Məhkəmə qərarları › İş №2-1(102)-2190/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2190/2025

27.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2190/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi, əmək müqaviləsi ilə bağlı maliyyə sanksiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2025-ci il tarixli, 2-1(103)-510/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0138 nömrəli qərarına əsasən iddiaçının, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli francayzinq müqaviləsinə əsasən fəali yyət göstərdiyi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmiş, bu zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi əsası ilə akt tərtib olunmuş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzr ə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********0138 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Prime Accessories MMC (françayzer) İddiaçı (françayz alan) arasında 08 saylı xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satışın həyata keçirilməsi üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları françayz alana verməyi, onu təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etməyi hər zaman mallar və uyğun gördüyü bütün mal çeşidləri ilə (satış əsas alınaraq), lazım olduqda reklam xidmət i və digər zəruri ehtiyac meyarları ilə təmin etməyi, ona texniki və məsləhət xidməti göstərməyi, satdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə, ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına, 6 aydan gec olmayaraq qaimə faktura təqdim etməyi (istisna hallarda səmərəli görülərsə 1 il müddətində), fraçayz alan isə kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi, istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı, təlimat və göstərişlərinə riayət etməyi –öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə françayz alan İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi AZ1052, ünva n 1 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektdə operativ vergi nəzarəti keçirilmiş və nəticələrinə dair akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, keçirilən nəzarət tədbiri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Akta əsasən qəbul edilmiş **********0138 saylı xx.xx.2023-cü il tarixli qərarla Vergi Məcəlləsinin 58.10-cu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qanuni qüvvəyə minmədən üç nəfər şəxsin işlərin yerinə yetirilməsinə cəlb etməklə, gəlirinin gizlədilməsinə (azaldılımasına) şərait yaratdığı əsas götürülməklə, iddiaçıya, həmin şəxslərin hər b irinə görə 2000 manatdan olmaqla, 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

4. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı Baş İdarənin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) AZ1052, ünvan 2 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunduğundan x x.xx.2023-cü il tarixli DVX seriyalı 006231 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktı tərtib edilmiş və vergi ödəyicisi tərəfindən aktın bir nüsxəsi təhvil alınmış, lakin onun imzalanmasından imtina olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx. 2023-cü il tarixli **********0138 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və onun elektron qutusuna xx.xx.2023-ci il tarixdə göndərilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********0138 saylı xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin normalarının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 nömrəli, xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə mülki qaydada ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, müqavilə qüvvədədir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, OVN tədbirinin həyata keçirildiyi zaman X5, X6 və X8 müqavil ədən irəli gələn öhdəliklərin icrası üçün iddiaçının fəaliyyət göstərdiyi obyektə ezam olunmuşlar. X5 xx.xx.2023-cü il tarixdən, X6 xx.xx.2023-cü il tarixdən, X8 xx.xx.2023-cü il tarixdən qüvvəyə minən əmək müqaviləsi ilə "xxxx" MMC-də işləmişlər və həmin şəxslərin əmək müqaviləsi bildirişləri olmuşdur, qeyd edilən tarixlərdə sistemə adları daxil edilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X3 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsi bildirişlərinin işdə olan nüsxələrinə əsasən müəyyən edilmişdir ki, onların hər üçü "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqla fəaliyyət göstərən işçilərdir. Belə olan halda cavabdehin həmin şəxsləri iddiaçının işçisi olaraq qəbul etməsi əsassızdır. "xxxx" MMC i şin qeyd olunan hallarını məhkəmənin sorğularını cavablandırmaqla təsdiq etmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-510/2025 nömrəli iş üzrə 11 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X7 və X10) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

10. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qəra rın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 50.1.7, 50.6 və 58.10-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

12. Belə ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN:**********) AZ1052, ünvan 2 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları adlı obyektində keçirilmiş operativ vergi nəzarəti tədb iri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktımüəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunduğundan xx.xx.2023-cü il tarixli DVX seriyalı 006231 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə ye tirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktı tərtib edilmiş və vergi ödəyicisi tərəfindən aktın bir nüsxəsi təhvil alınmış, lakin onun imzalanmasından imtina olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********0138 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonun cu ünvan kimi qeyd olunmuş ünvana və onun elektron qutusuna xx.xx.2023-ci il tarixdə saat 10:07:26-da göndərilmiş və araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********451200 nömrəli məktubun elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13:07:48-də oxunduğu müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əm ək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb e dilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

723. Françayzinq müqaviləsi Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Maddə

724. Françayz verənin vəzifələri 724.1. Françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. 724.2. Françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. Maddə

725. Françayz alanın vəzifələri 725.1. Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. 725.2. Əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam ver ilərkən bu haqqı ona qaytarmağa borcludur. Maddə

726. Etibar edilmiş informasiyanı açıqlamamaq vəzifəsi Françayzinq müqaviləsi bağlanarkən tərəflər bir-birini françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə açıq-aşkar və tam tanış etməli və bir-birinə vicdanlı surətdə informasiya verməlidirlər. Onlar etibar edilmiş informasiyanı müqavilənin bağlanmadığı halda da açıqlamamağa borcludurlar. Maddə

727. Françayzinq müqaviləsinin forması Françayzinq müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində tərəflər ikitərəfli öhdəlikləri, müqavilənin müddətini, ləğv edilməsi və ya müddətinin uzadılması şərtlərini və müqavilənin digər mühüm elementlərini dəqiq göstərməkdən əlavə, françayzinq sistemini tam təsvir etməlidirlər. Maddə

728. Françayzinq müqaviləsinin müddəti 728.1. Françayzinq müqaviləsinin müddətini tərəflər həmin malın və xidmətlərin satışı ilə bağlı tələbatı nəzərə almaqla müəyyənləşdirirlər. 728.2. Əgər müqavilənin müddəti on ildən çoxdursa, istənilən tərəfin ləğvetmə üçün zəruri olan bir illik müddəti gözləməklə müqaviləni ləğv etmək ixtiyarı vardır. Əgər tərəflərdən heç biri müqaviləni ləğv etmək üçün bu hüquqdan istifadə etmirsə, müqavilə iki il müddətinə uzadılır. Müqavilə müddətin bitməsi nəticəsində və ya tərəflərin təşəbbüsü ilə ləğv edildikdə tərəflər qarşılıqlı etimad prinsipini gözləməklə müqavilənin müddətini işgüzar qarşılıqlı münasibətlərin faktik qurtardığı vaxtadək eyni və ya dəyişdirilmiş şərtlərlə uzatmağa çalışmalıdırlar. Maddə

729. Loyal rəqabət 729.1. Tərəflər müqavilə münasibətləri qurtardıqdan sonra da öz aralarında loyal rəqabət aparmağa borcludurlar. Bununla əlaqədar olaraq françayz alanın müəyyən ərazinin hüdudları daxilində rəqabət aparması üzərində ən çoxu bir il müddətinə qadağan qoyula bilər. 729.2. Əgər rəqabət aparmağın qadağan edilməsi françayz alanın peşə fəaliyyəti üçün təhlükə yarada bilərsə, müqavilə müddətinin bitməsinə baxmayaraq ona müvafiq maliyyə kompensasiyası verilməlidir. Maddə

730. Françayz verənin məsuliyyəti Françayz verən françayzinq sistemi ilə nəzərdə tutulan hüquqlar və informasiya üçün məsuliyyət daşıyır. Əgər françayz verən müqavilə öhdəliklərini təqsirli surətdə pozarsa, françayz alan əvəz ödənilməsini azalda bilər. Azaltmanın miqdarı müstəqil ekspertin rəyi əsasında qəti surətdə müəyyənləşdirilməlidir. Bununla bağlı xərclər tərəflərin öhdəsinə qoyulur. Maddə

731. Françayzinq hüquq münasibətlərinə tətbiq edilən müddəalar 731.1. Əgər françayzinq müqaviləsinin predmetini əqli mülkiyyətdən istifadə hüquqlarının verilməsi təşkil edirsə, ona müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında, habelə patent hüququ haqqında qanunvericiliyin müddəaları tətbiq edilir. 731.2. Əgər françayz alan françayz verənin və ya françayz verənlə bağlı hər hansı müəssisənin mallarını yaymaqla daimi məşğul olursa, bu Məcəllənin ticarət nümayəndəliyi və konsessiya müqaviləsi haqqında müddəaları tətbiq edilir. 731.3. Əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alğısatqı, əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi) götürürlərsə, iştirakçıların hüquq münasibətlərinə bu Məcəllənin həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir.

16. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin normalarının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir.

23. Belə ki, iş materialları ilə sübut edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 nömrəli xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə mülki qaydada ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, müqavilə qüvvədədir.

24. Həmçinin OVN t ədbirinin həyata keçirildiyi zaman, X5, X6 və X8 müqavilədən irəli gələn öhdəliklərin icrası üçün iddiaçının fəaliyyət göstərdiyi obyektə ezam olunmuş, müvafiq olaraq həmin şəxslər xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş əmək müqavilələri ilə "xxxx" MMC-də işləmişlər və həmin şəxslərin əmək müqaviləsi bildirişləri olmuşdur, qeyd edilən tarixlərdə sistemə adları daxil edilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X3 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsi bildirişlərinin işdə olan nüsxələrinə əsasən müəyyən edilmişdir ki, onların hər üçü "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqla fəaliyyət göstərən işçilərdir. Belə olan halda cavabdehin həmin şəxsləri iddiaçının işç isi olaraq qəbul etməsi əsassızdır. "xxxx" MMC işin qeyd olunan hallarını məhkəmənin sorğularını cavablandırmaqla təsdiq etmişdir.

25. Eyni zamanda kassasiya şikayətində qeyd edilmişdir ki, operativ vergi nəzarəti keçirilərkən vergi orqanına həmin şəxslərin X1, X3 və X2 izahat verməkdən imtina etmələri, onların əslində iddiaçı (françayz alan) ilə əmək münasibətlərində olmadıqlarını dolayısı ilə təsdiq edir.

26. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, adları qeyd edilən şəxslərin məhz iddiaçı tərəfindən işə götürülməsi barədə cavabdehin hər hansı sübutu mövcud deyildir. Əksinə, apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi əmək haqqı barədə cədvəl məlumatlarından müəyyən olunur ki, adıçəkilən işçi heyəti (X5, X6 və X8) 2023-cü ildə françayz verən "xxxx" MMC-dən 345 manat məbləğində aylıq əmək haqqı almışlar.

27. Eyni zamanda adları qeyd edilən şəxslərin izahat verməkdən imtina etməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin şəxslərin mütləq qaydada izah verməsinə dair qanunda imperativ göstəriş mövcud deyildir.

28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmçinin vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırkı vəziyyətdə cavabdehin kassasiya şikayətində əks e tdirdiyi arqumentlər hər hansı normaya, eləcə də mötəbər sübuta söykənmədiyindən iddianın rədd edilməsi üçün əsas ola bilməz.

29. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddianın növünə görə sübutetmə yükü inzibati orqanın üzərinə düşsə də, inzibati orqan öz mövqeyini mötəbər dəlillərlə sübut edə bilməmişdir.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi qanuni olmadığından apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmışdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2025-ci il tarixli, 21(103)-510/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar