Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2196/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-39/2019 nömrəli, 15 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – iddiaçı) xxxx-cu ildə Qubadlı rayonunda anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, xxxx nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı 25.11.1977-ci il tarixli, 148 saylı əmrlə rəngsaz peşəsinə qəbul edilmiş və 05.10.1978-ci il tarixli, 140 saylı əmrlə işdən azad edilmiş, 13.01.1981-ci il tarixli, 2 saylı əmrlə rən gsaz peşəsinə qəbul edilmiş və 05.12.1989-cü il tarixli, 488 saylı əmrlə işdən azad edilmiş, 21.12.1989-cu il tarixli, 208-ok saylı əmrlə rəngsaz peşəsinə qəbul edilmiş və 01.05.1997-ci il tarixli, 12 saylı əmrlə işdən azad edilmiş, 01.05.1997-ci il tarixli, 12k saylı əmrlə “Azəriqaz” SC-yə dülgər peşəsinə qəbul edilmiş və 02.06.1997-ci il tarixli, 13k saylı əmrlə işdən azad edilmişdir. (İT-İ seriyalı, ******* saylı əmək kitabçası). İddiaçının 10.11.2011-ci ildən hazırkı vaxtadək “xxxx” müəssisəsində tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə (XXXİİİ kod23200000-13450) rəngsaz peşəsində işləməsi “xxxx” ASC-nin “xxxx” Müəssisəsinin 30.11.2017-ci il tarixli, 24 saylı arayışında qeyd edilmişdir. Həmin arayışa əsasən iddiaçıya “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə pensiya hüququ verilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22.01.2018-ci il tarixli, 158 saylı məktubunda iddiaçının 01.12.1977-ci il tarixli, 148 saylı əmrlə 01.12.1977-ci il tarixdən 4-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, 04.10.1978-ci il tarixli, 140 saylı əmrlə 05.10.1978-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması, 05.01.1981-ci il tarixli, 2 saylı əmrlə 13.01.1981-ci il tarixdə 4-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması, 16.041984-cü il tarixli, 75 saylı əmrlə 5 saylı Tikinti İdarəsini n ləğvi ilə əlaqədar olaraq işçilərin 3 saylı Ev Tikmə kombinatına köçürülməsi və BTİ 3 saylı Ev Tikmə kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında onun 20.04.1984-cü il tarixli, 153 saylı əmrlə 16.04.1984-cü il tarixdən köçürülmə üsulu ilə 4-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması barədə məlumatlar olduğu və BBTİ 3 saylı Ev Tikmə kombinatının 1987-1989-cu illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin cavabdehin 07 may 2018-ci il tarixli, 18/0 4-3148 nömrəli məktubla ona imtina cavabı vermişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (01.07.2017-ci il tarixdə qüvvədə olmuş) uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilərə -57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun qanunvericilik lə tələb olunan 12 il 6 ay güzəştli stajı olmadığı müəyyən edilmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlə ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayır. Qubadlı rayonunda səkkizillik məktəbi bitirdikdən sonra, 1975-ci ildə, Bakı Baş Tikinti İdarəsi nəzdindəki Orta Texniki Peşə məktəbdə rəngsazmolyar peşəsi üzrə təhsilini başa vuraraq hərbi xidmətə yollanmış və hərbi xidmətdən sonra, 1980-ci ildən Bakı Baş Tikinti İdarəsinin 3 saylı Bakı Ev Tikmə kombinatında rəngsaz-molyar peşəsi üzrə işə qəbul olunmuş və burada çalışmışdır. Hal-hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyətində peşə ixtisası üzrə çalışır. İddiaçının çalışdığı sahə, həm SSRİ Nazirlər Sovetinin, həm də qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda zərərli sahə olmaqla, əmək şəraitinin xüsusilə zərərli və ağır sahələri üzrə peşə hesab olunur və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinin tələbinə uyğun olaraq 57 yaşına çatmaqla, 25 il sığorta stajına və 12 il 6 ay zərərli sahədə çalışdığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçının bütün əmək fəaliyyəti dövründə, peşəsi ağır və zərərli olduğundan, həmişə xüsusi yemək növləri ilə təmin olunmuşdur. O, əmək fəaliyyətinin bütün dövrlərini zərərli sahələrdə çalışmaqla keçirmişdir. Əməyi çalışdığı İda rənin rəhbərliyi tərəfindən həmişə qiymətləndirilmiş, xidməti yaşayış sahəsi ilə, sonra isə fərdi mənzillə təmin olunmuşdur. Şöbənin bu iş üzrə təyin olunan əməkdaşının, iddiaçının təqdim etdiyi sənədlər əsasında və yerində araşdırması nəticəsində onun əmək fəaliyyətinin zərərli olması müəyyən olunmuşdur. Amma, nədənsə cavabdeh tərəfindən onun guya 12 il 6 aylıq xüsusi iş stajı olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci və 9.1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.2.2-ci, 14.3-cü və 35-ci maddələrinə istinad edərək yaşa görə güzəştli şərtlə ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İPM-in 13 -cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, onun 01.09.1975-ci ildən 15.07.1977-ci ilə kimi 16 saylı Peşə məktəbində oxuduğu illər, 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi 5 nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi 5 nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin 3 nömrəli Ev Tikmə kombinatında rəngsaz vəzifəsində, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində, 01.05.1997-ci ildən 02.06.1997ci ilə kimi “Azəriqazsazlama” idarəsində rəngsaz vəzifəsində, 10.11.2011-ci ildən halhazıra kimi “xxxx” ASC-nin “xxxx” idarəsində rəngsaz vəzifəsində işlədiyi illər güzəştli iş stajı kimi tanınmaqla və güzəştli sosial sığo rta stajına daxil edilməklə ona 57 yaşının tamam olduğu 03.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının 01.09.1975ci ildən 15.07.1977-ci ilə kimi 16 saylı Peşə məktəbində oxuduğu illər, 25.11.1977-ci ildən 05. 10.1978-ci ilə kimi 5 nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi 5 nömrəli tikinti idarəsində rəngsaz vəzifəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin 3 nömrəli Ev Tikmə kombinatında rəngsaz vəzifəsində, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində, 01.05.1997-ci ildən 02.06.1997-ci ilə kimi “Azəriqazsazlama” idarəsində rəngsaz vəzifəsində, 10.11.2011-ci ildən hal-hazıra kimi “xxxx” ASC-nin “xxxx” idarəsində rəngsaz vəzifəsində işlədiyi illər güzəştli iş stajı kimi tanınmaqla və güzəştli sosial sığorta stajına daxil edilməklə ona 57 yaşının tamam olduğu 03.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-39/2019 nömrəli iş üzrə 15 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2693/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi 5 nömrəli tikinti idarəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi 5 nömrəli tikinti idarəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin 3 nömrəli Ev Tikmə kombinatında, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi 1 nömrəli Təmir Tikinti Quşadırma İdarəsində işlədiyi rəngsaz vəzifələrinin məhz güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilməsini təsdiq edən arayış iş materiallarında olmadığından iddiaçının işlədiyi həmin dövr onun sığorta stajına aid edilə bilməz. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2693/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərarı laz ımi qaydada əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, iddiaçının 12,5 il xüsusi sığorta stajı vardır, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin təsiri altına düşür. Cavabdehin verdiyi apelyasiya şikayəti formal olaraq tərtib edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini və apelyasiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apelyasiy a məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məc əllənin 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə b ağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərə findən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə çıxış etmişdir. Cavabdeh inzibati orqan iddiaçının məhkəməyə qədər etdiyi müraciətini o əsasla təmin etməkdən imtina etmişdir ki, onun qənaətinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Apelyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəld iyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdığı halda ona hazırkı qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər. Lakin iddiaçının 25.11.1977-ci ildən 05.10.1978-ci ilə kimi 5 nömrəli tikinti idarəsində, 13.01.1981-ci ildən 01.04.1984-cü ilə kimi 5 nömrəli tikinti idarəsində, 01.04.1984-cü ildən 05.12.1989-cu ilə kimi həmin idarənin 3 nömrəli Ev Tikmə kombinatında, 21.12.1989-cu ildən 01.05.1997-ci ilə kimi 1 nömrəli Təmir Tikinti Quşadırma İdarəsində işlədiyi rəngsaz vəzifələrinin məhz güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilməsini təsdiq edən arayış iş materiallarında olmadığından iddiaçının işlədiyi həmin d övr onun sığorta stajına aid edilə bilməz. Belə olan halda iddia tələbi rədd edilməlidir. Beləliklə, apelyasiya məhkəməsi yalnız bir hala - iddiaçının güzəştli peşələrdə çalışdığını təsdiq edən arayışın olmamasına istinad edərək iddianın əsassız olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ilk növbədə iddiaçının hansı peşələrdə işlədiyini, həmin peşələrin iddiaçının işlədiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulub-tutulmadığını araşdırmalı idi. Bu hal həm də ona görə vacibdir ki, cavabdehin əsas dəlili iddiaçının işlədiyi peşənin Siyahıda nəzərdə tutulmaması ilə bağlı olmuşdur. İş yerindən bu barədə arayışa gəldikdə isə məhkəmə kolleg iyası qeyd edir ki, müvafiq peşənin güzəştli olub-olmamsı iş yerindən verilən arayışla deyil, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyən edilir. Odur ki, arayışın işə əlavə edilməməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz. Beləliklə, göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmam ış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mi lli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qər ara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-39/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2196/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2196/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver