Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2193/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs Oğuz bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(107)-264/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu arasında bağlanmış xx.xx.1988-ci il tarixli müqavilənaməyə əsasən iddiaçıya tərəvəz məhsulları yetişdirmək və çoxillik əkmələr salmaq məqsədilə, evinin həyətyanı torpaq sahəsinə bitiş ik olan 0,06 ha torpaq sahəsi icarə podrat qaydası ilə verilmişdir.
2. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı mülkyyətinə 0,06 ha torpaq sahəsi verilmş, həmn torpaq sahəsi üzərində hüquqları JN-1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir.
3. İddiaçı adına verilmiş 2349 inventar nömrəli, iyul 2003-cü il tarixli fərdi yaşayış evinin texniki pasportunda sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir.
4. İddiaçı mülkiyyətində olan Oğuz şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli əmlakın bağışlanması müqaviləsinə əsasən nəvəsi X4 bağışlamışdır.
5. Həmçinin Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X6, X1, X5 və X4 0,06 ha torpaq sahəsi verilmiş və bu barədə JN-1065A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunmuşdur. Onlar da mülkiyyətində olan 0,06 ha olan torpaq sahəsin xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 bağışlamışdır.
6. Bundan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı, fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir.
7. İddiaçı Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu ilə bağlanmış xx.xx.1988-ci il tarixli müqavilənaməyə əsasən icarəsinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir.
8. Cavabdeh iddiaçının xahişini təm in etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli, **********95 nömrəli məktubla iddiaçlya cavab verərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyası Oğuz şəhərində yerləşən kolxoz təsərrüfatında torpaq sahəsi almaq hüququ olan və təmənnasız olaraq mülkiyyətlərinə qanuni həyətyanı torpaq sahəsi veriləcək subyektlərin siyahısını və həmin ailələrin istifadəsində olan qanuni həyətyanı və zəbt torpaqlarının miqdarını müəyyənləşdirməklə subyektlər siyahısını 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq etmişdir. Qeyd olunan siyahıya müvafiq olaraq, iddiaçının istifadəsində qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə JN-1064A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmiş və iddiaçıya təqdim edilmişdir. İddiaçı notarial qaydada təsdiqlən miş, 4Ə-471 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini nəvəsi X4 bağışlamaqla özgəninkiləşdirmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında 0,06 ha qanuni həyətyanı torpaq sahəsindən başqa zəbt torpağı qeydiyyata alınmadığından iddiaçının ikinci həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə iddiası qanunamüvafiq hesab edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 mart 1988-ci il tarixli müqavilənamə əsasında ona məxsus evin həyətyanı torpaq sahəsinə bitişik olan 0,06 ha torpaq sahəsi Oğuz (keçmiş Vartaşen) rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən ona icarəyə verilmişdir. Müqavilənamə 5 nömrəli tütünçülük sovxozunun direktoru, iddiaçı və həmkarlar komitəsinin sədri tərəfindən imzalanmış, sovxozun və sovxozun həmkarlar komitəsinin möhürü ilə təsdiqlənmişdir. Bu torpaq sahəsi 1988-ci ildən hal-hazıradək onun istifadəsindədir. Həmin torpaq sahəsi isla hat zamanı da onun adına yazılmışdır. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin torpaq sahəsinə mülkiyyət sənədi ala bilməmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
13. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubuna əlavə olunmuş Oğuz şəhərində aqrar islahat aparılan zaman həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısından çıxarışa əsasən, iddiaçının adının qarşısında qeyd olunmuş torpaq sahəsinin ölçüsü 0,06 ha göstərilmişdir.
14. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin koordinatları xx.xx.2018-ci il tar ixli 4051/2349 inventar nömrəli texniki pasportda qeyd edilmiş zəbt torpaq sahəsinin hüdudları daxilindədir. Həmçinin iddia olunan torpaq sahəsinin koordinatları JN1065A və JN1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş 0,06 ha torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Faktiki naturada ölçülmüş 0,06 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri Ərazi Vahidinin sərhədləri daxilində yerləşir, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,06 ha torpaq sahəsi iddiaçının istifadəsindədir.
15. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia tələbi rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qe yd etmişdir ki, istinad olunan müqavilənamənin məzmunundan göründüyü kimi həmin 0,06 ha torpaq sahəsi iddiaçıya icarə podrat qaydası ilə tərəvəz məhsulları yetişdirmək və çoxillik əkmələr salmaq məqsədilə verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması nəzərə alınaraq JN-1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq payı ayrılmış subyektlər siyahısında da iddiaçının adının qarşısında 0,06 ha qeydi icra edilmişdir. 2349 inventar nömrəli iyul 2003-cü il tarixli fərdi yaşayış evinin texniki pasportunda da, iddiaçının sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir. Belə olan halda iddiaçının zəbt etdiyi torpaq sahəsinə, yuxarıda məzmunu qeyd ed ilmiş müqavilənaməyə istinad etməklə yenidən mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsaslı sayıla bilməz. Yəni, iddiaçının qanuni icarəyə götürdüyü torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məsələsi Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə öz həllini tapmış və müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmişdir.
17. Digər tərəfdən nəzərə alınmalıdır ki, Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş müqavilənamə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin si yahısı”nda, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin siyahısında hüququn dövlət qeydiyyatı üçün əsas ola biləcək sənədlərin siyahısında öz əksini tapmamışdır.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-264/2023 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(116)-40/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Ap ellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun adına 0,06 ha həyətyanı torpaq sahəsi olmuş, həmin torpaq sahəsində 1988-ci ildə ev inşa olunmuşdur. Qeyd edilən torpaq sahəsinə 2006-cı ildə JN-1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Torpaq icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsinə isə sənəd hazırlanmamışdır. Məhkəmə tərəfindən “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələri düzgün tətbiq və şərh edilməmişdi r. Belə ki, məhkəmə JN-1064A və JN1065A saylı şəhadətnamələrə əsaslanaraq Oğuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçı və oğlu X6 hər birinə 0,06 ha torpaq sahəsinin ayrıldığını qeyd edir. Əslində isə həmin torpaq sahələri 1988-ci ildən də əvvəl onların qanuni istifadələrində olmuşdur. Həmin torpaq sahələri Oğuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmişdir. Eyni zamanda məhkəmə mübahisələndirilən 0,06 ha icarə torpaq sahəsinin JN-1064A və JN-1065A saylı şəhadətnamələrdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmədiyi barədə mütəxəssis rəyini də nəzərə almamışdır.
23. Bundan başqa, məhkəmə iddiaçıya onun əldə edə bilmədiyi sübutların alınmasında yardım etməmişdir. Həm birinci instansiya məhkəməsində, həm də apel lyasiya instansiyası məhkəməsində dəfələrlə iddiaçının adına olan qaytanlanmış torpaq kitabında olan qeyd və 1988-ci ildə inşa edilmiş evin köhnə texniki pasportunun alınması barədə vəsatətlər vermişdir. Lakin məhkəmə ətraflı araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməyərək qeydiyyata alınması tələb edilən 0,06 ha torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını kifayət qədər ətraflı araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hü ququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair v erilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdi q edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəll əsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti or qanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyy atı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılma dıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenid ən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məh kəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti dir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə d ə kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
34. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 0,06 ha, onun oğluna və ailə üzvlərinə də 0,06 ha torpaq sahəsi ayrılmışdır. 05-xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən iddiaçının oğlu (və ailə üzvləri) və iddiaçı onlara məxsus hər biri 0,06 ha olan iki torpaq sahəsini iddiaçının nəvəsi X4 bağışlamışlar. Bundan sonra, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının, fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha tor paq sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, **********01-10301 inventar nömrəli texniki pasporta əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,335750 ha, sənəd üzrə ölçüsü 0,12 ha qeyd edilmişdir.
35. Göründüyü kimi iddiaçının və ailə üzvlərinin istifadəsində Aqrar İslahat Komissiyasının qərarı ilə onlara ayrılmış 0.12 ha torpaq sahəsinin olmasına baxmayaraq torpaq sahəsinin faktiki ölçüsü 0,335750 ha-dır. Yəni mülkiyyət hüququnu təsdiq edən sənədlərdə göstərilməyən digər sahə zəbt torpaq sahəsidir.
36. İddiaçı hal-hazırda xx.xx.1988-ci il tarixli müqavilənaməyə əsasən ona evin həyətyanı torpaq sahəsinə bitişik olan 0,06 ha torpaq sahəsin in Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən icarə podrat qaydası ilə tərəvəz məhsulları yetişdirmək və çoxillik əkmələr salmaq məqsədilə verildiyini iddia edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir.
37. İddiaçının kassasiya şikayətinin başlıca dəlillərindən biri aşağı instansiya məhkəmələrinin torpaq sahəsi ilə bağlı mütəxəssis rəyini nəzərə almamalarıdır.
38. Belə ki, iddiaçının istinad etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin koordinatları xx.xx.2018-ci il tarixli 4051/2349 inventar nömrəli texniki pasportda qeyd edilmiş zəbt torpaq sahəsinin hüdudları daxilindədir. Həmçinin iddia olunan torpaq sahəsinin koordinatları JN1065A və JN1064A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə gös tərilmiş 0,06 ha torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Faktiki naturada ölçülmüş 0,06 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri ərazi vahidinin sərhədləri daxilində yerləşməklə, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,06 ha torpaq sahəsi iddiaçının istifadəsindədir.
39. İddiaçının qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının və ailə üzvlərinin istifadəsində (mülkiyyətində) 0,12 ha torpaq sahəsi olmasına baxmayaraq, əlavə olaraq 0,215750 ha zəbt torpaq sahəsi də mövcuddur ki, iddiaçı həmin zəbt sahəyə aid istənilən 0,06 ha ölçüdə torpaq sahəsini göstərməklə onun xx.xx.1988-ci il tarixli müqavilənamənin predmetinə aid olduğunu iddia edə bilər.
40. Lakin n əzərə almaq lazımdır ki, həmin müqavilənamədə torpaq sahəsinin dəqiq yeri və koordinatları göstərilməmişdir.
41. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyası Oğuz şəhərində yerləşən kolxoz təsərrüfatında torpaq sahəsi almaq hüququ olan və təmənnasız olaraq mülkiyyətlərinə qanuni həyətyanı torpaq sahəsi veriləcək subyektlərin siyahısını və həmin ailələrin istifadəsində olan qanuni həyətyanı və zəbt torpaqlarının miqdarını müəyyənləşdirməklə subyektlər siyahısını 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq etmiş və qeyd olunan siyahıya müvafiq olaraq, iddiaçının istifadəsində qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə JN-1064A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmi ş və iddiaçıya təqdim edilmişdir. Torpaq payı ayrılmış subyektlər siyahısında da iddiaçının adının qarşısında 0,06 ha qeydi icra edilmişdir. 2349 inventar nömrəli iyul 2003-cü il tarixli fərdi yaşayış evinin texniki pasportunda da, iddiaçının sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir.
42. Digər tərəfdən, iddiaçının istinad etdiyi Oğuz rayon 5 nömrəli tütünçülük sovxozu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş müqavilənamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən öncə tərtib edilmişdir. Buna baxmayaraq, həmin müqavilənamə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m inənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin siyahısında hüququn dövlət qeydiyyatı üçün əsas olan biləcək sənədlərin siyahısında öz əksini tapmamışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(107)-264/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.