Məhkəmə qərarları › İş №2-1(102)-2191/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2191/2019

31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2191/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşıiş üzrə QƏRAR (iş № 2-1(102)-2191/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-295/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Ukrayna Respublikası Regionlararası X4 tərəfindən iddiaçıya verilmiş xxxx 2016-cı il tarixli, B16 №*******nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3712 /2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı “X5 üzrə Regionlararası Akademiya” ali təhsil müəssisəsi Özəl Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xxxx 2016-cı il tarixli, B16 № ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir (hakim E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-295/2019 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və F.Ş.Talışınski) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh yalnız iddiaçının guya təhsil almaq üçün tələb olunan müddətin qarşılığında diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyrimümkün olmasını əsas götürərək diplomun ekvivalentliyi haqqında şəhadətnamə verməkdən imtina etmiş, iddiaçının qiyabi, yarışma yolu ilə təhsil formasında təhsil almasını nəzərə almamışdır. Tərəflərin izahatları İddiaçının vəkili Vəkilməhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmidir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tar ixli, 2-1(103)295/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının ksassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2012-ci ildə X2 İdərəolunması Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olaraq 2016-cı ildə həmin təhsil müəssəsini bitirmiş, bakalavr dərəcəsinin verilməsi barədə ona xxxx 2016-cı il tarixli, B16 № ******* saylı diplom verilmiş, iddiaçı ali təhsil müəssisəsi tərəfindən verilmiş xxxx 2016-cı il tarixli, B16 № ***** nömrəli diplomun ölkədə qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin xxxx 2018ci il tarixli *********ANİ saylı məktubu ilə Ali təhsil sənədlərinin araşdı rılması zamanı Ukrayna Respublikası Regionlararası X1 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğuna görə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyin qeyri-mümkün olması əsası ilə imtina edilmişdir. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, “X5 üzrə Regionlararası Akademiya” ali təhsil müəssisəsi Özəl Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xxxx 2016-cı il tarixli, B16 № ***** nömrəli diploma əlavənin notariat qaydasında təsdiq və tərcümə olunmuş surətinə əsasən İddiaçı Hüquq bakalavr dərəcəsi üzrə rus dilində, əyani formada 4 il təhsil almış, İnstitutda bakalavr pilləsi üzrə 4 il müddətində 66 fənnin tədris edilməsi nəzərdə tutulmuş, iş materiallarına əlavə edi lmiş Azərbaycan Dövlət Sərhəd Xidməti Miqrasiya və Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəməyə verilmiş Ukrayna Respublikasının ərazisinə keçmə faktları barədə sərhədkeçmə haqqında hesabatına əsasən, iddiaçı təhsil aldığı müddət ərzində, 2012-2016-cı illərdə cəmi 23 gün həmin ölkədə olmuş, 2014-2015-ci illərdə isə ümumiyyətlə həmin ölkədə olmamış, beləliklə, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyindən, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-mümkündür. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Na zirlər Kabinetinin xxxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Regionlararası X3 tərəfindən sizin adınıza verilmiş B******* nömrəli, xxxx 2016-cı il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanmması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali t əhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzm un, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nətticələri arasında fərq ola bilər. Xarici ixtsiasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanm məqsədindən asıls olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 2003- cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçir ilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il xxxx tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Yəni göründüyü kimi, bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Adı çəkilən Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olm asının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ h üquqi aktlar əsasında aparılır”. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə, iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xxxx 2016-cı il tarixli diploma və ona əlavəyə əsasən İddiaçı Hüquq bakalavr dərəcəsi üzrə rus dilində, əyani formada 4 il təhsil aldığı qeyd edildiyi halda, iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Sərhəd Xidməti Miqrasiya və Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəməyə verilmiş Ukrayna Respublikasının ərazisinə keçmə faktları barədə sərhədkeçmə haqqında hesabatına əsasən, iddiaçının təhsil aldığı müddət ərzində, 2012-2016-cı illərdə cəmi 23 gün həmin ölkədə olduğunu, 2014-2015-ci illərdə isə ümumiyyətlə həmin ölkədə olmadığını nəzərə alaraq, kassasiya şikayətinin dəlilləri ni əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-295/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara al dı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-295/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar