Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2195/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-2195/2019) Bakı şəhəri 23 iyul 2019-cu il GİRİŞ HİSSƏ 25.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlu, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzəri ndə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)40/2017 saylı iş üzrə 24 avqust 2017-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-338/2016 saylı, 30 iyun 2016-ci il tarixli qərarı (hakim - X.X.İmanov) ilə İddiaçı1 ona Bakı şəhəri, Xaşa-Xuna bağ massivində 0,2 ha bağ sahəsinin qanuni istifadəsində olan 400 kv.m (0,4ha) ölçüsünə əlavə edilməsi, qanuni istifadəsində olan bağ sahəsinin ölçüsünün 0,6 ha ölçüyə uyğunl aşdırmaqla texniki pasportda qeydə alınması, cəmi 0,6 ha bağ sahəsinin daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində adına qeydə alınmaqla, müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-40/2017 saylı, 24 avqust 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – S.Q.Hüseynov və Ü.A.Mayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-338/2016 saylı, 30 iyun 2016-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)40/2017 saylı, 24 avqust 2017-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sözügedən kassasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq şikayət vermə müddəti ötürülməklə verildiyindən iş məhkəmə tərəfindən dinlənilmə hüququnun təmin edliməsi üçün kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin dövlət hesabına vəkil təyin edildikdən sonra tərtib edildiyini nəzərə almaqla şikayətin mümkün sayılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirak ı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə görə k assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apel lyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası m əhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddət buraxılmaqla verilmişdir. Belə ki, işdəki poçt xəbərnaməsinə (i.v.243) görə məhkəmə qərarını iddiaçı 28 sentyabr 2017-ci ildə almış, bundan sonra kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməyə dair ərizəni 25 fevral 2019-cu il tarixdə (i.v.248), kassasiya şikayətini isə 13 may 2019-cu il tarixdə vermiş (i.v.266), beləliklə də, bir aylıq kassasiya şikayəti vermə müddətini buraxmışdır. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular gö stərilməklə cavabdehə ünvanlanmış 13 iyun 2019-cu il tarixli, 21(102)-2195/19 saylı bildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması iddiaçıya təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin iddiaçı sərəncamında olan kifayət qədər vaxt ərzində kassasiya şikayətindəki qüsurların aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmişdir (müddətin bərpasına dair ərizə verməmiş və ya şikayətin vaxtında verildiyinə dair sübut təqdim etməmişdir). Bundan başqa, iddiaçının məhkəmə iclasında iştirak edən vəkili də sözügedən qüsurların aradan qaldırılması ilə bağlı hər hansı prosessual hərəkət etməmişdir. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələb lərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı tərəfindən İPM-in 24.4-cü maddəsində təsbit edilmiş bir illik müddət də ötürülmüşdür. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməli, eləcə də, bununla apellyasiya məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi tərəflərə izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-40/2017 saylı, 24 avqust 2017-ci il tarixli qərarından İddiaçı1t ərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2195/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2195/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver