Məhkəmə qərarları › İş №2-1(102)-2194/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2194/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2194/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2024-cü il tarixli 2-1(103)-2048/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş məlumatlarına əsasən, o, xx.xx.2000-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, xx.x x.2013-cü ildə Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri, xx.xx.2017-ci ildə Ağdaş rayon məhkəməsinə hakim və sədri təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2199/2023 nömrəli arayışına əsasən rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-cu il tarixdən 2485,00 manat təşkil etmişdir. Eyni zamanda, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinin səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019- cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Bildirilmişdir ki, İddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-8/2-198/2023 nömrəli arayışdan görünür ki, Ağdaş Rayon Məhkəməsində sədr vəzifəsində işləmiş İddiaçı son 2 illik əmək haqqı barədə 2021-2023-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində aldığı əmək haqqının məbləği vəzifə maaşı, qulluq stajına görə əlavə, əmək haqqına əlavə, təmsilçiliyə görə əlavə, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, xəs təlik vərəqəsi üzrə əlavə, kompensasiya da daxil olmaqla cəmi 160.764,00 manat (yüz altmış min yeddi yüz altmış dörd manat) təşkil etmişdir. İddiaçı sədr vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3 faizi miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməs i üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırkı pensiyası arasında olan fərqin birdəfə lik ödəniş şəklində ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyasının 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olm amaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İddiaçı təyin edilmiş əmək pensiyası mövcud qanunvericiliyin tələblərinə əsasən hesablanmışdır. Bu səbəbdən də, iddiaçının “Əmək pensiyaları haqqında” Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən ona təyin edilmiş əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2023-ci il tarixdə çatmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, İddiaçı Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qanunsuz hesab edilməlidir. Bu səbəbdən də, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək müvafiq hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə çatmadığına görə (Qanunun 20.1. 4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən), həmçinin iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il tarixdə yenidən hesablandığından iddiaçının tələbi əsassız və qanunaziddir.

7. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(112)-10714/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması, yəni məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildə yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Həmin qərardan cavabdeh tərəfin dən verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 26 aprel 2024-cü il tarixli, 2-1(103)2048/2024 nömrəli qərarla (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, S.Səlimova və K.Əkbərov) cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarını dəyişdirilmədən saxlamışdır.

9. Məhkəmələr iddianı qismən təmin edərkən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla hesab etmişlər ki, xx.xx.201 7-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.7.3cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qeyd edilən müddəa xx.xx.2017-ci il tarixdən sonrakı dəyişdirilmiş və nəticədə 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ƏPQ-nin 20.7.2-ci maddəsinin məhz xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq edərək iddiaçı üçün 72,25% pensiya faizi müəyyən etmişdir (22 il 05 ay 08 gün staja uyğun olaraq orta aylıq əmək haqqının (8543,22 manat) 72,25 faizi 6172,48 manat məbləğində müəyyən edilərək 6172,48 manat pensiya hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, Qanunun 20.7.3-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiy ası iddiaçının hüquqi vəziyyəti üçün daha üstün təminat nəzərdə tutmuşdur. Həmin redaksiyaya əsasən iddiaçının pensiya faizi 10 il hakimlik stajı üçün 55%+10 ildən yuxarı 12 il hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 60% (12 il x 5%) edir ki, bu halda iddiaçı üçün qanunla yol verilən maksimal pensiya faizi 80 % təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının pensiya faizi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 80 % məbləğində hesablanmalıdır. İddia tələbinin yenidən hesablanmış əmək pensiyası ilə hazırkı pensiya məbləği arasında olan fərqin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı isə pensiya fərqinin birdəfəlik ödənilməsi hüququ qanunda nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

10. Cavabdeh kass asiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsasl andırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qə dər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-48/2022 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1881/2022 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)1728/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1927/2023 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-1087/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-1279/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-820/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hakimlərin pensiya təminatına münasibətdə onların barəsində hakim vəz ifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Belə ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiyahüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli h əyata keçirilməsi üçün hətta xüsusi statusa malik digər şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir.

15. Hazırkı işin faktiki hallarına görə, iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 05 ay 09 gün olmaqla xx.xx.2023-cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə xx.xx.2023-cü il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin pensiyanın hesablama qaydası ilə razılaşmır və ona hakim kimi işlədiyi son 24 ayın, yəni xx.xx.2021-xx.xx.2023-c ü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdehin mövqeyinə görə isə “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən iddiaçının pensiya hüququ yaranmadığından, ona keçmiş qanunvericiliyin müddəaları nəzərə alınmaqla pensiyasının yenidən hesablanması mümkün deyildir.

16. İddiaçı xx.xx.2000-xx.xx.2023-cü il tarixlərdə birinci instansiya məhkəməsinin hakimi və sədri işləmişdir. Onun işlədiyi həmin dövrlərdə zaman içərisində həm «Məhkəmələr və hakimlər haqqında» Qanuna, həm də “Əmək pensiyaları haqqında” Qanuna hakimlərə münasibətdə pensiyanın təyin olunması və hesablanması qaydası ilə bağlı bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. Sözügedən əlavə və dəyişikliklər həm də hakimlərin pensiyalarının əmək haqqının hansı faizi həddində, eləcə də hansı aylar əsas götürülməklə hesablanmalı olduğu məsələsini də əhatə etmişdir. Beləliklə, qiymət verilməli olan məsələ hakimlərin pensiya təminatına münasibətdə onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş müxtəlif sosial müdafiə təminatlarını əks etdirən qanunvericilik müddəalarından hansılarının tətbiqi ilə bağlıdır.

17. Kollegiya qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh e dilməsinə dair” 18 iyul 2008-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara görə: “1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respub likası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır”.

18. Kollegiya xüsusilə qeyd edir ki, Konstitusiya Məhkəməsi sözügedən qərarında həm də ümumi olaraq hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş qanunvericilik normalarının onların pensiya təmin atlarına təsiri məsələsinə münasibət bildirilmişdir. Qərarın 1-ci bəndi məhz həmin məsələnin həllinə yönəlmişdir. Buna görə, pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.

19. Konstitusiya Məhkəməsinin qərarından belə nəticə hasil olur ki, şəxs hakim kimi pensiya təminatı hüququnun reallaşdırılması zamanı fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını müəyyə nləşdirən qanunvericilik normalarının nəzərə alınmasını tələb etmək hüququna malikdir. Belə üstün sosial təminatlar nəzərdə tutan normalar pensiya təyin olunarkən qüvvədə olan normalar ola biləcəyi kimi, həmin vaxt qüvvədə olmayan, lakin şəxsin hakim kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş normalar da ola bilər. Həlledici olan şərt, Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, həmin normanın hakimin fəaliyyət dövründə qüvvədə olması və daha üstün sosial təminatı nəzərdə tutmasıdır. Bu zaman, xüsusilə nəzərə alınmaldır ki, MPM-in 13.7-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmələr üçün məcburidir.

20. İddiaçı tələbində pensiyanın əmək haq qının (vəzifə maaşının) 80 faizi məbləğində hesablanmasını xahiş etmiş, cavabdeh isə faktiki qulluq illərinə görə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə pensiya məbləğini müəyyən etmişdir. Bundan başqa, iddiaçı qanunvericiliyin ona verdiyi seçim hüququndan istifadə edərək istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən deyil, son 24 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya hesablanmasını xahiş etmişdir.

21. İddiaçının hakim işlədiyi dövrdə qulluq illərindən asılı olmayaraq həm axırıncı iş yerində aldığı əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya ödənilməsini nəzərdə tutulan norma, həm də əmək pensiyasına əlavələrin hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən hesablanmasını müəyyən edilən norma mövcud olmuşdur.

22. İddiaçının pensiya məbləğinin əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində və son 24 ay ərzindəki orta aylıq məbləğindən hesablanması ilə bağlı müraciəti Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş qanunvericiliyin normalarının tətbiqinə dair rəsmi şərhin qüvvədə olduğu dövrə təsadüf etmişdir. Odur ki, iddiaçıya münasibətdə hakim vəzifəsində işlədiyi dövrdə daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirən qanunvericilik normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur.

23. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən h akimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin maddi və sosial təminatları Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə (BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”, “Hakimlərin Statusuna dair Avropa Xartiyası”) təsbit olunmuş məhkəmə hakimiyyətinin və hakimləri müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.

24. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir.

25. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, həmin təcrübə məhz hakimlərin pensiya təminatı ilə bağlı qanunvericiliyin zaman içərisində dəyi şən normalarının tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş məcburi qüvvəyə malik qanunvericiliyin rəsmi şərhinə əsaslanmaqla formalaşdırılmışdır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirak etdiyi çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblər ə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

27. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 26 aprel 2024-cü il tarixli 21(103)-2048/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar