Məhkəmə qərarları › İş №2-1(102)-2197/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2197/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2197/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X4 1 saylı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına yaşa görə əmək pensiyasının təyin edilməsi; arxiv arayışında qeyd olunan illərin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X4 1 saylı X1rşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-166/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 1972, 1974, 1976-1982, 1984-1986, 1989-1991-cu illərdə “Qılınclı”, “N.Nərimanov” adına kolxozlarda, xx.xx.1992-ci ildən xx.xx.2005-ci il tarixədək Nəzirli kənd Uşaq Baxçası Körpələr Evində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla ərizənin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ““Əmək pensiyaları ha qqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi xx xxx 2019cu il tarixli 273 nömrəli arayışda qeyd olunan dövrlərin sığorta stajının hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı xx xxxxxxxx 2019-cu il tarixində iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2 019-cu il tarixli arayışına əsasən işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 25 il sosial sığorta stajı Bərdə rayon Dövlət arxivi tərəfindən təqdim edilən arxiv arayışı ilə tam təsdiq olunur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(085)1642/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bərdə rayon Dövlət Arxivinin xx xxx 2019-cu il tarixli, 273 saylı arxiv arayışında qeyd edilən dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, Bərdə Rayon Dövlət Arxivinin xx xxx 2019-cu il tarixli, 273 nömrəli arxiv arayışında iddiaçının müəyyən dövrlərdə sabiq “Qılınclı”, “N.Nərimanov” adına kolxozlarda və Nəzirli İcra Nümayəndəliyində işləməsi öz təsdiqini tapmışdır. Belə ki, DSMF-nin Bərdə Rayon Şöbəsinin əməkdaşları iddiaçının işlədiyi arxiv arayışında qeyd olunan dövrlərin yoxlanılmasını Bərdə Rayon Dövlət Arxivində həyata keçirmişlər və iddiaçının mübahisəli dövrlərdə işləməsi qarşılıqlı yoxlama ilə öz təsdiqini tapmış, arxiv müdiri və DSMF Bərdə Rayon Şöbəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarı n ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020ci il tarixli 2-1(105)-166/2020 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi Dövlət Sosial Müdafiə Fondunun X4 1 saylı X3 ilə əvəz edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-166/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsaslı olduğu üçün iddia tələbi təmin oluna bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilm əsi sığorta stajının hesablanması üçün zəruri tələb kimi qoyulmuşdur. Yəni, şəxsin iş stajını təsdiq edən əmək kitabçası, əmr və s. sənədlər o zaman sığorta stajının hesablanması üçün əsas ola bilər ki, həmin şəxsin işlədiyi dövr ərzində müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd olsun. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunun qeyd olunan tələbinə ziddir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları ha qqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

25. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.2005-ci il tarixədək Nəzirli kənd Uşaq Baxçası körpələr evində işləməsi isə ona məxsus əmək kitabçası ilə təsdiq olunur.

26. İddiaçının 1972, 1974, 1976-1982, 1984-1986, 1989-1991-cu illərdə “Qılınclı”, “N.Nərimanov” adına kolxozlarda işlədiyi Bərdə Rayon Dövlət Arxivinin xx xxx 2019-cu il tarixli arayışı ilə təsdiq olunur. DS MF-nin Bərdə Rayon Şöbəsinin əməkdaşları iddiaçının işlədiyi arxiv arayışında qeyd olunan dövrlərin yoxlanılmasını Bərdə Rayon Dövlət Arxivində həyata keçirmişlər və iddiaçının mübahisəli dövrlərdə işləməsi qarşılıqlı yoxlama ilə öz təsdiqini tapmış, arxiv müdiri və DSMF Bərdə Rayon Şöbəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir.

27. Cavabdeh imtinanın əsası kimi iddiaçının təqdim etdiyi xx xxx 2019-cu il tarixli arayışda qeyd olunan iş stajını təsdiq edən əmək kitabçasının olmadığına əsaslanmışdır.

28. Cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayış ları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir.

29. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.

30. Məhkəmə kollegiyası, nəzərə alır ki, yuxarıda qeyd edilən “İnzibati icraat haq qında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

31. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-166/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüse

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar