Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2191/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçıün cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs olmaqla) “onun avtomobili ilə birlikdə və ya avtomobilsiz ölkədən çıxışına qoyulmuş qadağanın götürü lməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1224/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Türkiyə Respublikasının vətəndaşı İddiaçı idarə etdiyi 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili ilə 23.09.2018-ci il tarixində **********6000 saylı 24.09.2018-ci il tarixli gömrük bəyannaməsinə əsasən Azərbaycan Respublikasının ərazisinə “X4 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü gətirmiş və həmin mallar 24.09.2018-ci il tarixdə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, buraxılışına icazə verilmişdir. **** ******6000 nömrəli ödəniş tapşırığına əsasən, "xxxx" MMC tərəfindən müvafiq gömrük xidmətləri üçün 10750,87 manat məbləğində pul ödənilmişdir. İddiaçı idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün ölkəyə daxil olduğu 23.09.2018-ci il tarixdə «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilmişdir. Türkiyə vətəndaşı olan iddiaçı ilə “İL" MMC arasında mübahisə yarandığından sürücü malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamış və nəqliyyat vasitəsini İpək Yolu gömrük postundan çıxartmaqdan imtina etmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun avtomobili ilə birlikdə və ya avtomobilsi z ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 15 yanvar 2019-cu il tarixli, 1000-120/120-22-000917 saylı məktubla bildirmişdir ki, avtonəqliyyat vasitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı zamanı qeyri-qanuni hərəkətlərə yol verilmədiyindən müraciətin müsbət həlli onların səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən çıxışına qoyulmuş qadağaya və dəymiş maddi və mənəvi ziyana görə cavabdehdən 2.000.200 ABŞ dolları və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini, Azərbaycan Respublikasından çıxışına qoyulmuş qadağanın aradan qaldı rılması və Azərbaycan Respublikasından ona məxsus 61K3570/61K3571 nömrəli qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili (TİR) ilə birlikdə çıxa bilməsinə və ya avtomobilsiz Azərbaycan Respublikasından Türkiyə Respublikasına ailəsinin yanına gedib qayıtmasına heç bir problemin yaradılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh tərəfindən Azərbaycan Respublikasında məcburi olaraq, heç bir əsas olmadan, idarə etdiyi 61K 3570/61K3571 nömrəli yük maşını–tırla birlikdə saxlanılmışdır. Belə ki, o, Azərbaycan Respublikasına sürücü kimi tırla mal gətirmişdir. Malın sahibi pulu vermədiyi üçün o, mallarla birlikdə Azərbaycan Respublikasında qalmışdır, ölkədən çıxa bilmir, qaldığı hər gün ziyan edir. Türkiyə Respublikasının hü quqi şəxsi olan “X3 Malzemeleri Ticaret Limited” ŞTİ Azərbaycan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC ilə Reynak şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC-yə məxsus malları Azərbaycan Respublikasına öz maşını ilə gətirmişdir. Həmin müqaviləyə əsasən, maşina Raf sistemləri yüklənilib gətirilmişdir. 19.09.2018-ci ilədək gömrükdə rəsmi işlər bitənə qədər gözləmiş, 23.09.2018-ci ildən Azərbaycan Respublikasına giriş etmişdir. Danışılan pul məbləğindən ona cəmi 1600 ABŞ dolları pul ödənilmişdir. "xxxx" MMC tərəfindən 2000 ABŞ dolları ona verilməmişdir, ona görə də bu hadisələr baş vermişdir. Malın sahibi pulu vermədiyi üçün o, mallarla birlikdə Azərbaycan Respublikasında qalmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin aidiyyəti orqanlarına dəfələrlə mürac iət etməsinə baxmayaraq, cavabdeh bu günədək heç bir kömək göstərmir ki, o, malları sahibinə təhvil verib ölkədən çıxa bilsin. Onun burada qalması kimlərəsə sərf edir. "xxxx" MMC malları satır İL MMC-yə, İL MMC şirkəti isə Reynak şirkəti ilə müqavilə bağlayır və yükü sahibinə çatdırmağı 61 K 3570 nömrəli maşının sahibi kimi ona tapşırır. Yəni, “X3 Malzemeleri Ticaret Limited” ŞTİ ilə müqavilə bağlanılır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, "xxxx" MMC öhdəliklərini yerinə yetirməmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən şantaj, təhqir və hədə-qorxuya məruz qalmışdır. Övladının ayaq barmağı qırılmışdır, lakin gedib görməyə ona icazə verilməmişdir. Bir neçə aydır Azərbaycan Respublikasındadır, ailəsini görə bilmir, övladlarından uzaq düşmüşdür. Çox çətinliklə dolanır. M addi ehtiyacı çoxdur. Burada qohumu, tanışı yoxdur ki, ona kömək etsin. Ona tırla birlikdə çıxıb getməsinə icazə verilməlidir, tırın içərisindəki mallar isə müvəqqəti saxlama məntəqəsinə boşaldılmalıdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: P.A.Hüseynov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən və iddiaçının ölkədən çıxışına hər hansı məhdudiyyətin tə tbiq olunması öz təsdiqini tapmadığından iddia əsaslı sayıla bilməz.
9. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1224/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı qismən, iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələbin rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia təmi n edilmiş, iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı aparılması məcburi olan Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini Respublikanın gömrük ərazisindən kənara aparmaq öhdəliyi daşısa da, bunu etmədiyinə görə inzibati xəta törətmiş, lakin bu inzibati xəta ilə bağlı cavabdeh inzibati orqan tərəfindən icraat başlanılmamışdır. Belə ki, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçı idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə təxminən 3 ilə yaxın müddətdə “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısın da saxlanılıb, müvəqqəti gətirdiyi nəqliyyat vasitəsinin ölkə ərazisindən çıxarmamasına görə iddiaçı barəsində inzibati xəta üzrə icraat cavabdeh inzibati orqan tərəfindən başlanılmadığı halda isə, eyni zamanda onun cavabdeh tərəfindən “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılması qanunsuz olmuşdur.
12. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən halına görə, iddiaçı və "xxxx" MMC arasında yaranmış mübahisə ilə bağlı, iddiaçı idarə etdiyi nəqliyyat vasitəsinin içində olan və "xxxx" MMC-nin adına gömrük rəsmiləşdirilməsi aparılmış malı boşaltmaqdan imtina etdiyi üçün, MMC tərəfindən də həmin malın qəbulundan imtina olunduğundan, beləliklə, ölkə ərazisinə müvəqqəti gətirilmiş, aparılması məcb uri olan nəqliyyat vasitəsinin Respublikadan çıxarılması və ya nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılmasının təmin olunması mümkün olmadığından, bu hallar həmin nəqliyyat vasitəsinin “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısından çıxarılmasını da mümkünsüz edir. Odur ki, iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi barədə tələbi əsassızdır, həmin tələbin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin tələblərin rədd edilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, i ddiaçı maddi və mənəvi ziyan vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmadığı hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilir ki, cavabdeh tərəfindən “İnsan Hüquqlarının və X1 Haqqında Konvernsiyanın” 4 saylı protokolunun 2-ci maddəsi iddiaçı barəsində pozulsa da, məhkəmə iddianın ziyan ödənilməsi hissəsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişd ir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Res publikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirildiyi, cavabdeh isə qərarın iddianın təmin edilən hissəsini mübahisələndirmədiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə tər kibi hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qərarından da göründüyü kimi, iddiaçının tələbi iki hissədə -idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması və ziyanın ödənilməsi hissələrində təmin edilməmişdir.
23. Məhkəmə tərkibi qeyd edir ki, tələbin təmin edilməyən hissələri apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış və iddianın həmin hissələrdə təmin edilməməsinin səbəbi qanunvericiliyin müvafiq norma və müddəalarına istinad edilməklə əsaslandırılmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında sa xlanılması ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilən halına görə, iddiaçı və "xxxx" MMC arasında yaranmış mübahisə ilə bağlı, iddiaçı idarə etdiyi nəqliyyat vasitəsinin içində olan və "xxxx" MMC-nin adına gömrük rəsmiləşdirilməsi aparılmış malı boşaltmaqdan imtina etdiyi və MMC tərəfindən də həmin malın qəbulundan imtina olunduğu üçün, beləliklə, ölkə ərazisinə müvəqqəti gətirilmiş, aparılması məcburi olan nəqliyyat vasitəsinin Respublikadan çıxarılması və ya nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılmasının təmin olunması mümkün olmadığından, bu hallar həmin nəqliyyat vasitəsinin “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısından çıxarılmasını da mümkünsüz edir. Odur ki, iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi barədə tələbi əsassızdır, həmin tələbin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və iddiaçının bu barədə tələbini əsassız hesab edir.
26. Cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulması ilə bağlı iddiaçının şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi bildirir ki, bu hissədə də iddiaçının tələbi əsaslı sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsin də əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilər kən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquql arı Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
28. Məhkəmə tərkibi bildirir ki, iş üzrə iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının ona vurulmuş mənəvi zərə rin ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmaması maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin təmin olunmasını istisna edir.
29. Bəhs edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
30. Yuxarıda g östərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1224/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərarı mübahisələndirilən, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.