Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2195/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi ödəyicisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair inziba ti iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(103)-2202/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “yardımçı-texniki xidmətlərin göstərilməsi fəaliyyəti” olduğu müəyyən edilmişdir. 2. 4 ədəd katok (ekskavotor üçün) 2000 (4 x 5000) manat və 1 dəst sep (ekskovator üçün) 10000 manat olmaqla, cəmi 12000 manat məbləğində mal alınmasına dair iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 05 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
3. Həmin müqaviləyə əsasən, alınacaq 12000 manat dəyərində mallara dair "xxxx " MMC tərəfindən xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 602582 nömrəli elektron qaimə təqdim olunmuş, həmin qaiməyə əsasən xx.xx.2021-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
4. Həmin müqaviləyə əsasən, alınacaq 12000 manat dəyərində mallar xx.xx.2021ci il tarixli malların təhvil-təslim aktı ilə iddiaçıya təhvil verilmiş, xx.xx.2021-ci il tarixli akta əsasən, bu mallar iddiaçının mülkiyyətində olan “LİEBHERR – 912 LC” markalı, AZ 10 N003 qeydiyyat nişanlı tırtıllı ekskavatora quraşdırılmışdır.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarı ilə iddiaçıya 2021-ci ilin mənfəət vergi sinə görə təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 2353,91 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqının 4753,91 manat olduğu nəzərə alınmaqla, 2400 manat əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergi hesablanmasına əsas kimi iddiaçı tərəfindən "xxxx" MMC ilə aparılmış 12000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi göstərilmişdir.
6. İddiaçının həmin qərardan verdiyi inzibati şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********208200 nömrəli qərarı ilə təmin edilməmiş, cavabdehin “Verg ilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********731500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçının ba lansında olan ekskavatorun 1 dəst sep və 4 ədəd katoku yararsız vəziyyətə düşdüyündən və xaricdən idxal edilməsi vaxt itkisi və qiyməti baxımından sərfəli olmadığından, həmin ehtiyat hissələrinin alınması üçün mövcud daxili bazarda axtarışlar aparılmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mağazada həmin malların satıldığı, satışda olan həmin ehtiyat hissələrinin "xxxx" MMC-yə məxsus olduğu və araşdırma nəticəsində "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edilmədiyi müəyyən edilmişdir. Nəticədə, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında 12000 manat dəyərində malların (1 dəst sep (ekskovator üçün) və 4 ədəd katok (ekskavator üçün)) alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin icra edilməsi üçün eqaimə təqdim edilmiş, malların dəyəri tərəfl ərindən "xxxx" MMC-nin bank hesabına ödənildikdən sonra mallar iddiaçıya təhvil verilmişdir. Ekskavator Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahəsində təmir edildiyindən, ehtiyat hissələri birbaşa ekskavatorun olduğu yerə çatdırılmaqla, üzərinə quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Cari ilin əvvəlində həmin ehtiyat hissələri 2021-ci ilin mənfəət vergi bəyannaməsində xərclər bölməsində malın dəyəri sətrində bəyan edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarla həmin xərc müəssisənin gəlirinə aid edilərək, şirkətə 2400 manat mənfəət vergisi hesablanmışdır. Qərarda əsas olaraq "xxxx" MMC-nin iddiaçıya təsd iqedici sənədlərlə almadığı malları satdığının müəyyən edildiyi göstərilmişdir. Vergi orqanının mövqeyinə görə açıq bazardan “mal” satın alındıqda, mal satan təşkilatın fəaliyyəti barədə gömrük, vergi orqanlarından, eləcə də bütün dövlət orqanlarından “arayış” tələb edilməlidir. Halbuki, belə tələb heç bir normada nəzərdə tutulmayıb. Əgər satıcı "xxxx" MMC hər hansı normaları pozmaqla gəlir əldə edibsə, buna görə həmin hüquqi şəxs məsuliyyət daşımalıdır. İddiaçı tərəfindən real olmayan heç bir əməliyyət aparılmamışdır. Aparılan əməliyyat zamanı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilmişdir. "xxxx" MMC iddiaçı ilə əməliyyat apardıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********273700 nömrəli qərar qəbul edilmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində "xxxx" MMC ilə aparılmış 12000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlum atların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********631400 nömrəli uyğunsuzluq məktubu göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim olunması tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2400 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.x x.2022-ci il tarixli, **********473400 nömrəli) inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2021-ci il üçün hesablanmış 2400 manat mənfəət vergisinin azaldılmasını xahiş etmiş, şikayət araşdırılaraq xx.xx.2022-ci il tarixli, **********208200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 291936,84 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 280167,27 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 105766,02 manat malın dəyəri) göstərilərək, 11769,57 manat vergiyə cəlb edilən mənfəət olmaqla 2353,91 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 105766,02 manat məbləğin 12000 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 2400 manat mənfəət vergisi hesablanmışdır. İnzibati şikayət üzrə araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində 187876,94 manat dəyəri ndə elektron qaimə-faktura əldə edilməsi, bundan 12000 manat hissəsində olan elektron qaimə-fakturanın "xxxx" MMC-dən əldə edilməsi, həmin vergi ödəyicisinin iddiaçıya təqdim etdiyi elektron qaimə-fakturada qeyd olunan malların əldə edildiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni həmin vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********273700 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı tərəfindən "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 12000 manat dəyərində əldə edildiyi iddia edilən müxtəlif çeşidli malların uçot baza məlumatlarına, o cümlədən əldə edildiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə alınmayan malların iddiaçıya satıldığı, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin (mal satanın) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakının təmin olunmadığı, tələb olunan sənədlərin təqdim edilmədiyi, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elek tron qaimə fakturanın riskli əməliyyat olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyi, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi, vergidən yayınma sxemi olmasını şərtləndirdiyi nəzərə alınaraq, Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin iddiaçı barəsində qəbul olun muş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarının ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçıdan 50 manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarı maddi-hüquqi baxımdan qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Hazırkı işdə cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2021-ci il ərzində "xxxx" MMC ilə aparılmış 12000 manat məbləğində qarşılıqlı əməl iyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi üçün bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyini və kənarlaşmanın yaranmasına səbəb olduğunu iddia etsə də, onun əsasları hər hansı mənbəyi bəlli sübutla təsdiq edilmir. İddiaçı yoxlama dövrü üzrə (mübahisələndirilən hissədə) xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənədləri məhkəməyə təqdim etməklə heç bir vergidənyayınma halına yol vermədiyini, vergi uçotunu düzgün formada həyata keçirdiyini sübuta yetirmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Rəşid Səmədov) 09 iyun 2023-cü il tarixli, 2-1(103)-2202/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayə tində həmçinin, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, "xxxx" MMC-nin apardığı əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəl ləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə
13. Bu Məcəllədə istifadə e dilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada); 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edil ir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada);... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kamer al vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı a şağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.
3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə
47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eyn ilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, 4 ədəd katok (ekskavotor üçün) 2000 (4 x 5000) manat və 1 dəst sep (ekskovator üçün) 10000 manat olmaqla, cəmi 12000 manat məbləğində mal alınmasına dair iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 05 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, alınacaq 12000 manat dəyərində mallara dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, EBBO s eriyalı, 602582 nömrəli elektron qaimə təqdim olunmuş, həmin qaiməyə əsasən, xx.xx.2021-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin müqaviləyə əsasən, alınacaq 12000 manat dəyərində mallar xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktı ilə iddiaçıya təhvil verilmiş, xx.xx.2021-ci il tarixli akt əsasən, həmin mallar iddiaçının mülkiyyətində olan “LİEBHERR – 912 LC” markalı, AZ 10 N-003 qeydiyyat nişanlı tırtıllı ekskavatora quraşdırılmışdır.
28. Cavabdeh kameral yoxlama nəticəsində iddiaçı tərəfindən "xxxx" MMC ilə aparılmış 12000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatları nda olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyini və kənarlaşmanın yaranmasına səbəb olduğunu əsas gətirərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********731500 nömrəli qərarla iddiaçıya 2021-ci ilin mənfəət vergisi üzrə 2400 manat əlavə vergi məbləği hesablamışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən alqı-satqı əməliyyatı üzrə satıcı qismində çıxış edən "xxxx" MMC həmin əməliyyat aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC-nin həmin alqı-satqı əməliyyatı nəticəsində riskli vergi ödəyicisi hesab edildiyi və bu barədə, xx.xx.2022-ci il tarixli, **********273700 nömrəli qərar qəbul edil diyi bildirilmişdir. Göründüyü kimi, iddiaçı ilə müvafiq hüquqi şəxs arasında aparılmış alqı-satqı əməliyyatı vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir.
30. İddiaçı tərəfindən "xxxx" MMC ilə aparılmış 12000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi üçün bu halın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və kənarlaşmanın yaranmasına səbəb olması barədə cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu qərarın 20-ci bəndində qeyd edilən norm anın tələblərinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilər: 1) elektron qaimə üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimə üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.
32. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 21(103)-2202/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.