Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2193/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə apellyasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi, X1) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üz rə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2132/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 785/1 saylı sərəncamı ilə onun mülkiyyətinə ayrılaraq adına rəsmiləşdirilmiş 2 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzib ati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 554/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
4. İddiaçı, həmçinin xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Ərizəsində qeyd etmişdir ki, üzrlü səbəbə görə məhkəmə qərarını gec almışdır. Ona görə də şikayəti gec vermişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2132/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin qəbulundan imtina edilmiş və iddiaçıya geri qaytarılmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(112)-554/2023 nömrəli qərarının surəti iddiaçıya poçt vasitəsilə məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır.(ştrix kod SX009390590AZ)
7. Belə olan halda, qərarın xx.xx.2024-cü il tarixidə təqdim etmə anından, İPM-in 85.1-ci maddəsinə əsasən müəyyən edilən 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2024-cü il tarixinə düşür.
8. Həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən iddiaçı şikayəti növbəti iş günü, yəni xx.xx.2024-cü il tarixdə verməli olduğu halda, onun işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apelly asiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, bununla da İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük şikayət vermə müddəti 14 gün ötürülmüşdür.
9. Hazırkı məhkəmə iclasında iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddəti üzrlü səbəblərdən ötürdüyünü əsaslandırmamış, onun təqsiri olmadan müddətin buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpası ərizəsinin təmin edilməsini və apellyasiyanın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasına barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən işə baxılarkən, iş üzrə bütün faktiki hallar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamış, qərarın iddiaçıya şəxsən çatıb-çatmaması müəyyən edilməmiş, nəticədə iddiaçının inzibati prosessual hüquqları kobud şəkildə pozulmuşdur.
12. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-554/2023 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının özünə deyil, iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvana göndərilmişdir. Məsələ burasındadır ki, iddiaçı uzun illərdir ki, qeydiyyatda olduğu ünvanda deyil, faktiki olaraq digər ünvanda yaşayır və bu barədə dəfələrlə məhkəmə iclasında bildirmişdir. Belə ki, “AQ MTK” tərəfindən verilmiş Arayışla tə sdiq edilir ki, iddiaçı ünvan 2 ünvanında uzun müddətdir ki, qeydiyyatsız yaşayır. Odur ki, iddiaçı qərarın ünvana göndərilməsindən vaxtında xəbərdar olmamışdır.
13. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı iddiaçıya şəxsən və ya digər üsullarla təqdim edilməli idi. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən sözügedən qərar iddiaçıya şəxsən və ya digər üsullarla təqdim edilməmiş, onunla əlaqə saxlanılmamış, qərarı yalnız iddiaçının qeydiyyatda olduğu ünvana göndərməklə kifayətlənmişlər.
14. Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 20-ci maddəsinin tələbinin kobud şəkildə pozulması səbəbindən iddiaçının şikayət vermə müddətini ötürməsi nəzərə alınmamış, əksinə əsassız q ərardadla ərizə təmin edilməmişdir. Onu da nəzərinizə çatdırırıq ki, iş materiallarında sözügedən qərarın iddiaçı tərəfindən əldə edilməsinə dair heç bir sübut yoxdur.
15. İddiaçı sözügedən ünvanda yaşamağıdına görə, həmin qərarı əldə etməmiş, poçt qəbzinə imza etməmişdir. Yalnız sonradan əldə etdiyi şifahi məlumatdan sonra qərardan şikayətlə məhkəməyə müraciət etmiş və özündən asılı olmayan səbəbdən, təqsiri olmadan müddəti ötürmüşdür. Həmin ərəfələrdə iddiaçının valideyni rəhmətə getdiyinə görə, üzrlü səbəbdən məhkəmə qərarının göndərilib-göndərilməməsi barədə maraqlana bilməmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçıya qərar şəxsən təqdim edilsəydi, iddiaçı şikayət vermə müddətini ötürməzdi.
16. Görünür ki, şikayət vermə müddəti iddiaçının təqsiri olmadan ötürülmüşdür. Odur ki, AR İPM-ni n 24-cü maddəsinin tələbinə əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən müddət bərpa edilməli idi. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti vermə müddətini təqsirsiz olaraq ötürməsi səbəblərini izah etsə də, məhkəmə hərtərəfli araşdırma aparmadan, iddiaçının gətirdiyi səbəb və əsasları tədqiq etmədən şikayət müddətini bərpa etməkdən imtina etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya onun hüquq və vəzifələri, onların müdafiəsi qaydası, şikayət verilmə müddəti və qaydası və s. izah edilməmiş, inzibati prosessual hüquqlar barədə məlumat, bildiriş iddiaçıya göndərilməmişdir. Belə ki, iddiaçı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində ilk dəfə olmaqla, nümayəndə və ya vəkilin iştirakı olmadan özü iştirak etmişdir. İddiaçı öz prosessual hüquq və vəzifələri barədə ətraflı məlumatlı olmamış, məhkəmə tərəfindən isə şikayət vermə müddəti və qaydası iddiaçıya izah edilməmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin qərarı da iddiaçıya şəxsən təqdim edilmədiyindən, prosessual hüquq və vəzifələr barədə bildiriş də iddiaçıya təqdim edilməmişdir. Odur ki, ümumiyyətlə iddiaçı müddətin bərpası ərizəsini verməli olması barədə məlumatlı olmamışdır. Yalnız apellyasiya instansiyası məhkəməsinin iclası zamanı iddiaçıya bu barədə məlumat verilmiş, iddiaçıya müddətin bərpası ərizəsi yazdırılmış, lakin müvafiq sübutlar tələb edilməmiş, sübutlar əlavə etməli olması izah edilməmişdir. Nəticədə məhkəmə sözügedən ərizəni təmin etməkdən imtina etmişdir. Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsi bu faktları, əsas və sübutlar ı nəzərə almadan əsassız qərardad qəbul etdiyinə görə AR MPM-nin 14-cü, 375-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
24. İddiaçı bəyan edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(112)-554/2023 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının özünə deyil, iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvana göndərilmişdir. Məsələ burasındadır ki, iddiaçı uzun illərdir ki, qeydiyyatda olduğ u ünvanda deyil, faktiki olaraq digər ünvanda yaşayır və bu barədə dəfələrlə məhkəmə iclasında bildirmişdir. Odur ki, iddiaçı qərarın ünvana göndərilməsindən vaxtında xəbərdar olmamışdır.
25. Məhkəmə kollegiyası şikayətin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işin materiallarında iddiaçının ünvanını dəyişməsinə, məhkəmə sənədlərinin digər ünvana göndərilməsinə dair məhkəməyə yazılı müraciət etdiyinə, yaxud məhkəmə iclasında bunu bəyan etdiyinə dair işdə heç bir məlumat yoxdur. Əksinə, iddianın verildiyi vaxtdan bütün yazışmalar iddiaçının iddia ərizəsində göstərdiyi ünvan üzrə aparılmış və işin bu halı mübahisə doğurmamış, sonadək dəyişməz qalmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq məhkəmə qərarını iddia ərizəsind ə göstərilən və iddianın verildiyi vaxtdan iddiaçı ilə bütün yazışmaların aparıldığı ünvana göndərmiş, qərar həmin ünvanda xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Qərarda ona qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatlar göstərilmişdir.
26. Məhkəmə aktının təqdim edildiyi tarixdən iddiaçının sərəncamında 30 gün sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
27. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasə n, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-2132/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.