Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2197/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əm lakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)419/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 saylı sərəncamı ilə Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq tikilmiş mağaza binası X4 adına rəsmiləşdirilmişdir.
2. Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X6, X3 ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır.
3. Daha sonra iddiaçının həyat yoldaşı X6 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir.
4. İddiaçının həyat yoldaşı X6 xx.xx.2013-cü ildə vəfat etmişdir.
5. Bundan sonra iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasını mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri alm aq üçün mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə, xx.xx.2021-ci ildə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur.
6. İmtinanın səbəbi kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən həyat yoldaşı X1 Elşad Yusif oğlundan ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 saylı sərəncamı ilə göstərilən torpaq sahəsində yarımçıq tikilmiş mağaza binası X4 adına rəsmiləşdirilmişdir. Sonradan həyat yoldaşı X6 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir. Həyat yoldaşı X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. Hal-hazırda iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasına mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, göstərilən mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə, xx.xx.2021-ci ildə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur. Məktubda imtinanın səbəbi kimi guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. Məktubda göstərilir ki, guya Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmamışdır. Bələdiyyələr formalaşana qədər torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi. Məktubda həmçinin xx.xx.2013-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanmaqla bildirilir ki, Məcəllə qüvvəyə mindikdən sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tələb olunan sə nədlər təqdim olunmamışdır. Lakin, göstərilən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınıb və dərhal da tikintisi başa çatdırılmaqla, həmin vaxtdan istifadəsindədir. Haqqında söhbət gedən yarımçıq mağaza binası 1998-ci ildə alınmışdır, həmin dövrdə torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi, torpaq sahəsinin verilməsi üçün tələb olunan bütün sənədlər tərtib olunmuş və torpaq sahəsinin verilməsi üçün həmin dövrün qanunvericiliyinin bütün tələblərinə və prosedur qaydalarına əməl olunmuşdur. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında həyat yoldaşı tərəfindən alınmaqla, o, mağazanın tikintisini başa çatdırmışdır. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəx slərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Göstərilənlər əsas verir ki, hal-hazırda haqqında söhbət gedən mağazaya mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməlidir. Hesab edir ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 9.Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilərək bildirmişdir ki, iddiaçı Quba şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mərhum həyat yoldaşı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizə əlavə olunmuş Quba rayon Dövlət notariat konturunun xx.xx.1998-ci il tarixli, 3-M-58 reyestr nömrəli alğı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-ci il tarixli 35 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Əlavə olaraq qeyd edirlər ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması il ə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə - torpaq sahəsi ü zərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Qe yd olunan səbəblərdən Quba şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Quba Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı (hakim Ceyhun Məmmədov) ilə Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikas ının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin səlahiyyəti olmayan qurum tərəfindən ayrılması barədə gətirilən arqument əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahənin mülkiyyətçisinin gələcəkdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən torpaq haqqını və ya tikilinin sökülməsini tələb etmək hüququ var. Ona görə də inzibati orqanın bu səpkidə gətirdiyi arqumentə əsaslanmaq düzg ün deyil. Bundan başqa məhkəmə tərəfindən Quba Rayon İcra Hakimiyyətindən Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın Quba şəhərin memarlıq üslubuna, xarici görünüşünə zidd olub-olması, o cümlədən istismarına hər hansı bir maneənin olub-olmaması haqqında məlumat tələb edilmiş və verilmiş cavabdan məlum olmuşdur ki, mövcud tikili şəhərin memarlıq üslubuna və xarici görünüşünə xələl gətirmir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16 avqust 2022-ci il tarixli, 2-1(105)-419/2022 saylı, ( hakimlər F.Məmmədov - məruzəçi, H.Babayeva və Z.Məmməd ov ) qərarla apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı ləğv edilmiş və və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.
14. Apellyasi ya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikilinin şəhərin ümumi görünüşünə zidd olmaması və istismarına maneə olan halın olmaması barədə Quba Rayon İcra Hakimiyyətinin məktubu tikilinin inşasına dair istismara qəbul aktını əvəz etmir. Bundan başqa məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.Bundan başqa X6 ilə X7 arasında Q uba rayon dövlət notariat konturunda xx.xx.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən, İ.Həsənova Quba şəhəri, 28-ci məhəllədə yerləşən 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə iddiaçı Quba rayon dövlət notariat kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərək, 52.80 kv.m qeyri-yaşayış binasına X2 mülk iyyət hüququnun dövlət qeydiyyatına alınması qərarına gəlmişdir. Halbuki, iddiaçı tərəfindən İ.Həsənovun ümumi sahəsi 52.80 kv.m mağaza binası üzərində hər hansı hüququnun mövcud olduğunu təsdiq edən sənəd təqdim edilməmiş və buna dair sənədlər iş materiallarına əlavə edilməmişdir. xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə İ.Həsənova 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə əsasən qərarda mağazanın yerləşdiyi torpaq sahəsinə idd iaçının mülkiyyət hüququnun olmaması ilkin instansiyanın qərarının ləğvinin əsası kimi göstərilmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçının iddia predmetini 1999-cu ildən sahibliyində olan mağaza binasına mülkiyyət hüquqlarının qeydiyyatı təşkil edir. Deməli, mağazanın özü üçün çıxarış alındıqdan sonra o mağazanın altındakı torpaq sahəsini Əmlak Məsələləri Dövlət Xidmətindən satın almalıdır. Ancaq bunun üçün bir daha qeyd edir ki, mütləq mağazanın üstü üçün çıxarış almalıdır. 17.Mərhum həyat yoldaşı yarımçıq mağaza binasını notariatda alqı-satqı müqaviləsi ilə almışdır. Məhkəmə iddia edir ki, o mağazanı tikib qurtardıqda yeni əmlak əmələ gəlib. Absurd fikirdir. Bir yarımçıq tikilini tikib qurtardıqda, yeni obyekt əmələ gəlmir, tikintisi tamamlanmış elə əvvəlki obyektdir.
18. Apellyasiya məhkəməsi qərarda qeyd edir ki, iddiaçı tikintiyə istismara qəbul aktı almamışdır. Elə məsələnin kökündə də bu durur ki, torpaq iddiaçının mülkiyyətində olmadığından yerli icra hakimiyyəti tikinti üçün istismara qəbul aktı vermir.
19. Sadəcə olaraq, sırf torpağın mülkiyyətdə olmaması səbəbindən vətəndaşın həmin torpaqda yerləşən əmlaka hüquqlarının yaranmasından danışmaq olmaz.Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququnun yaranması kimi yox, bundan əvvəl yaranmış hüququn sadəcə olaraq reyestrdə qeydə alınması kimi qiymətləndirilməlidir. Onu da qeyd etmək istəyirik ki, qərarda sadalanmış bütün sənədlər qüvvədədir və bu sənədlər qüvvədə olduğundan, mağaza binasına iddiaçının hüquqlarının olmamasının qərarda göstərilməsi ən azından hüquqi cəhətdən əsassızdır.
20. Apellyasiya Məhkəməsi qərarında həmçinin 2013-cü ilin 01 yanvarından qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanaraq, bu Məcəllənin müddəalarını hazırki işə tətbiq etmişdir ki, bu da yolverilməzdir. Bildiririk ki, sənədləşdirilən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınıb və dərhal da tikintisi başa çatdırılmaqla,həmin vaxtdan istifadələrindədir.Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, “ Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. Göstərilən mağazaya 1998-ci ildən mərhum həyat yoldaşı sahiblik etmiş, 2013cü ildən hal-hazıra kimi isə iddiaçı sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir.
22. Həmçinin bildiririk ki, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur.
23. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2-1(105)-419/2022 saylı qərarını ləğv edərək, işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
25. TƏTBİQ ED İLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vard ır. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa sına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya m ülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollekt iv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşd ırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-d ək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verm əyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2 Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqı nda çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Ma ddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs inin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək göstərmişdir ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
33. Beləliklə İddiaçı iddia tələbi ondan ibarətdir ki, sözügedən qeyri-yaşayış binasına iddiaçının mərhum əri olmuş X2 adına hüquqlarının dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun.
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ölmüş şəxsin adına yuxarı da göstərilmiş çıxarışın və texniki pasportun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, bunun başqa proseduru müəyyən edilmişdir.
35. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının,bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.
36. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun q anun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin ( Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1 - ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1 -ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
38. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzbati mübahisəni həll edərkən yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarını nəzərə almayaraq, iddiaçının hazırkı iddiasının rədd edilməsi barədə gəldiyi nəticəni: “Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır”, “X6 ilə X7 arasında Quba rayon dövlət notariat konturunda xx.xx.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən, İ.Həsənova Quba şəhəri, 28-ci məhəllədə yerləşən 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır”, “Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərək, 52.80 kv.m qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qərarına gəlmişdir. Halbuki, iddiaçı tərəfindən İ.Həsənovun ümumi sahəsi 52.80 kv.m mağaza binası üzərində hər hansı hüququnun mövcud olduğunu təsdiq edən sənəd təqdim edilməmiş və buna dair sənədlər iş materiallarına əlavə edilməmişdir. xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə İ.Həsənova 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır”, kimi əslində mübahisəni dolaşdıran mülahizələrlə əsaslandırmağa çalışmışdır.
39. Halbuki yuxarıda göstərilmiş maddi hüquq normalarından açıq şəki ldə göründüyü kimi, hazırkı mübahisənin həlli yolları çox sadə aydındır.
40. Belə ki, apellyasiya məhkəməsi İPM-nin “məhkəmənin yardım etmək vəzifəsi” adlanan 13-cü maddəsinə istinad etməli və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməlidir.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-419/2022 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.9 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 16 avqust 2022-ci il tarixli, 2-1(105)-419/2022 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.