Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2196/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolu və qərarının iddiaçıya aid hissədə ləğv edilməsi; iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-1(105)-533/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən X3 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 02/4290 saylı arayış və X2 Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 5452, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçm az rayonu, Həsənqala kəndində yerləşən 2.50 ha torpaq sahəsi üzrə xx.xx.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır.
2. Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən X1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 02/4291 saylı arayış və X2 Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 5194, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 10.0 ha torpaq sahəsi üzrə xx.xx.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır.
3. İddiaçı müqavilələr üzrə müvəqqəti istifadə hüququnu satın aldığı Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 12.50 ha torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən icarə hüququ qeydiyyata alınmışdır.
4. Xaçmaz rayon Həsənqala bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 03 saylı iclas prtokolundan çıxarışdan görünür ki, uzunmüddətli icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə görə 100 manat icarə haqqı təyin olunması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi b arədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bələdiyyə üzvlərinin ümumi yığıncağı ilə uzunmüddətli icarə haqları üzrə 1.0 ha torpaq sahəsi üçün 100 manat icarə haqqı təyin edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.3-cü maddəsinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi prinsipidir. Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətidir. Həmin Qanunun 19.6-cı maddəsinə əsasən hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü madd əsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər- İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən torpaq icarə müqaviləsində icarəyə verən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşı laşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası nəzərdə tutulur. İcarəsində olan torpaq sahəsinin icarə haqlarının cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfindən bir tərəfli qaydada artırılması yuxarıda sadalanan qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfidən icarə haqqının artırılması müəyyən qədər inflyasiyanın olması ilə əlaqələndirməsi tam əsassızdır. Belə ki, icarədə olan torpaq sahəsinin icarə haqqı qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılmaqla razılaşdırılmalı, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldırılmalı olduğu halda cavabdeh orqan qanunvericiliyin aşağıda qeyd edilən tələblərinə əməl etmədən bir tərə fli qaydada icarə haqqını müqavilədə qeyd edilən haqqdan (20 manat) beş dəfə artırmaqla (100 manat) etməsi vəzifə səlahiyyətlərini aşmaqla iddiaçı tərəfin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Xaçmaz rayon Həsənqala bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 03 saylı iclas protokoluna əsasən qərara alınmışd ır ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsinə görə icarə haqları hər hektar torpaq sahəsinə görə 100 (bir yüz) manat müəyyən edilsin və bu barədə icarəçilərə müvafiq qaydada məlumat verilsin. Bələdiyyənin bu addımının atılmasına səbəblər ondan ibarət olmuşdur ki, hazırki dövrdə bir hektar torpaq sahəsinin icarə haqqının 20 manat olması özünü doğrultmur, həmçinin bələdiyyənin DSMF qarşısında 10500 manat, bələdiyyə işçilərinə isə 19000 manat əmək haqqı borcu var idi. Həmin borcların qarşılanması və icarə haqqının iqtisadi vəziyyətə uyğunlaşdırmaq üçün bələdiyyənin qərarı ilə icarə haqqının məbləği artırılaraq 100 manat müəyyən edilməklə bütün icarəçilərə, o cümlədən iddiaçıya rəsmi məlumat verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi özünün xx.x x.2020-ci il tarixli 09/9-1 13 saylı məktubu ilə Xaçmaz rayon Həsənqala bələdiyyəsinin nəzərinə çatdırmışdır ki, bələdiyyənin icarədə olan torpaq sahələrinin icarə haqlarının real bazar qiymətindən xeyli aşağı olması müəyyən edilmiş, ötən dövr ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, Həsənqala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğunlaşdırılmamışdır. Həmin məktubla Həsənqala bələdiyyəsinin yuxarıda göstərilən bələdiyyə qərarı ilə torpaq sahəsinin icarə haqqının qaldırılmasında haqlı olması bir daha öz təsdiqini tapır. Bundan da əlavə, iddiaçının “müvəqqəti istifadə hüququ” əldə etdiyi torpaq sahələrinə dair əvvəlki icarəçiləri ilə bağlanmış icarə müqavilələrinin 2.7-2.9-c u bəndlərində qeyd olunur ki, icarə haqqının miqdarı ildə bir dəfə və ya tərəflərinin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. İndeksləşmə və inflyasiya ilə əlaqədar müəyyən olunmuş icarə haqqının miqdarı yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Xaçmaz rayon Həsənqala bələdiyyəsinin torpaq sahəsinin icarə haqlarının 1 ha torpaq sahəsinə görə 100 manat müəyyən edilməsinə dair xx.xx.2020-ci il tarixli 03 saylı iclas qərarı qanuni və əsaslıdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrə li qərarı ilə (hakim: L.E.Mirzəyeva) iddia təmin edilmiş, Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı qərarı İddiaçı aid hissədə ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinin xususiyyətləri Torpaq icarəsi haqqında Qanunla tənzimlənir. Həmin Qanuna görə bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Lakin həmin qanunla müəyyən olunmuşdur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamının Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsində ümumi olaraq təsbit edilmişdir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Tərəflər arasında bağlanmış icarə müqaviləsini tənzimləyən qanunlarda, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icarə müqaviləsinin (icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqının) birtərəfli qaydada dəyişdirilməsini mümk ün edən hər hansı bir müddəa öz əksini tapmamışdır. Lakin hazırki işdə bələdiyyə tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqı onun özünün qəbul etdiyi mübahisələndirilən qərarla digər tərəfin, yəni iddiaçının iradəsi olmadan dəyişdirilmişdir ki, bu da yuxarıda qeyd olunan qanunların tələblərinə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-1(105)-533/2022 nömrəli qərardadı ilə (hakimlər: F.Ə.Məmmədov-sədrlik edən, H.Ç.Baba yeva və Z.T.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının ona aid hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin 2.7-ci bəndində qeyd olunmuşdur ki, icarə haqqının miqdarının müqavilədə göstərilən hallarda ildə bir dəfə və ya tərəflərin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtında əvvəl dəyişdirilmə imkanı nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh qismində inzibat i orqan olan Xaçmaz rayon Həsənqala bələdiyyəsini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Bələdiyyələr isə mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərardadının əsaslarından biri o olmuşdur ki, Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolu iddiaçıya münasibətdə qəbul edilməmişdir. Qeyd edilən tarixdə keçirilən bələdiyyə iclasında bir sı ra məsələlər gündəlik məsələ kimi qoyulmuş və müzakirə edilmişdir. Həmin məsələlərdən biri də uzunmüddətli icarə haqlarının qaldırılması məsələsinin müzakirəsi olmuşdur. Qeyd olunan məsələ ilə bağlı icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə 100 manat icarə haqqının təyin olunması qərara alınmışdır. Halbuki bu, çox absurd yanaşma olmuşdur. Belə ki, Bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar inzibati aktlardır. Həmin inzibati akt ilə tərəfin hüququ pozulmuş və illik icarə haqqı 20 manatdan, 100 manata qaldırılmışdır.
15. İddiaçı qeyd etmişdir ki, icarə müqaviləsindən irəli gələn münasibətlər mülki münasibətləridir. Belə olduğu halda bələdiyyə tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməsi qanunsuz olsa belə, belə bir qərar qəbul edilmişdir. Həmin qərar mahiyyəti etib arı ilə digər dövlət orqanları (vergi, gömrük və s.) qərarları ilə eynilik təşkil edir. Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş qərar inzibati qaydada mübahisələndirilə bildiyi halda, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın inzibati qaydada mübahisələndirilə bilməməsi absurddur. İddiaçı tərəfindən məhz həmin qərar mübahisələndirilməkdədir. Əgər münasibətlər mülki hüquq münasibətləri olsa idi, o zaman İddiaçı da “adında hər hansı bir borc məbləği” görünməzdi.
16. Gələcəkdə həmin qərar nəticəsində bələdiyyə Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 82.1-ci maddəsinə əsasən icra qaydasında pul tələb edəcəkdir. Hətta bəlkə də, iddiaçının bank hesablarına həbs qoyulacaq və ya xarici ölkəyə çıxışı məhdudlaşdırılacaqdır. Bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 03 saylı qərar (adından göründüyü kimi-qərar) inzibati aktdır və inzibati icraat qaydasında mübahisələndirilməlidir. Həmin qərarın bir hissəsi birbaşa iddiaçının hüquqlarına toxunur.
17. Həmçinin apellyasiya məhkəməsi bildirmişdir ki, bu, mülki münasibətdir və bələdiyyənin icarə haqqını artırmaq hüququ yoxdur. Bələdiyyə sadəcə müqavilə şərtlərinin dəyişdirilməsi barədə mülki məhkəməyə müraciət etməklə icarə məbləğini dəyişə bilər. Məhkəmə öz qərardadında sanki öz fikrini təkzib etmişdir. Hətta Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Baş İdarəsi də onlara icarə haqqı artırma məsələsinə baxmaq üçün tərəfləri çağırmağı və müzakirələr aparmağı məsləhət görsə də, bələdiyyə buna məhəl qoymayaraq və heç bir tərəfi iclasa dəvət etməyərək özbaşına qərar qəbul ed ərək icarə haqlarını qaldırmışdır. (bunu məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi və sədri etiraf etmişdir).
18. Həmçinin, apellyasiya məhkəməsi işdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin 2.7-ci bəndinə istinad edərək bildirmişdir ki, icarə haqqının miqdarının müqavilədə göstərilən hallarda ildə bir dəfə və ya tərəflərin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtında əvvəl dəyişdirilmə imkanı nəzərdə tutulmuşdur. Halbuki, belə bir müqavilə mövcud deyildir və cavabdeh tərəfindən saxta müqavilə təqdim edilmişdir (icraat materiallarına baxdıqda həmin müqavilənin əsl olmadığını və kserosurət olduğu görünür). Bu isə onun mötəbərliyini şübhə altına alır.
19. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaç ı kassasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-533/2022 saylı qərardadının ləğv edilməsi və iddianı mümkün sayaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikay ətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.... Maddə
122. Normativ xarakterli mübahisələndirilməsinə dair iddia... aktların qanunauyğunluğunun 122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. 122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi İddiaçı cavabdeh Xaçmaz ra yonu, Həsənqala bələdiyyəsinə qarşı iddia qaldıraraq Xaçmaz rayonu, Həsənqala bələdiyyəsi tərəfindən icarə müqaviləsinin 2.9-cu bəndinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 03 saylı protokolun və qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
25. Daha sonra iddia tələbi dəqiqləşdirilərək Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi hazırki inzibati mübahisəyə baxarkən iş üzrə qəbul etdiyi 30.8.2022.-ci il tarixli 2-1(105)-533/2022 nömrəli qərardadla, cavabdehin apellyasiya şikayətini qismən təmin edərək, Sumqayıt İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(118)-411/2022 nömrəli qərarı ləğv etmiş, İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının ona aid hissədə ləğv edilməsi tələbinə dair iddiasını mümkün saymamışdır.
27. Apellyasiya instansiya məhkəməsi sözügedən nəticəyə gələrkən özünün 30.8.2022-ci il tarixli qərarının “apellyasiya instansiya məhkəməsinin mövqeyi” adlanan hissəsində göstərmişdir ki, “Xaçmaz rayonu, Həsənqala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı protokolu iddiaçıya münasibətdə qəbul edilməmişdir. Qeyd edilən tarixdə keçirilən bələdiyyə iclasında bir sıra məsələlər gündəlik məsələ kimi qoyulmuş və müzakirə edilmişdir. Həmin məsələlərdən biri də uzunmüddətli icarə haqlarının qaldırılması məsələsinin müzakirəsi olmuşdur. Qeyd olunan məsələ ilə bağlı icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə 100 manat icarə haqqının təyin olunması qərara alınmışdır”.
28. Daha sonra apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “arında göstərilən hallarda vaxtında əvvəl dəyişdirilmə imkanı nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh qismində inzibati orqan olan Xaçmaz rayon Həsənqala bələdiyyəsini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Bələdiyyələr isə mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn niza masalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir”.
29. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
30. Bunda görə də apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmədiyindən işə inzibati məhkəmə icraatı qaydasında ba xıla bilməz.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin sözügedən hüquqi mövqeyi yazılmışdır, belə ki, apellyasiya məhkəməsi yuxarıda göstərilmiş qərardadı qəbul edərkən İPM-nin “Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisləndirilməsinə dair iddialar üzrə icraat” adlanan 15ci fəslində yer almış prosessual hüquq normalarının müddəalarını ümumiyyətlə nəzərə almamışdır.
32. Məlum olduğu kimi, İPM-nin həmin fəslində mövcud olan 122.1-ci maddəsində deyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş norma tiv xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər.
33. Həmin məcəllənin 122.2-ci maddəsinə görə iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər.
34. Həmin məcəllənin 122.3-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.
35. Həmin məcəllənin 122.4-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur.
36. Həmin məcəllənin 122.4-ci maddəsinə görə iddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır.
37. Həmçinin qeyd edilməlidir ki, “ Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya” Qanunun 4.16-cı maddəsinə müvafiq olaraq bələdiyyələrin qərarları normativ xarakterli aktlardır.
38. Burada xüsusi olaraq qeyd edilməlidir ki, heç şübhəsizdir ki, mübahisə predmeti olan bələdiyyənin 27.2.2020-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli akt deyildir.
39. Buna görə də iddiaçının hazırki iddiası İPM-nin 122.3 maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş aidiyyət qayd alarına uyğun olaraq birinci instansiya məhkəməsində deyil, apellyasiya instansiya məhkəməsində baxılmalıdır. Belə olan halda kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-1(105)-533/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçının iddiası mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-1(105)-533/2022 nömrəli qərardadı ləğv edilsin. Hazır inzibati mübahisəyə mahiyyəti üzrə baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Kassasiy