Məhkəmə qərarları › İş №2-1(102)-2195/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2195/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2195/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; hüquqdan suiistifadə; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiyanın mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publi k hüquqi şəxsinə qarşı “qoyulmuş üzvi şəxsiyyət pozuntusu diaqnozunun əsassız hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli 2-1(103)2763/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qoyulmuş üzvi şəxsiyyət pozuntusu diaqnozunun əsassız hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: İddiaçı) 17 may 2023-cü il tarixli, 2-1(112)5175/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, A.İ.İmanov və A.P.Oruczadə) 25 avqust 2023-cü il tarixli, 21(103)-2763/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 17 may 2024-cü il tarixli, 21(103)-2763/2023 nömrəli qərardadı ilə dövlət hesabına vəki llə təmin olunma barədə iddiaçının ərizəsi təmin edilməmişdir.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və dövlət hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzər ə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin ə saslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2022-ci il tarixli 2-1(102)-308/22 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-270/22 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-358/22 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-109/24 nömrəli və s. məhkəmə qərarlarında) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı maddi imkanlarının aşağı olduğunu və buna görə də, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də, apellyasiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur.

11. İddiaçı kassasiya şikayətinə də aztəminatlı olduğuna dair hər hansı sübut əlavə etməmişdir.

12. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hansısa hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verilməs ini də mümkünsüz edir.

13. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumu mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə halları nın qarşısının alınması məqsədlərinə xidmət edir.

14. Odur ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

15. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaç ı üçün əlçatan və bəlli olmuşdur.

16. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə ərizənin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsini n) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 21(103)-2763/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar