Məhkəmə qərarları › İş №2-1(102)-2190/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2190/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2190/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; iş illərinin sosial sığorta stajına daxil edilməsi; təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: 07.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Koller” kooperativində 05.12.1987 – 0 3.10.1993-cü illərdə işlədyi dövrün sosial sığorta stajına daxil etməklə 1999-cu il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-155/2019) iddianın təmin edilməsi; iddiaçıya “Koller” koperativində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2 019-cu il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)825/2019) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarının “1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin" hissəsində “1999-cu il tarixdən başlayaraq” sözlərinin “iddiaçının müraciət etdiyi vaxtdan 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsinə, yəni “iddiaçının müraciət etdiyi vaxtdan - 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün" sözlərinin ”1999cu il tarixdən başlayaraq” sözləri ilə əvəz edilməsinə və iddia tələbinin dəyişdirilmədən tam təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Eyni zamanda həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə qismən əsassız və qanunsuz qərar qəbul edilmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndasların pensiya təm inatı haqqında» Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarının tələbləri tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına kassasiya şikayətində göstərilən maddi hüquq normalarını tətbiq etməkdə haqlı olsa da, sonradan qəbul edilmiş, 01.01.2019-cü il tarixdən qüvvədə olan normativ hüquqi aktı, yəni - «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üc il üçün ödənilmə müddətini -tətbiq etməkdə səhf nəticəyə gəlmişdir. Çünki, müraciət edilən tarixdən əvvəlki üc il müddəti tətbiq olunduğu halda, iddiaçının əvvəlki (ötən, yəni 1999-cu ildən 31.07.2014-cü) illər ücün hesablanacaq və qanuni əsa slarla ödənimlməli olan fərq məbləği nəzərə alınmayacaqdır. Bu hal isə, iddiaçının hüquqi vəziyyətinin aqırasdırdıqım birmənalı səkildə sübut edir. Eyni zamanla cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsinə, yəni “iddiaçının müraciət etdiyi vaxtdan 31.07. 2017-ci il tarixdən - əvvəlki üç il üçün" sözlərinin ”1999-cu il tarixdən başlayaraq” sözləri ilə əvəz edilməsinə və iddia tələbinin dəyişdirilmədən tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hər iki kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə, cavabdeh şöbənin kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən O, 09.02.1961 - 07.09.2017-c il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 05.12.1987 - 05.10.1993 -cü il tarixlərdə “Koller” kooperativində və 24.06.1988 21.04.1994-cü il tarixlərdə “Birlik” X1 Birliyində işləmişdir. 07.07.1999-cu il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası aldığı dövrdə də əmək fəaliyyətini davam etdirmiş və işləyən pensiyaçı statusunda olmuşdur. İşin materiallarında olan cavabdeh şöbənin 31.05.2018-ci il tarixli məktubuna əsasən, pensiyanın hesablanması üçün orta aylıq əmək haqqına tətbiq edilən məhdudiyyət aradan qaldırıldıqdan sonra 1999-cu ildə iddiaçının əmək pensiyası təyin olunan zaman təqdim etdiyi əmək haqqı arayışına əsasən 01.01.2008-ci il tarixdən pensiyası yenidən hesablanaraq baza hissəsi 75 manat, sığorta hissəsi 466,65 manat olmaqla cəmi 541,65 manata çatdırılmışdır. Eyni zamanda işin materiallarında olan Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Departamentinin 27.05.2008-ci il tarixli arayışını görə, iddiaçının «Koller» Kooperativində 1988, 1989-cu illərdə aldığı əmək haqqı hər ay üzrə 320 rubl, 1991-ci il üzrə isə ümumilikdə 491.500 AZM əmək haqqısı olmuş və həmin məbləğdən 4.915 AZM məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 1991-1994-cü illərdə «Koller» kooperativində işləyən iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının məbləği barədə 4 saylı forma üzrə əlavənin məhkəməyə təqdim olunması barədə DSMF-nin Bakı şəhəri üzrə X4 İdarəsinə və DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə sorğu ilə müraciət edilmişdir. Lakin, hər iki inzibati orqan «Koller» kooperativi adl ı sığortaedən müəyyən edilmədiyindən sorğunu cavablandıra bilməmişdir. İddiaçı, «Koller» kooperativində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə ərizə ilə cavabdeh Şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqaniddiaçıya ünvanladığı 31.05.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmn edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdeh şöbənin imtinası əsaslı olmamış və iddiaçının «Koller» kooperativində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməli idi. Ca vabdeh şöbənn imtinasına əsasə olmuş "Koller” Kooperativi adlı sığortaedənin müəyyən edilmədiyi, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olmadığını və sosial sığorta haqqlarını ödəmədiyi, İddiaçı “Koller” Kooperativində əmək haqqı alması və məcburi dövlət sosial sığorta haqqlan ödəməsi Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri üzrə X4 İdarəsi tərəfindən təsdiq olunmaması haqqında dəlillər qəbul edilə bilməz. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş İddiaçı əmək kitabçasından görünür ki, O, "Koller” Kooperativində 05.12.1987-ci ildən 05.10.1993- cü il tarixə qədər kooperativin sədr müavini, kooperativin sədri vəzifələrində işləmişdir. İşdə və İddiaçı pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri üzrə X4 Departamentinin direktor müavini tə rəfindən imzalanmış və Departamentin möhürü ilə təsdiq edilmiş 80/04/26-2994 saylı 27.05.2018-ci il tarixli məcburi dövlət sosial sığorta haqqında arayışda (1 nömrəli əlavə) “Koller” Kooperativində işləmiş İddiaçı 1991-ci ilin yanvar ayından 1994-cü ilin yanvar ayınadək olan dövrdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qazanılmış 491500 manat gəlirdən 4915 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və bu məbləğin 1991-ci il üzrə ödənildiyi barədə məlumat verilmişdir. Həmçinin pensiya işində pensiya hesablanması üçün əmək haqqı barədə arayış (2 nömrəli əlavə) İddiaçı 1988, 1989-cu illər üzrə əmək haqqının aylar üzrə məbləğləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin iddiaçıya “Koller” Kollektivində 05.12.1987-ci il tarixdən 03.1 0.1993- cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edərək, düzgün nəticəyə gəlmişdir və qərar bu hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi iddia tələbinin 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğnin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində haqlı olmamışdır və qərar aşağıda qeyd edilənlərə əsasən dəyişdirilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından təqdim olunmuş sübutlara, o cümlədən, iddiaçının cavabdehə ünvanlanmış müraciətinə əsasən, iddiaçının 31.07.2017ci il tarixdə ərizə ilə cavabdehə müraciət etdiyini nəzərə alaraq, müraciət edilənə həmin tarixdən ən çoxu əvvəlki üç il üçün onun pensiyası hesablanıb ödənilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün olsada da dəyişdirilməlidir, iddiaçının kassasiya şikayətində göstərilən dəlilləri qismən əsaslı olduğundan qismən qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-c maddəsi ilə əmək pensiyasının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi nəzərdə tutulsa da, bu maddə hazırki işə iddaçının tələbinə qismən təmin edilə bilər. Belə ki, iddiaçı artıq pensiyaçıdır, ona pensiya 1999-cu ildə təyin edilmiş və bir neçə dəfə məbləği yenidən hesablanmaışdır. İddiaçı hazırki iddiasında pensiyanın təyin edilməsini deyil, təyin olunmuş pensiyaının onkn “Koller” kooperativində işlədiyi illər nəzərə alınıb sosıal sığorta stajına daxil edilməklə yenidən hesablnamasını istəyir. Ona görə də, ona pensiya müraciət etdiyi əvvəlki 3 il üçün deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən yenidən hesablanmalıdır Belə olan halda, bu halların yenidən apellyasiya instansiya məhkəməsində araşıdırmasına zərurət yaranmır. Bu haqda iş üzrə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərt ərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunsada, qərar dəyişdirilməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri a pellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslı hesab edilir. Cavabdeh şöbənin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdeh şöbənin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilməli; həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “01.01.2006il tarixdən” sözləri ilə əvəz edilməli; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilsin. Həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “01.01.2006-il tarixdən” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar