Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2194/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2194/19 Bakı şəhəri 31 iyul 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsi ni müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cı il tarixli, 2-1(103)-969/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 28 sentyabr 1978-ci il tarixdən 23 noyabr 1988-ci il tarixədək Ermənistan SSR X1 Tikinti İdarəsində yeraltı işlərdə fəhlə vəzifəsində və 05 dekabr 1988-ci il tarixdən 01 sentyabr 1998-ci il tarixədək 142 saylı Təmir Tikinti İdarəsində fəhlə işlədiyi dövr üzrə Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək h aqqına uyğun olaraq tikinti sənaye üzrə işçilərin orta aylıq əmək haqqısının 385,8 manat olması nəzərə alınmaqla pensiyanın 20 sentyabr 2008-ci il tarixdən hesablanması və pensiya məbləğinin 20 sentyabr 2008-ci il tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, 28 sentyabr 1978-ci il tarixdən 23 noyabr 1988-ci il tarixədək Ermənistan SSR X1 Tikinti İdarəsində yeraltı işlərdə fəhlə vəzifəsində və 05 dekabr 1988-ci il tarixdən 01 sentyabr 1998-ci illərdə 142 saylı Təmir Tikinti İdarəsində fəhlə işləmişdir. Güzəştli şərtlərlə pensiya əldə etmək üçün cavabdehə m üraciət etmiş, lakin sonuncu tələbi təmin etməkdən imtina etmişdir. Hesab edir ki, 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 10.2, 27-ci maddələrinə edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilməməlidir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının ərizəsində göstərdiyi illər haqqında olan məlumat əmək pensiyaları haqqında qanunvericiliyi ilə pensiyanın hesablanması üçün əsas kimi qəbul edilə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2-1(82)3148/2017 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiya “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablandığından onun əmək pensiyası əmək haqqının tam məbləği əsas götürülməklə 01 yanvar 2008-ci il tarixdən yenidən hesablanmalıdır. Həmçinin, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etdiyi üçün, ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2590/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə sayılmamışdır. və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti mümkün Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmşdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(102)-486/2019 saylı qərarı ilə (sədrlik edən hakim Rahib Nəbizadə, hakimlər Azər Hüseynov və Xəqani Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin q ərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-2969/19 saylı qərardadı ilə (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3148/2017 saylı iş üzrə yalnız 29 iyun 2017-ci il tarixli qərar qəbul etdiyindən, həmin iş üzrə 01 avqust 2017-ci il tarixli qərar ümumiyyətlə mövcud olmadığından, cavabdehin 08 avqust 2017-ci il tarixli 18/04-4309 saylı məktubunda da 2-1(82)-3148/17 saylı işə istinad olunduğundan, məktubda qeyd olunan 01 avqust 2017-ci il tarixli texniki səhvdir və 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 01 avqust 2017-ci il tarixli məktubunu tarixi ilə üst-üstə düdüyündən, ona istinad olunması fikrini formalaşdırır. Buna görə də qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 24.4, 85.1, 87.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötüülməsi üzrlüdür və buna görə də müddət bərpa edilməlidir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən hesab lanmaqla, ən geci 06 sentyabr 2017-ci il tarixdə, iş günün də başa çatmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti 17 sentyabr 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına da ir ərizəyə baxılması məsələsi təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət 1 il ötürülməklə apellyasya şikayəti verilmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; -- 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından apellyasiya şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.4-ci maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıal ınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Habelə, qanunun imperativ şəkildə müəyyən etdiyi qaydaya görə, müəyyən istisna hallar olmadığı təqdirdə 1 il keçdikdən sonra müddətin bərpası barədə verilə bilməz. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlil buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz, çünki üzürlü səbəbin nədən ibarət olması kassasiya şikayətində əsaslandırılmamışdır. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və zifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qü vvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cı il tarixli, 2-1(103)-969/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2194/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2194/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver