ bilməz. Geriyə dönüş mümkün deyildir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarı qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilmiş, həmin qərar əsasında iddiaçının adına Forma № 1 a rayışı verilmişdir. Sonradan 13 saylı dövlət notariat kontoru tərəfindən iddiaçının adına 27.01.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə cavabdeh iddiaçının adına ünvan küçəsi ev 54-ün V tikilisindən 3/12 pay üzrə mülkiyyət hüququnu 07.02.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alaraq RX seriyalı ******* saylı çıxarış vermişdir. İddiaçı isə öz növbəsində 29.04.2015-ci il tarixdə həmin daşınmaz əmlakı X4 oğluna bağışlamış və X4 qeyd edilən əmlaka mülkiyyət hüququ 05.06.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, hazırkı işə yuxarı instansiya məhkəmələri tərəfindən baxıldığı dövr ərzində üçüncü şəxs X2 ölmüş və X3 onun hüquqi varisi olmuşdur. Belə liklə, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2-1(81)-2756/2014 saylı qərarı qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən iddiaçının adına ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma № 1) verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almaqla haqlı olaraq bu qənaətə gəlmişdir ki, icra edilmiş qərarın dönüşü qaydasında cavabdeh tərəfindən iddiaçının adına verilmiş ünvana dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma № 1) ləğv edi lməlidir. Bununla yanaşı, məhkəmə həmçinin düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qeyd edilən Forma № 1 əsasında sonradan edilmiş hərəkətlər məhkəmə qərarı əsasında edilmədiyindən, hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxs X2 hüquqi varisi X3 həmin qeydlərin ləğvi ilə bağlı cavabdehə müraciət etmək hüququ yaranacağından, həmin məsələlərə hazırkı mərhələdə hüquqi qiymət verilə bilməz və buna görə ərizə qalan hissələrdə təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı isə mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2018 saylı iş üzrə 11 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar