Məhkəmə qərarları › İş №2-1(102)-2196/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2196/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2196/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Heydərova Səyyarə Rövşən qızının Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X1 Rövşən qızının (bundan sonra mətndə iddiaçı) cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı qanunsuz balkon tikintisinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək S.Sayılova məxsus mənzildə eyvana edilmiş əlavənin-qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, maddi və mənəvi ziyan ödənilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-201/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxxxx 2020ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir.

5. Bundan sonra, iddiaçı həmin qərardaddan kasasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

7. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermiş, dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

8. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Mülki Prosessual Məcəllənin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.

10. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

11. Həmin Məcəllənin 121.2-ci maddəsinə görə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun müvafiq olaraq 1.0.5 və 1.0.6-cı maddələrinə görə aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonrasosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

14. Bu Qanunun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında i şsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

15. İddiaçı sosial müavinət alması, aztəminatlı ailə olması, maddi vəziyyətinin ağırlığı və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd ərizəsinə əlavə etməmişdir.

16. İşdə iddiaçının hüquqi xidmət üçün hər hansı vəkilə müraciət etdiyinə, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğinə və həmin məbləğin ödənilməsi üçün iddiaçının vəsaitinin olmamasına dair məlumat da olmamışdır.

17. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.

18. Məhkəmə koll egiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara alır: X1 Rövşən qızının kasasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-247/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar