Məhkəmə qərarları › İş №2-1(102)-2192/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2192/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2192/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2192/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin vəkili XXXnın, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi XXXnın və vəkili Vəkil işt irakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-731/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergilərin hesablanması barədə 30 aprel 2018-ci il tarixli, **********299900 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçıya mənfəət vergisi üzrə kameral qaydada əlavə olaraq hesablanmış 11.531,61 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 14 noyabr 2018-ci il tarixli, **********930300 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, müəssisə dövlət büdcəsinə ödənilməli olan vergi və digər ödənişləri vaxtlı-vaxtında həyata keçirmiş və qanuni fəaliyyət göstərmişdir. Cavabdeh tərəfindən müəssisədə 2016-cı ilin mənfəət vergisi üzrə kameral qaydada yoxlama aparılmış və 11.531,61 manat əlavə vergi hesablanmışdır. Müəssisə cavabdehə dəq iqləşdirilmiş bəyannamə və müvafiq təsdiqedici sənədlər təqdim etməklə vergi borcunun silinməsi barədə müraciət etmiş, lakin cavabdeh onun müraciətini nəzərə almamış və əsassız hesablanmış vergi borcunu ləğv etməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən 13 fevral 2017-ci il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirləri 158.583,97 manat, gəlirdən çıxılan xərcləri 147.262,0 manat, vergiyə cəlb olunan mənfəət 11.321,97 manat və keçmiş illərin zərəri 17.566,93 manat göstərilməklə 0,0 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçının 75.225,0 manat xərc məbləğinin sənədlərlə təsdiqini tapmadığı və bu səbəbdən kənarlaşmanın yaranması aşkar olunmuşdur. Belə ki, iddiaçı müəssis ə “Bakı Metropoliteni” üçün layihə işləri görmüş, işlərin müqavilə əsasında subpodratçı “xxxx” MMC tərəfindən görülməsi nəzərdə tutulmuşdur. Hər iki vergi ödəyicisi ƏDV ödəyicisi olmuş, lakin “xxxx” MMC tərəfindən iddiaçıya 75.225,0 manat dəyərində göstərilmiş xidmətlərin elektron vergi hesab fakturası təqdim edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçıya müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi təklif olunmuş, iddiaçı tərəflər arasında bağlanmış müqavilələri, kassa mədaxil-məxaric orderlərini və digər sənədləri təqdim etsə də, xidmətlərin göstərilməsi zamanı tərtib edilməli olan qaimə-fakturaları təqdim edə bilməmişdir. Bu səbəbdən, vergi orqanı tərəfindən iddiaçıya 2016-cı ilin mənfəət vergisi üzrə 11.531,61 manat əlavə hesablama aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(81)4686/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən aparılan əməliyyatlar nağdsız qaydada həyata keçirilməli olduğu halda, iddiaçı 75.225 manat məbləğində əməliyyatın ödənişini nağ qaydada həyata keçirmiş və cavabdeh haqlı olaraq həmin məbləği gəlirdən çıxılan xərc kimi qəbul etməmişdir. Lakin vergi orqanı iddiaçının gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib, digər hissəsini isə qəbul etməmiş və iddiaçının mənfəətini qanunvericiliklə nəzərdə tutulmamış metod ilə hesablamışdır. Qanunvericiliyin tələblərinə görə xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalıdır. H əmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-731/19 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyas məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh vergi orqanı iddiaçıya 2016-cı ilin mənfəət vergisinin hesablanması zamanı qanunvericiliklə kameral vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddiaçı tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin 13 fevral 2017-ci il tarixdə təqdim edildiyindən ca vabdeh kameral vergi yoxlamasını 13 mart 2017-ci il tarixədək yekunlaşdırmalı olmasına baxmayaraq, iddiaçıya dəqiqləşdirilmiş bəyannamələri təqdim etməyi təklif etmiş, nəticədə kameral vergi yoxlamasının nəticələrinə dair qərarı 1 il 08 ay sonra qəbul etməklə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.3, 37.4, 16.1, 24.0.1, 36.2, 3.8, 53.3, 54.0.2 maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətind ə iddiaçının barəsində əlavə hesablamanın aparılmasına səbəb olan etirazda qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin və təsdiqedici sənədlərin təqdim edilməsinin təklif olunmasına baxmayaraq, iddiaçı tərəfindən həmin sənədlər təqdim edilməmiş, bu səbəbdən vergi orqanı tərəfindən 14 noyabr 2018-ci il tarixdə 2016cı ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirdən çıxılması mümkün olan xərclər və keçmiş illərin zərəri iddiaçının mənfəətindən çıxılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq 20 faiz dərəcə ilə mənfəət vergisi üzrə 11.531,61 manat əlavə hesablama aparılmışdır. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən verginin hesablama metodunun düzgün seçilməd iyi göstərilsə də bunun hüquqi əsası qeyd olunmamış, apellyasiya şikayətində vergi qanunvericiliyinin yalnız gəlirdən çıxıla bilən xərclərin gəlirdən çıxılmasına yol verildiyi bildirilsə də, apellyasiya məhkəməsi göstərilən dəlilə heç bir münasibət bildirməmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, vergi orqanı tərəfindən kameral yoxlama iddiaçı tərəfindən 13 fevral 2017-ci il tarixdə təqdim olunmuş bəyannamə üzrə aparılmış və bunun nəticəsində müvafiq qərar qəbul edilmişdir. Vergi orqanı sonradan iddiaçıdan dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını tələb etməmiş, əksinə iddiaçı vergi orqanının qərarını mübahisələndirmədən dəqiqləşdirilmiş bəyannamələri təqdim etmişdir. Qanunvericilik vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi imkanını qanunla nəzərd ə tutulmuş hallar istisna olmaqla mümkün hesab etmişdir ki, hazırkı halda vergi orqanı qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində dəqiqləşdirilmiş bəyannamələr üzrə yoxlamalar aparmış, yekun olaraq 23 oktyabr 2018-ci il tarixli bəyannamə üzrə 14 noyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.1, 175.8, 72.5, 62, 37.2, 72, Azərbaycan Respulikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin ed ilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Vergi ödəyicisi 13 fevral 2017-ci il tarixdə 2016-cı ilin mənfəət vergisi bəyannaməsini təqdim edərək 158.583,97 manat gəlir, 147.262 manat xərc, vergiyə cəlb olunan mənfəət 11.321,97 manat, keçmiş illərin çıxılası zərəri 17.566,93 manat mənfəət vergisi 0,0 göstərilmişdir. Vergi orqanı təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilən 75.225,0 manat xərc məbləğinin sənədlərlə təsdiqini t apmadığını əsas götüərək iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 14 fevral 2017-ci il tarixli, **********996800 nömrəli məktub göndərərək, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsini təklif etmişdir. Lakin, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyindən 22 fevral 2017-ci il tarixdə 2016-cı il mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisi barədə həmin tarixli, **********214200 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, bu zaman vergi orqanı 30 aprel 2018-ci il tarixdə, **********299900 saylı qərar qəbu l etmiş, daha sonra sonra iddiaçı tərəfindən 23 oktyabr 2018-ci il tarixdə yenidən dəqiqləşmiş bəyannamə təqdim edildiyindən, həmin qərar ləğv edilərək, 2016-cı il mənfəət vergisi üzrə 11.531,61 manat məbləğində vergi məbləğinin hesablanmasına dair Departamentin 14 noyabr 2018-ci il tarixli, **********930300 saylı “Vergilərin hesablanması haqqında” qərarı qəbul edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq madd i və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya mahkəməsi tərəfindən iddianın qanuni əsasları tam düzgün müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 2016-cı ilin mənfəət vergisinin hesabatı üzrə kameral vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət ötürüldüyündən sonra vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərarın qəbul olunması vergi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddi açı tərəfindən təqdim edilmiş həm ilkin bəyannamə, həm də dəqiqləşdirilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması müəyyən edilmiş müddətlər çərçivəsində aparılmış və qərarlar qəbul edilmişdir. Lakin iddiaçı həmin qərarları mübahisələndirmədən hər dəfə yeni dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Məhkəmə kollegiyası dəlili aşağıdakılara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; - 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsind ə nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; - 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; - 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-cü maddəsinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddələrin mənasına görə kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin və ona əlavə edilmiş s ənədlərin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Bu müddət daxilində vergi orqanına müvafiq sənədlər və yaxud müəyyənləşdirilmiş müddət çərçivəsində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi halda, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul oluna bilər. Həmin qərarla razı olmayan vergi ödəyicisi onu mübahisələndirmək hüququna malikdir. Bu maddələri tətbiq edərkən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 2016-cı ilin mənfəət vergisi bəyannaməsini iddia çı 13 fevral 2017-ci il tarixdə təqdim etmiş, 14 fevral 2017-ci il tarixli məktubla cavabdeh dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsini təklif etmiş, belə sənədlər təqdim edilmədiyindən, 22 fevral 2017-ci il tarixdə 2016-cı il mənfəət vergisi bəyannaməsi üzrə “Vergilərin hesablanması barədə” qərar gəbul edilmişdir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin bu halına görə cavabdeh tərəfindən yuxarıda istinad edilmiş qanunveriliyin tələblərinin pozulması müəyyən edilmir. Yəni, iddiaçının 2016-cı ilin mənfəət vergi bəyannaməsi üzrə müəyyən olunmuş müddət çərçivəsində kameral vergi yoxlaması keçirilməklə qərar qəbul olunmuşdur. Bununla isə belə nəticə əldə olunur ki, 13 fevral 2017-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmışdır. Vergi Məcəlləsinin: - 72.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. (...). Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim ediləbilər; - 72.6-cı maddəsinə əsasən, vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; vergi dövrü əks olunmadıqda; vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda. Qeyd edilmiş maddələrin tələblərinə görə, vergi ödəyicisinin təqdim etdiyi hesabat üzrə (ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi istisna o lmaqla) kameral vergi yoxlaması aparıldıqdan sonra da dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququ nəzərdə tutulmuşdur. Bu hüquq vergi ödəyicisdə səyyar vergi yoxlaması başlandığı günədək saxlanılmışdır. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən ilkin kameral yoxlama keçirilən müddət çərçivəsində cavabdehin məktubuna əsasən deyil, həmin yoxlama keçiriləndən və qərar qəbul ediləndən sonra dəqiqləşdirilmiş bəyannamə təqdim olunmuşdur. Yəni sonradan təqdim edilmiş bəyannamələr Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri çərçivəsində deyil, Vergi Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun olaraq verilmişdir. Bu halda isə iddiaçı tərəfindən sonuncu bəyannamənin 23 oktyabr 2018-ci il tarixdə yenidən təqdim edilməsi həmin bəyannamə üzrə kameral vergi yoxlamasının 30 gün müddətind ə keçirilməsini nəzərdə tutur ki, cavabdeh tərəfindən 14 noyabr 2018-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığı nəticəsi əldə olunur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunveriliyin müddəaları düzgün təfsir edilmədiyindən düzgün olmayan nəticə əldə edilmişdir. Kassasiya şikayətinin digər dəlillərində cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki və hüquqi əsaslar barədə bildirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən mübahisələndirən qərar üzrə işin faktiki halları müəyyən edilmədiyindən və müvafiq olaraq hüquqi əsaslandırma olmadığından, həmin dəlillər üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki hallara dair araşdırma aparmaqla, tələbə qiymət v erməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkə məsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-1(103)-731/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar