Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2197/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünün statusuna malik şəxsin uşaqlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi, məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 2-1(103)1268/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı qızı xx.xx.2008-ci il təvəllüdlüdür və ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçının xx.xx.1975-ci il təvəllüdlü atası X11 və xx.xx.1978-ci il təvəllüdlü anası X12 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı atası X4 məxsus AA seriyalı 476160 nömrəli, xx.xx.2022-ci il tarixli məcburi köçkün vəsiqəsi ilə müəyyən edilir ki, o, Xocalı rayonundan məcburi köçkündür, hazırda məskunlaşdığı ərazi Yasamal rayonu, Şərifzadə küçəsi, ev 162, mənzil 6 ünvanıdır.
4. İddiaçı qızının atası X11 cavabdehə müraciət edərək qızı İddiaçı qızının məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
5. Cavabdeh 12 may 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaş ayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Onun və həyat yoldaşı X1 qeydiyyatı ünvan 2 ünvanında olduğundan, xx.xx.2008-ci il təvəllüdlü övladı İddiaçı qızına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilərək xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qızına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.
7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 1975-ci ildə Qubadlı rayonunda anadan olmuş və həmin ildə Xankəndi (Xocalı) şəhərinə köçmüşdür. Daha sonra o, 1988ci il tarixindən Xankəndi (Xocalı) şəhərindən məcburi köçkün düşmüşdür. Hazırda Bakı şəhəri Yasamal rayonu ərazisində məskunlaşmış və Yasamal rayonu ərazi üzrə qeydiyyata alınmışdır. O, xx.xx.2005-ci il tarixində həyat yoldaşı X12 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qızı və xx.xx.2013-cü il təvəllüdlü X13 adında 3 (üç) övladları anadan olmuşdur. O, cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü qızı İddiaçı qızına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş e tmiş, lakin cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(112)-11233/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X11 əsl İddiaçı qızı ilə əvəz edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11233/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya və onun məcburi köçkün statusunda olan atasına işğal olunmuş rayon sakini olmadıqlarından vahid aylıq müavinət verilmir. Bundan əlavə, iddiaçının atası məcburi köçkün vəsiqəsinə malik olmaqla yanaşı adına respublika ərazisində bir sıra daşınmaz əmlaka olan hüquqları dövlət r eyestrində qeydiyyata alınmışdır. Belə ki, X2 adına Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 458,560,562,564, 175 saylı mənzil, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.045 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının nə özü, nə də atasının dövlətin təyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası yoxdur.
12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1268/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 /məruzəçi/, X8 və X9) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11233/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilind ə köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalara istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
17. Belə ki, iddiaçının atası X11 daimi yaşayış yeri olan Xankəndi (Xocalı) şəhərini tərk etmiş və Yasamal rayonunda müvəqqəti məskunlaşmışdır. Sonradan onun yaşadığı mənzil sökülmüş və həmin mənzil yerinə ona ünvan 6 ünvanda 175 saylı mənzil verilmişdir. Yəni, bir mənzil verilmişdir. 558, 560, 564 nömrələri isə binanın nömrəsidir.
18. Cavabdehin imtinasının əsas dəlili “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuş, məhkəmə də öz növbəsində qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçının valideynlərinin işğal olunmuş rayon (şəhər) olmayan Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır və eyni zamanda iddiaçının atasının mülkiyyətində daşınmaz əmlaklar vardır.
19. Daha sonra qeyd edilmişdir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə
10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra ha kimiyyəti orqanı müəyyənləşdirir. 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı
2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
23. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiq ənin verilməsinə dair” Qaydaları İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:... 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kolleg iyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi hallara münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
31. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” sta tusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı bəndinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.
32. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, iddiaçı X10 xx.xx.2014-cü il, X11 xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. X12 xx.xx.2004-cü il tarixdən ünvan 7 ünvanında, xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
33. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edi lən məktubdan göründüyü kimi 24 aprel 2008-ci ildə anadan olmuş iddiaçının atası X11 xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı maddəsinin tələbi baxımından iddiaçının tələbi əsaslı deyildir.
34. Beləliklə iddiaçı doğulan zaman atasının mülkiyyətində mənzil olmaqla həmin ünvanda qeydiyyatda olduğundan, onun məcburi köçkün kimi qəbul edilməsi qanunvericilik baxımından mümkün deyildir.
35. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının atasının mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 458,560,562,564, 175 saylı mənzil, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyət hüququ əsasında bir neçə torpaq sahəsi mövcuddur.
36. İddiaçı qeyd edir ki, məcburi köçkün statusundan imtina edərkən məhkəmələrin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalara istinad etməsi düzgün deyil. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda normativ hüquqi aktların iyerarxiyasına əsasən Qaydalardan daha üstün hüquqi qüvvəyə malikdir və qanunda qaydalarda nəzərdə tutulmuş məhdudiyyətlə yoxdur.
37. Şikayətdə qeyd edilmiş xüsusatla razılaşmayan məhkəmə kollegiyası bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda birbaşa qeyd edilmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
38. Başqa sözlə qanununda qaçqın statusu verilməsi haqqında vəsatətlərlə bağlı hall arın qayda vasitəsi ilə tənzimlənməsi nəzərdə tutulmuşdur.
39. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda cavabdehin məcburi köçkün statusunun verilməsi üçün səlahiyyətli olduğu qeyd edilməmişdir.
40. Şikayətin bu dəlili ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanına əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi hə yata keçirir.
41. Beləliklə, göründüyü kimi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ölkə daxilində köçürülmüş şəxslərə məcburi köçkün statusu verilməsində səlahiyyətlidir.
42. Məhkəmə kollegiyası iddiaçının dəlilləri iş materialları, qanunvericiliyin müvafiq normaları ilə ziddiyyət təşkil etdiyindən təmin edilə bilməz.
43. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 21(103)-1268/2024 saylı qərarı dəyişdirilmədən sa