Məhkəmə qərarları › İş №2-1(102)-2192/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2192/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2192/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.12.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202N-ci il N9 avqust tarixli, 2-N(N03)N788/202N nömrəli qərarınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 20N9-cu il N6 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, N nömrəli hərbi hissə N-ci il N iyul - N-ci il NN dekabr tarixlərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 20N9-cu il 30 dekabr tarixdə N saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 20N9-cu il N6 dekabr tarixli imtinasını qanunsuz və əsassız hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həqiqi hərbi xidmətə N985-ci il NN may tarixdə çağırılaraq keçmiş sovetlər ordusunda xidmət etmişdir və N987-ci ildə hərbi xidmətdən tərxis olunmuş, N989-cu ildə erməni faşistləri tərəfindən Azərbaycan Respublikası torpaqlarına hücumlar başlayan zaman valideynləri ilə birlikdə yaşadığı Ermənistan Noyemberyan rayonundan qaçqın düşərək Bakı şəhərində yaşamağa başlamışdır. N-ci ildə erməni faşistləri tərəfindən Azərbaycan Respublikası torpaqlarının və ərazi bütövlüyünə müharibəl ərin kəskinləşdiyi dövrdə öz müraciəti əsasında könüllü olaraq Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığı tərəfindən qeydiyyata alınıb döyüşlərə yollanmışdır. Xidmət etdiyi ilk hərbi hissə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 20N9-cu il 3 sentyabr tarixli arxiv arayışından göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin N-ci il N iyul tarixli, 3 nömrəli əmri ilə ona gizir hərbi rütbəsi verilərək dəstə komandiri vəzifəsinə təyin edilmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən o, gizir kimi N nömrəli hərbi hissə komandirinin N993-cü il N8 noyabr tarixli, 83 nömrəli əmri ilə Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. O, kəşfiyyat bölüyünün komandiri kimi döyüşlərdə fəal iştira k etmişdir və bu səbəbdən Müdafiə Nazirliyi tərəfindən kəşfiyyat biliklərini artırmaq üçün N993-cü il 26 yanvar və N993-cü il 3 fevral tarixlərdə Türkiyə Respublikasının “X2” kursunu bitirib “kurs belgesi” alıb yenidən kəşfiyyatçı kimi N nömrəli hərbi hissəyə qayıtmışdır. N993-cü ildən gizir kimi N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun N nömrəli hərbi hissədə xidmət etməyi barədə heç bir məlumat və rəsmi sənədlər yoxdur. Eyni zamanda arxiv arayışından da görünür ki, N nömrəli hərbi hissə komandirinin N993-cü il 0N dekabr və N993-cü il 28 dekabr tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

5. N-N994-cü illər ərzində, döyüşlərin kəskin getdiyi vaxtlarda N və N saylı hərbi hissələrin tərkibində kəşfiyyat bölüyü ndə demək olar ki bütün döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Amma buna baxmayaraq hər birinə məlum olduğu kimi Müdafiə Nazirliyi və onun tabeliyində olan hərbi hissə komandirlərinin özbaşınalığı və səhlənkarlıqları nəticəsində onun hərbi biletində qeydlər aparılmamışdır. Gizir olaraq atəşkəsdən sonra, yəni N994-cü ilin iyul ayında N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. N996-cı il 3N iyul tarixdə Müdafiə Nazirinin 02N2 saylı əmri ilə N saylı hərbi hissəyə tağımın texniki vəzifəsinə təyin olunmuşdur. Lakin valideynlərinin xəstə olması və onların maddi sıxıntılar keçirməməsi üçün N nömrəli hərbi hissəyə göndərilməyinə etiraz etmişdir və onun etirazları komandirləri tərəfindən nəzərə alınmadığından bir daha hərbi hissəyə qayıtmamışdır. N996-cı ildə hərbi hissəni özbaşına buraxdığı üçün Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 2000-ci il N0 oktyabr tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin məhkəmə istintaq zamanı onun döyüşlərdə fəal iştirakçısı olmağı təsdiq edən sənədlər əsasında məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq tətbiq etmişdir və hal hazırda cəzasını çəkərək məhkumluğu da ödənilmişdir.

6. Faktiki olaraq döyüşlərdə iştirakını təsdiq edən sənədlər əsasında ona “Müharibə veteran” adının və müvafiq vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir və sonuncu 20N9-cu il N2 oktyabr tarixli, l/Y-N43N3 nömrəli məktubu ilə müraciətini cavablandıraraq hərbi biletini və di gər müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməsini ondan tələb etmişdir. O da qeyd olunan sənədləri notarial qaydada təsdiq etdirərək, ərizə yazıb sənədləri də ərizəyə əlavə etməklə 20N9-cu il 28 oktyabr tarixdə yenidən Müdafiə Nazirliyinə müraciət etmiş, amma buna baxmayaraq cavabdeh qurum heç bir faktlar göstərmədən 20N9-cu il N6 noyabr tarixdə yenidən imtina verərək xidmət etdiyi N nömrəli hərbi hissənin N-ci il N iyul - N-ci il NN dekabr tarixlərdə Silahlı Qüvvələr Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. Cavabdeh qurum N nömrəli hərbi hissənin N-ci il N iyul N-ci il NN dekabr tarixlərdə Silahlı Qüvvələr Baş Qərarg ah rəisinin hansı nömrəli əmri ilə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığını göstərməmişdir.

7. Yuxarıda qeyd etdiyi kimi hərbi hissəni tərk etdiyi üçün 2000-ci il N0 oktyabr tarixli hökmün əsaslandırıcı hissəsində onun döyüşlərdə fəal iştirakı açıq aydın göstərilmişdir. O, qeyd olunan hökmün surətini də cavabdeh quruma müraciət edərkən əlavə edib və döyüşlərdə fəal iştirakçı olmasını əsaslandırmış, amma buna baxmayaraq cavabdeh heç bir əsas göstərmədən N nömrəli hərbi hissənin N-ci il tarixdə döyüş sıralarına daxil olan hərbi hissə olmamasını əsas gətirərək qanunsuz və əsassız imtina məktubu vermişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Cavabdeh iddia təl əbinin təmin edilməməsi xahiş edilmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 202N-ci il 9 mart tarixli, 2-N(NN2)-469/202N nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 20N9-cu il N6 dekabr tarixli imtinası qanunsuz hesab edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. N0. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan N, N nömrəli hərbi hissələrində xidməti müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Qanunun 3-c ü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. NN. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat N2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202N-ci il N9 avqust tarixli, 2-N(N03)-N788/202N nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 202N-ci il 9 mart tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. N3. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, haz ırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə baxış keçirilməsi üçün təqdim olunmuş döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin Siyahısında həm N saylı, həm də N saylı hərbi hissənin adları təsbit olunmamışdır. N4. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri N5. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr apellyasiya instansiyası məhkəməsi tərəfindən qərəzli formada, eyni zamanda formal mülahizələr əsasında təhrif edilərək maddi və pro sessual hüquq normalarının pozulması ilə baxılmış və təkrar qeyd edim qərəzli formada da birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia ərizəsi rədd edilmişdir. İşə baxan məhkəmə gəldiyi əsas nəticə iş materiallarında tərəfimdən təqdim edilmiş cavabdeh qurumun tabeliyində olan hərbi hissə komandirlərinin arayışlarında və əmrlərində, eyni zamanda iddiaçının barəsində olan cinayət işi materiallarında və məhkəmə hökmündə iddiaçının N və N saylı hərbi hissələrdə döyüşlərdə iştirak etməsinə baxmayaraq, həmin hərbi hissələrin cavabdeh qurumun nümayəndəsi tərəfindən məhkəmə iclas zamanı təqdim edilən, heç bir məsul şəxs tərəfindən imzalanıb möhürlənməyən və məhkəmə iclas zalında hakim tərəfindən sübut kimi qəbul edilən sənədlə tanış olmaq istərkən məhkəmə tərəfindən həmin sənədin məxf i sənəd olması bildirilərək iddiaçıya göstərməməsinə əsasən N-N saylı hərbi hissələri döyüş sıralarına daxil olmayan hərbi hissə kimi təqdim edib qərarı ləğv etməsi işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının qərəzli şəkildə pozulmasına əsas verən faktiki dəlillərdən biridir. N6. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının N996-cı ildə hərbi hissəni tərk etməsi ilə bağlı Hərbi Prokurorluğun və Hərbi Məhkəmənin 2000-ci il N0 oktyabr tarixli hökmünü preyudisial əhəmiyyət kəsb etməməsini və cinayət işi üzrə materialların və məhkəmə hökmündə göstərilənləri tətbiq etməməsi işə baxan məhkəmə tərəfindən maddi hüquq normalarının ciddi şəkildə pozulmasına dəlalət edir. Halbuki, imperativ norma olaraq İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. N7. İşə baxan məhkəmə göstərilənlərlə yanaşı iddiaçının fərarilik etməsi nəticəsində barəsində ittihamedici hökmün olmasını əsas gətirərək qərarın ləğv edilməsini əsas kimi götürmüşdür. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il N8 iyul tarixli, N74 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidməti yerini özbaşına tərk etməyə, fərariliyə, və ya digər hərbi cinayətlərə görə məh kum edilmiş (2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. b. kassasiya şikayətinə etirazın dəlilləri N8. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Kassator kassasiya şikayətini əsaslandırmamış, prosessual və maddi normaların pozul masını sübut edə bilməmişdir. Kassator məhkəmə tərəfindən normaların tətbiq etməməsini göstərsə də, şikayətində bunu sübut edə bilməmişdir. İddiaçı kassasiya şikayətində dəfələrlə N, N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyini sözlərini yazsa da, həmin ifadə heç bir rəsmi sübutla öz təsdiqi tapmamışdır. N, N nömrəli hərbi hissələr Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olduğundan, onların döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təqdim edə bilər və yalnız bundan sonra sübut mötəbər sayıla bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202N-ci il N9 avqust tarixli qərardan da görmək olar ki, cavabdeh N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında aparan hərbi his sə sayılmadığı barədə sübut təqdim etmişdir. “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçunun N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi tələb olunur. İddiaçı isə döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmədiyindən - N, N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən – iddiaçıya “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. c. iş üzrə ərizə və vəsatətlər N9. İddiaçının vəkili 202N-ci il NN noyabr tarixdə məhkəməyə vəsatətlə müraciət edərək hazırkı işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası iddiaçının vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun. 2N. Hazırkı halda, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı iddianın hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.

22. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir.

23. İddiaçı və vəkili şikayətə baxılması ilə bağlı ərizə və mülahizə təqdim edərək kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin olunmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və ş ərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrin in tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Müha fizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, ha zırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və həmin qənaətin əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyekt iv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. 3N. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerin ə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.

32. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. Belə ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 20N9-cu il 3 sentyabr tarixli arxiv arayışına və birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin məhkəməyə ünvanladığı 2020-ci il 28 iyul tarixli məktubundan görünür ki, iddiaçının N və 476-cı hərbi hissələrin şəxsi heyətinə N-ci və N993-cü illərdə daxil olduğu müəyyən edilsə də, hərbi hissə komandirin in nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir.

33. Digər tərəfdən, cavabdehin apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında təqdim etdiyi Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş döyüşlərdə iştirak edən hərbi hissələrin Siyahısına baxış keçirilmiş, sözügedən N və N saylı hərbi hissələrin həmin Siyahıda mövcud olmadığı müəyyən edilmişdir.

34. İddiaçının Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin N- 56-00 №-li, 2000-ci il N0 oktyabr tarixli hökmünə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin hökmdə “uzun müddət döyüşən orduda fəal iştirakı” ifadələri qeyd olunsa da, ifadələrin məzmunundan da göründüyü kimi, burada, ümumilikdə “Ordu” nəzərdə tutulmaqla iddiaçının xidmət keçdiy i hərbi hissələrin bilavasitə döyüşlərdə iştirakı təsbit olunmur, iddiaçının orduda fəal iştirakının məhz nədə ifadə olunduğu isə aşkar olaraq göstərilmir. Belə olan halda, iddiaçının istinad etdiyi məhkəmə hökmündəki müddəa N və N saylı hərbi hissələrin Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş “döyüşlərdə iştirak edən hərbi hissələrin Siyahısı”nda mövcud olmadığına dair dəlilin mötəbərliyinə təsir etmir.

35. Cavabdeh də şikayətə qarşı etirazında haqlı olaraq qeyd edir ki, N və N nömrəli hərbi hissələr Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olduğundan, onların döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə mötəbər məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təqdim edə bilər. N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında aparan hərbi hissələr s ayılmadığı barədə sübut cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilmişdir.

36. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202N-ci il N9 avqust ta rixli, 2-N(N03)-N788/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar