Məhkəmə qərarları › İş №2-1(102)-219/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-219/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-219/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs A zərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zərdab rayon X3 Hüquqi şəxsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2724/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş göndərişində “X1: Xİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30-M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi....; ” Diaqnozun mətni: Digə r orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə; Ağırlaşma N08.5-Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı; Ağırlaşma D63.8 Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya; Ağırlaşma İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Neforgen hiporteniya; Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ; Yanaşı xəstəliklər J42 Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bonxit qeyd olunmuşdur.

2. Kürdəmir rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş; göndərişində “X1: Xİİ Sini f-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30- M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi....; ” Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə. Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı. Real anemiya. Dəqiqləşdirilmiş xroniki bronxit göstərilmişdir.

3. İddiaçı əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

4. Tibbi-Sosial Ekspert Komissiyası müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina etmiş və imtinanın səbəbi kimi göstərilmişdir: Göndərişin natamam doldurulması-Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələr in aparılması zəruridir. Cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar iddiaçıya aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qırmızı qurd eşənəyi diaqnozu ilə xəstədir və xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək əlilliyə görə təqaüd almışdır. Ona əlillik həmin xəstəliklə əlaqədar təyin edilmişdir. Hazırda həmin xəstəliklərlə yanaşı şəkə rli diabet, diabetik ensefalopatiya, diabetik neyropatiya və bir çox digər xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən o, daimi olaraq dərmana möhtac vəziyyətdədir. Hər gün dərmanlar qəbul edir, daimi olaraq müalicə götürür. Onun əlillik pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq kəsilmişdir. Sonuncu müraciətinə isə imtina edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və ədalətsizdir. Çünki stasionar müalicə onun xəstəliklərini aradan qaldırmır. O, ağır yataq xəstəsidir. Dərmanlarını almaq imkanı yoxdur. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentl iyi tərəfindən onun əlilliyinin müəyyən olunması barədə imtina qərarı qəbul etmişdir. Göründüyü kimi onun əlilliyinin müəyyən olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəsidir.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, əlillik vəziyyətinə Zərdab rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste..; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipi d sindrom.2-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə. Fastolipid sindrom.2-li anemiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0260003AABBA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəb Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0260003AAG1Ksaylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın s istem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan sistem qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə Ağırlaşma N08.5* Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı Ağırlaşma D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Nefrogen hipertoniya Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ Yanaşı xəstəliklər J42. Dəqiqləşdirilməmiş xroniki bronxit, Xron iki bronxit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən, laborator-instrumental müayinələrin nəticələri, mütəxəssislərin rəyləri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə. Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mər hələ. Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı. Renal anemiya. Dəqiqləşdirilməmiş xroniki bronxit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması məqsədə müvafiqdir” səbəbi ilə imtina verilmişdir.

8. İddiaçı Forma 88 arayışında travmotoloq-artoped “M32.1 digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan sistem qırmızı qurdeşənəyi, sistemli qurdeşnəyi, tez-tez baş verən kəskinləşmələrlə” qeyd etsə də, kəskinləşmənin sayı qeyd olunmamış, uroloq “N18.2 xroniki böyrək xəstəliyi İİ mərhələ” qeyd etsə də, İİ mərhələ xroniki böyrək çatışmazlığı əlillik əlaməti yaratmır. Bundan əlavə ultrasəs müayinədə iltihabın əlamətləri qeyd edilsə də, iddiaçıda hansı iltihab əlamətlərinin olduğu qeyd edilməmiş və qanın ümumi analizində göstərilən nəticələr funksional pozğunluğun olduğunu göstərsə də, ağırlaşmalarda funksional pozğunluğun olması göstərilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X3 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci i l tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir. Bundan əlavə iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə klinik-laborator remissiya əldə etmək mümkündür. İddiaçı “Sistem qırmızı qurdeşənəyi. Xroniki gedişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin, ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X2 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz klin iki əlamətlər və laborator-instrumental müayinələrlə təsdiq edilmiş və iddiaçının vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2724/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eyni məzmunda tərtib edilmişdir. Əlavə olaraq cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komi ssiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qaydal ar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Bənd 1.2. Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6 Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar həmin qərara q arşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

24. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

25. İddianı təmin edən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə kliniklaborator remissiya əldə etmək mümkündür, İddiaçı “Sistem qırmızı qurdeşənəyi. Xroniki ge dişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X2 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz kliniki əlamətlər və laborator-instrumental müayinələrlə təsdiq edilmiş və iddiaçının vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmuşdur.

26. İş materiallarından görünür ki, hazırki iş üzrə həmçinin məhkəmə tibbi ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, baş a çatma tarixi 25 yanvar 2022- ci il) ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X3 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, Nq-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir, xəstəliyin ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə görə hazırda əlill ik təyinatına əsas vermir, əsas xəstəliyin müalicə potensialı başa çatmadığından ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert və mütəxəssis rəylərini müqayisə etdikdə görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİH01.3-2022-9584 saylı mütəxəssis rəyi ilə iddiaçının vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunsa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı ekspert rəyi ilə iddiaçının xəstəliyinin hazırda əlillik təyinatına əsas vermədiyi qeyd edilmiş, əsas xəstəliyin mü alicə potensialı başa çatmadığından ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur.

28. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİH01.3-2022-9584 saylı mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı ekspert rəyi arasında əhəmiyyətli ziddiyyət mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə ekspert və mütəxəssis rəyləri arasında yaranmış və mübahisənin düzgün həllinə mane olan həmin ziddiyyəti aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamış, o cümlədən təkrar ekspertiza təyin etməmişdir.

29. Məhkəməni bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araş dırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin iddia tələbinin təmin edilməməsi ilə bağlı qərarın qəbul edilməsi hissəsi iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.

31. İşə təkrar baxan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO 1.3-2022-9584 saylı mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/ 2022 saylı ekspert rəyi arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq prosessual addımlar atmalı, o cümlədən təkrar ekspertiza təyin etməli, təkrar ekspertizanın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini təmin etməlidir.

32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-2724/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli, qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar