Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-219/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İPM-in 87.8-ci maddəsinin tələblərinin pozulması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh xxxnə qarşı (üçüncü şəxslərxxxx və xxxx) “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 2-1(103)-1740/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxsxxxx tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" Şirkətinin Filialının (VÖEN:**********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə saldo üzrə şəxsi hesab vərəqəsində 603.347,73 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmuşdur. Həmin borcun ödənişinin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının bank hesablarına sərəncamlar göndərilmiş və cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS011 1 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləğində vəsaitlər iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqqı üzrə heç bir borcun olmamasını və yaranmış borcun araşdırılması barədə məlumat verilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, 2007-ci ilin may və avqust aylarında ödənilmiş, müvafiq olaraq 50.660,60 manat və 49.919,60 manat məbləğləri DSMF-nin şifahi məlumatlarına görə Nəsimi rayonu Maliyyə İdarəsinin bir qrup əməkdaşları tərəfindən müəyyən yollarla mənimsənmiş, nəticədə vəsaitlər fondun hesabına köçürülməmişdir.
3. Cavabdeh tərəfindən yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X3 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Qeyd edilən silinmələrin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən cavabdehə məktub göndərilmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmiş və cavab alınmışdır. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X3 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı tərəfindən şirkətin yarandığı tarixdən bütün dövrdə, o cümlədən 2007-ci ildə bütün məcburi dövlət sosial sığorta haqları vaxtlı-vaxtında ödənilmişdir. Bu günə qədər Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya heç bir maliyyə sanksiyası tətbiq edilməmişdir və heç bir zaman vəsaitlərin silinməsi haqqında sərəncam qoyulmamışdır. Bu da onu göstərir ki, iddiaçının Dövlət S osial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ilə bağlı heç bir borcu olmamışdır. Bütün məcburi dövlət sosial sığorta ödənişləri iddiaçı tərəfindən bəyan olunduğu kimi vaxtlı-vaxtında ödənilmişdir. Heç vaxt hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borca görə tutulma ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə müraciət olmamışdır. Bu da onu göstərir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri vaxtlı-vaxtında ödənilmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Q anununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə şəxsi hesab vərəqədə 603347,73 manat borcu olmuşdur. Yaranmış borcun alınması məqsədilə Vergi Məcəl ləsinin 65-ci maddəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bank hesablarına sərəncamlar göndərilmiş və ümumilikdə 137.119,39 manat borc məbləği silinmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət etmiş, məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmişdir. Məktubda qeyd olunan qalıq xx.xx.2019-cu il tarixədək olan dövrə aid olduğu üçün, yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçı tərəfindən 2007-ci il üzrə 100.580,76 manat məblə ğin X3 idarəsinin xəzinə hesabına ödənilməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçıya xx.xx.2008-ci il və xx.xx.2019-cu il tarixli məktublar göndərildiyi bildirilmiş, həmçinin MDSS üzrə hər bir dövr üzrə hesablamalar və ödəmələri əks etdirən məlumat cədvəli təqdim edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən 137.119,39 manat məbləğin silinməsinin əsassız olduğunu iddia etsə də, bununla bağlı heç bir dəlilə əsaslanmamışdır. Əsassız olduğu iddia edilən məbləğin ödənilməsi və dövlət büdcəsinə daxil olması ilə bağlı heç bir mötəbər dəlil təqdim edilməmişdir. İddiaçının həm iddia ərizəsində, həm də vergi orqanına etdiyi əvvəlki müraciətindən aydın görünür ki, 2007-ci il üzrə MDSS üzrə heç bir borcunun olmaması barədə iddiası özlüyündə ziddiyyətlidir. Belə ki, iddiaçı borcu n 2007-ci ildən bəri mövcud olması barədə tam məlumatlı olmasına baxmayaraq, həmin müddət ərzində borcun səbəblərini araşdırılması ilə bağlı heç bir tədbir görməmiş, mübahisələndirməmişdir. Həmin borcun üzərindən uzun müddət keçdiyindən silinməli olması barədə səhv qənaətə gəlmişdir. Borcla bağlı dövlət orqanı tərəfindən məcburedici hərəkətlərin edilməməsini borcun olmaması hesab etmişdir. Məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənildiyini qeyd etsə də, müvafiq səlahiyyətli orqanın təqdim etdiyi sənədlərdə bu ödənişlər öz əksini tapmamışdır. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlarda 2007-ci il üzrə ümumilikdə 100.580,76 manat borcunun olduğu müəyyən edilir. İddiaçı isə 2007-ci il üzrə 137.119,39 manat məbləğin əsassız silindiyini mübahisələndiri r. İddiaçı iddia ərizəsində məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcunun olmadığını və buna görə sərəncam əsasında məbləğlərin tutulmasının əsassız olduğunu qeyd edir. İddiaçı vergi orqanı tərəfindən bank hesabına qoyulmuş sərəncamlar əsasında silinən vəsaitlərin əsassız olmasını və artıq silinməsini təsdiq edən heç bir dəlilə əsaslanmır. İddiaçı 2007-ci ildə bütün MDSS vaxtında ödədiyini iddia etsə də, təsdiqedici sənədlər əlavə edilməmişdir. Həmçinin, məbləğlərin dövlət xəzinə hesabına daxil olması halı sübuta yetirilmir. İddiaçı borcun mövcudluğu barədə hər rüb üzrə hesabat təqdim etdikdə hesabatın “Dövrün əvvəlinə borc məbləği” qrafasında borc məbləğinin silinmədiyini və qalmaqda davam etdiyini görsə də, 2007-ci ildən bəri bu barədə heç bir qanunamüvafiq tədbir görməmiş, borcun silinməməsi səbəblərini araşdırmamış və mübahisələndirməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 01 dekabr 2022-ci il tarixli, 21(112)-190/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının cari hesablarından artıq silinmiş cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304, 61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, qeyd olunan ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tar ixli məktubdan görünür ki, xxxx tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuşdur.
10. Cavabdeh və iş üzrə üçüncü şəxsxxxx apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 2-1(103)-1740/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oru czadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, həmin vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənməməsi və həmin vəsaitlərin təyinatından yayındırılması hallarına görə isə iddiaçı cavabdehlik daşımır. İddiaçı tərəfindən həmin vəsaitlər təyi natı üzrə ödənilmişdir və xəzinədarlıq orqanına daxil olmuşdur.
13. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 3.8, 53.3-cü, «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Qanunun 1, 2, 3-cü maddələrinə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. İş üzrə üçüncü şəxsxxxx kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddianın əsaslı hesab edilməsini apellyasiya məhkəməsi onunla əsaslandırmışdı r ki, iddiaçı tərəfindən vəsaitlər ödənilmişdir və vəsaitlərin xəzinə hesabına işlənilməməsi üçün heç bir cavabdehlik daşımır. Göründüyü kimi, məhkəmə işə yalnız birtərəfli yanaşaraq vəsaitlərin büdcəyə daxil olmamasında iddiaçının cavabdehlik daşımamasını müəyyən etməklə yanaşı, məbləğlərin büdcədən yayındırılmasında vergi orqanının hərəkət və hərəkətsizliyinin olmamasını da müəyyən edir. Belə ki, vəsaitlər Maliyyə Nazirliyində yayındırıldığı halda, büdcəyə daxil olmamış vəsaitlərlə bağlı qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edən vergi orqanını cavabdeh kimi müəyyən edir.
17. Həmçinin qeyd edilmişdir ki, iddia məbləğinin 137.119,39 manat olmasına baxmayaraq, məhkəmə yalnız 50660,60 manat və 49919,6 manat olmaqla ümumilikdə 100.580,2 manat məbləğin ödənilməsi halını araşdırmaqla k ifayətlənmiş, yerdə qalan 36539,19 manatın borca hesablanmış faiz məbləği olub-olmamasına və qeyd olunan məbləğin ümumilikdə haradan yaranması və nə səbəbdən qaytarılmalı olmasına münasibət bildirməmişdir.
18. Borc məbləği 2007-ci ilə aid olmaqla iddiaçı hesablanmış borc məbləğinin ləğv edilməsi məsələsini uzun müddət ərzində qaldırmamış, həmin müddət ərzində rəsmi sənədlərdə borc olaraq qalmış məbləğ barədə inzibati orqan qanunla nəzərdə tutulmuş hüququnu həyata keçirdikdə, borcun ləğv edilməsi deyil, mövcud borc üzrə tutulmuş vəsaitlərin artıq silinmiş vəsait kimi qaytarılması məsələsini qaldırmışdır.
19. Kassator “Sosial sığorta haqqında” qanunun 1-ci maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta ödənişlərinin mahiyyəti həmin vəsaitlərin mütləq şəkild ə təyinatı üzrə büdcəyə daxil olmasını tələb edir. Belə ki, dövlət büdcəsinə təyinatı üzrə daxil olmayan, bu sahədə büdcəyə nəzarəti həyata keçirən dövlət orqanı həm DSMF, həm vergi orqanı vəsaitlərin daxil olmadığı barədə şifahi və yazılı əsaslarla sübut etdiyi halda borcun ödənilmiş kimi qəbul edilməsi yolverilməzdir. Ayrı-ayrı şəxslər tərəfindən mənimsənildiyi iddia edilən məbləğlər barədə nə cinayət işinin olması, nə də ki mülki iddiaçı qismində tanınma barədə heç bir dəlil təqdim edilməmişdir.
20. Bununla yanaşı cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərdiyi dəlillərə heç bir münasibət bildirilməmişdir.
21. Kassator mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 1.4-cü, 16.1-ci, 23.1.7-ci, 65-ci, 78.1-ci 78.4-cü maddələrinə və İnzibati Prosessual Məcəllənin 12, 87.8-ci maddələrinə istinad etmişdir. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
22. İş üzrə üçüncü şəxsxxxx kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xxxx tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti 3 departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qayd ada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir.
23. Əlavə olaraq bildirilmişdir ki, sığorta edən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəməli, sosial sığorta haqlarının uçotunu aparmalı və bu barədə sığortaçıya hesabat verməlidir. Lakin iş üzrə materiallardan aydın olur ki, iddiaçı qeyd olunan borcları ödədiyini iddia etsə də, nə ödənişlər, nə də ödənişlərə dair hesabatlar Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Belə ki, iddiaçının ödədiyini iddia etdiyi vəsaitlərin dövlət büdcəsinə daxil edilməməsi həmin filialın müvafiq işçilərinin sosial təminat sahəsindəki hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. İşçilərin gələcək sosial təminatına yönəlmiş vəsaitlərin ödənilmədiyinə baxmayaraq ödənilmiş kimi qəbul edilməsi sosial sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir.
24. Kassator mövqeyini əsaslandırmaq üçün “Sosial sığorta haqqında” Qanunu 1, 2, 3, 9-1.1 və 10-cu maddələrinə və İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinə istinad etmişdir. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 2-1(103)-1740/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X1rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apellyasiya məh kəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. İşin hallarından görünür ki, cavabdehin sərəncamları ilə 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc ilə əlaqədar ümumilikdə 137.119,39 manat məbləğində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.
32. Hazırda iddiaçı həmin 137.119,39 manat məbləğin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb edir.
33. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmişdi r, həmin vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənməməsi və həmin vəsaitlərin təyinatından yayındırılması hallarına görə isə iddiaçı cavabdehlik daşımır.
34. Bununla bağlı işin hallarına görə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli ödəniş tapşırığı ilə ABB-nin Nəsimi filialına müvafiq olaraq 50.660,90 manat və 49.919,86 manat ümumilikdə 100.580,2 manat məbləğində pul ödənilmişdir.
35. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddianın ümumi məbləği 137.119,39 ma nat olmasına baxmayaraq, apellyasiya məhkəməsi yalnız 50660,60 manat və 49919,6 manat olmaqla məbləğin ödənilməsi halını araşdırmaqla kifayətlənmiş, yerdə qalan 36539,19 manatın borca hesablanmış faiz məbləği olub-olmamasına və qeyd olunan məbləğin ümumilikdə haradan yaranması və nə səbəbdən qaytarılmalı olmasına münasibət bildirməmişdir.
36. Kassasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Nəzərə almaq lazımdır ki, inzibati mübahisə üzrə iddianın təmin edilməsi yalnız cavabdehin imtina zamanı bildirdiklərinin və daha sonra məhkəmə icraatı gedişində şikayətdə göstərdikləri dəlillərin əsassız olmasının müəyyən olunmasından asılı deyildir. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələ bilmək üçün həm də iddiaçının tələb etdiyi məzmunda iddiasının təmin edilməli olduğu ilə bağlı nəticəyə gəlməli, bu zaman etirazın və şikayətin dəlilləri ilə bağlı olmadan qanunvericilikdə tələb olunan bütün şərtlərin mövcudluğunu xidməti vəzifəsinə görə apardığı araşdırmanın nəticəsi əsasında mötəbər sübutlara istinadla dəqiq müəyyən etməlidir.
37. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
38. Həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 26 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
40. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə ma lik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finland iyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı təl əb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 21(103)-1740/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir.