Məhkəmə qərarları › İş №2-1(102)-2198/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2198/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2198/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasını n İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Həkimov Zahid Vahid oğlu və Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsi) “çıxarışın və fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı mülkiyyətində Torpağın mülkiyyətə verilməsinə dair 294A nömrəli KOD 30222048 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik ərazidən Xaçmaz rayon Şollar Bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli, 22 saylı Qərarına əsasən İddiaçı 200 kv.m torpaq sahəsi satılmasına icazə verilmiş, 7 oktyabr 2006-cı il tarixdə alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 33 nömrəli Qərarı ilə Həkimov Zahid Vahid oğluna 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Lakin ayrılmış torpaq sahəsinin cizgiləri mövcud deyil. RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Həkimov Zahid Vahid oğlunun adına dövlət qeydiyyatına alınmışdır

2. İddiaçı ərizə ilə cavabdehə müra ciət edərək Xaçmaz rayon Şollar kəndində yerləşən 0.02 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etmişdir.

3. Cavabdeh 16 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ekspertiza zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 sayli qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0.02 ha torpaq sahəsinə 5 sayli ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adina dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icra at

4. İddiaçı 24 yanvar 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0,02 ha torpaq sahəsinə Həkimov Zahid Vahid oğlunun adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü”nün etibarsız hesab edilməsi və bunun əsasında verilmiş seriya RX №1220216 saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə həyətyanı sahəsinin yanında istifadəsiz olan 0,02 ha torpaq sahəsinin də ona satılması barədə bələdiyyəyə müraciət etmiş və Şollar bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli, 22 saylı qərarı ilə həmin 0,02 ha torpaq sahəsi iddiaçıya satılmışdır. 5 fevral 2018-ci il tarixdə iddi açı cavabdehə müraciət edərək aldığı torpağa dair çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus torpağa dair başqa şəxsin adına çıxarış verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə-tədqiqat İdarəsinin mütəxəssis rəyindən də görünür ki, Xaçmaz rayonu Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 22 saylı qərar ilə iddiaçıya satılmış 200 kv.metr torpaq sahəsi Həkimov Zahid Vahid oğluna cavabdeh tərəfindən verilmiş çıxarışda göstərilən torpaqla üst-üstə düşür, Həkimov Zahid Vahid oğluna Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli, 33 saylı qərar ilə satılmış 200 kv.metr torpaq sahəsi cavabdeh tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür və iddi açıya satılmış torpaq sahəsi Z.Həkimov tərəfindən bütövlükdə istifadə edilir və orada fərdi yaşayış evi üçün nəzərdə tutulmuş tikili vardır. Bu rəydən görünür ki, Zahid Həkimova bələdiyyə tərəfindən satılmış torpaq sahəsi iddiaçının torpaq sahəsi deyil, ona başqa torpaq sahəsi satılmışdır. Məhkəmə zamanı alınmış digər ekspert rəyində də göstərilmişdir ki, Z.Həkimova satılmış torpaq sahəsi başqa torpaq sahəsidir və həmin torpaq sahəsi iddiaçıya satılmış torpağın cənub istiqamətində yerləşir. Bütün bunlardan aydın olur ki, hazırda cavabdeh tərəfindən Z.Həkimova verilmiş plan-ölçü düzgün olmamışdır, ona satılmış torpağa yox, iddiaçının torpağına onun adına plan-ölçü verilmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Mövcud sənədləri və mütəxəssis və ekspertiza r əylərini, eləcə də bələdiyyə tərəfindən verilmiş eskiz və aktları nəzərə alaraq cavabdeh tərəfindən Həkimov Zahid Vahid oğlunun adına tərtib edilmiş plan-ölçü etibarsız hesab edilməli və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 33 saylı 0.02 ha torpaq sahəsinin ayrılmasına dair qərarı əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, İddiaçı adına Xaçmaz rayonu, Şollar kəndində 0.02 ha torpaq sahəsinə dair **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” və RX ******* nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazı rlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur.

7. Üçüncü şəxs Həkimov Zahid Vahid oğlu iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Şollar bələdiyyənin xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə Həsənov Zahid Vahid oğluna 200 kv.metr torpaq sahəsi satılmış, 2007ci ildən etibarən ötən 13 il ərzində həmin torpaq sahəsinə heç bir mübahisə olmadan sahiblik etmiş və orada yaşayış evi tikərək ailəsi ilə birlikdə yaşayırlar. Həmin torpaq sahəsi İddiaçı ayrılmış torpaq sahəsi olmuş olsaydı, o, ötən 13 il ərzində torpağın onun qanunsuz sahibliyindən geri alınması barədə müvafiq iddia qaldırardı və qanuna müvafiq qaydada torpağı geri alardı. Digər tərəfdən həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Həsənov Zahid Vahid oğluna mülkiyyə t sənədi çıxarış verilməzdi. İddiaçı bələdiyyənin qərarı əsasında həyətyanı torpaq sahəsində normadan artıq olan 200 kv.metr torpaq sahəsi satılmışdır və həmin torpaq sahəsi də daxil olmaqla həyətyanı torpaq sahəsini 13-14 il bundan qabaq hasara alaraq istifadə edir. İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)80/2021 nömrəli qərarı (hakim X4) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə Həkimov Zahid Vahid oğlu adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsız hesab edilmiş və bunun əsasında verilmiş seriya RX №1220216 saylı xx.xx.2017-ci il tarixli ç ıxarış ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs Həkimov Zahid Vahid oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh isə Həkimov Zahid Vahid oğlunun mülkiyyət hüququnu qeydə alan zaman torpaq sahəsinin yerinin və koordinatlarının nəyin əsasında müəyyən etməsi ilə bağlı hər hansı bir açıqlama gətirə bilməmişdir. Üçüncü şəxslərdə başqa torpaq sahəsinin yox, məhz mübahisə predmeti torpaq olan torpaq sahəsinin Həkimov Zahid Vahid oğluna ayrılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və Xaçmaz rayon Dövlət Arxivinin 282 saylı, 1 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin heç bir il üçün sənədləri rayon arxivinə təhvil verilməmişdir. Beləliklə cavabdeh inzibati orqan Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi üzərində ilkin torpaqayırma sənədləri olmadan üçüncü şəxs Həkimov Zahid Vahid oğlunun mülkiyyət hüququ qeydə alaraq qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur.

10. Üçüncü şəxs Həkimov Zahid Vahid oğlu həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı iddia tələbinin dəqiqləşdiril məsi barədə ərizə verərək cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə və orada qanunsuz inşa edilmiş tikiliyə dair tərtib edilmiş texniki pasportun və qanunsuz olaraq verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş tikili ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydə alınmış və əmlaka **********70-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə üçüncü şəxs həmin çıxarışı və texniki pasportu məhkəməyə təqdim etmişdir. Bu zaman məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsində mübahisə getdiyini bildiyi və həmin məhkəmə işində cavabdeh tərəfində cavabdeh qismində cəlb edildiyi halda, torpağa dair verilmiş plan-ölçü və çıxarışı qanunsuz olaraq verdiyi halda, qanunsuz hərəkətlərini davam etdirmiş, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi də daxil olmaqla həm torpağa, həm də tikiliyə dair vahid əmlak şəklində texniki pasport və çıxarış vermişdir. Beləliklə, cavabdehin qanunun tələblərini pozması, məhkəmə mübahisəsi getdiyi halda həmin torpaq sahəsinə və üzərində qanunsuz tikilmiş tikiliyə yeni çıxarış verməsi aşkar edilir və bu çıxarış yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər.

13. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 9 avqust 20 22-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Həkimov Zahid Vahid oğlunun adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaş ayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, istinad olunan rəylərdən müəyyən olunur ki, bələdiyyə qərarları ilə tərəflərə ayrılmış torpaq sahələri üst-üstə düşməsə də, Z.Həkimova satılmış 200 kv.m torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş plan və ölçüdə göstərilən torpaq sahəsi ilə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə iddiaçıya satılmış 200 kv.m torpaq sahəsi üst-üstə düşür. Z.Həkimov iddiaçıya satılmış 200 kv.m torpaq sahəsinin iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin daxilində yerləşdiyini mübahisələndirsə də, rəylərlə müəyyən edilmişdir ki, 200 kv.m torpaq sahəsi “Torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin daxilində yerləşmir. Xaçmaz rayonu, Şollar kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Həkimov Zahid Vahid oğlunun adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilməlidir.

16. Üçüncü şəxs Həkimov Zahid Vahid oğlu həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsin i xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Xaçmaz rayon məhkəməsində (Şollar) Susayqışlaq Bələdiyyəsinə və Həkimov Zahidə qarşı iddia üzrə icraata xitam verildiyindən və müvəqqəti təminat tədbiri də götürüldüyündən Z.V.Həkimov həmin torpaq sahəsində tikinti işlərini davam etdirmiş və ailəsinin mənzil hüququnu təmin etmişdir. Cavabdeh həmin evə torpaqla bir yerdə xx.xx.2021-ci ildə yeni çıxarış vermişdir. Həkimov Zahid Vahid oğlu Sumqayıt İnzibati Məhkəməsi tərəfindən onun adına verilmiş Texniki pasportun və Çıxarışın ləğv ediləcəyini əvvəlcədən bilmədiyi üçün vicdanlı şəxs kimi onun qeydiyyatla əlaqədar əldə e tdiyi mülkiyyət - istifadə, sahiblik və sərəncam hüquqları saxlanılmalı idi.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin X1 şikayətində göstərilmiş və sonradan mülahizələr və vəsatətlər şəklində tərəfimdən təqdim edilmiş yeni faktları araşdırmadan, sübutlara yerində baxış keçirmədən, şahidləri, ekspertləri, cavabdehi, üçüncü şəxsi dindirmədən, zəruri sənədləri tələbetmədən qərar qəbul etmişdir.

19. Hər iki vətəndaşa torpaq Bələdiyyə tərəfindən ayrı-ayrı illərdə satılmış və hər iki Bələdiyyə qərarına Xaçmaz rayonunun torpaq şöbəsi rəy vermişdir ki, torpaqlar Bələdiyyənindir və satılması qanunauyğundur. Həmin torpaq sahələrinin satılması nəticəsində bütün hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilatın arxivində saxlanılır və müvafiq kitablara bu barədə qeydlər işlənmişdir. X6 Vahid oğlunun faktiki istifadəsində olan 0,02 ha torpaq sahəsinin Bələdiyyəyə ödənilən torpaq vergisi kim tərəfindən, illər üzrə ödənilmişdir. Ekspert və keçmiş Daşınmaz Əmlakın Kadastrının Mütəxəssis rəylərində göstərilmişdir ki, Həkimov Zahid Vahid oğluna 29 iyun 2007-ci il tarixdə Xaçmaz rayon Şollar Bələdiyyəsi tərəfindən satılmış 0,02 ha torpaq sahəsi, 28 sentyabr 2006-cı ildə İddiaçı satılmış 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşmür və Zahidin torpağı Seylanın torpağının cənubunda yerləşir. Eyni zamanda ekspert və mütəxəssislər qeyd edir ki, İddiaçı satılmış 0,10 ha torpaqla 0,02 ha torpaq eyni ərazi daxilində deyil. İddiaçı şərti olaraq sahəsi 0,10 ha olan 294 A nömrəli torpaq sahəsi daxilində 655BB nömrəli 0,01 ha normadan artıq zəbt edilmiş torpaq və 294 AJ nömrəli 0,01 ha normadan artıq zəbt edilm iş torpaq sahəsi var. Bu hal ekspert və mütəxəssis rəylərinin sübut kimi mötəbərliyini şübhə altına alır. Çünki Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2021-cil tarixli Qərarının 5-ci səhifəsinin birinci abzasında qeyd edir ki, Həkimov Zahid Vahid oğluna ayrılmış torpaq sahəsinin cizgisi və təhkim aktı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə ekspert və mütəxəssis rəylərini mötəbər sübut kimi qəbul edərək onları qiymətləndirə və onlara istinad edə bilməzdi. Çünki həmin sübutlar bütövlükdə ayrılmış torpaq sahəsinin cizgisinə əsaslanmışdır.

20. Məhkəmə kollegiyasından iş üzrə mütəxəssis rəyi təqdim etmiş 5 saylı Xaçmaz LTİ-nin mühəndislərinə Şollar Bələdiyyəsi tərəfindən Həkimov Zahid Vahid oğluna ayrılmış 0,02 ha torpaq sahəsinin faktiki naturada yerinin müəyyən edilməsi barədə sorğ u verilərək həmin idarənin mütəxəssisləri məhkəmə iclasında iştirak edərək verdikləri rəylər barədə izahat vermələrinin təmin edilməsi xahiş edilmişdir. Lakin məhkəmə kollegiyası ümumiyyətlə vəsatətə münasibət bildirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Tərəflər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənca m vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daş ınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əməl ə gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması... 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

25. Azərb aycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müd dəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayət in əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyas iya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi çıxarışın və fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Həmçinin məhkəmə kollegiy ası qeyd edir ki, "xxxx" MMC-nin Xaçmaz LayihəTədqiqat İdarəsinin C-11 nömrəli, 29 yanvar 2019-cu il tarixli mütəxəssis rəyində də göstərilmişdir ki, Xaçmaz rayon Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 22 saylı qərar ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsi Həkimov Zahid Vahid oğluna DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Həkimov Zahid Vahid oğluna Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.m torpaq sahəsi DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Xaçmaz rayon Şollar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsi Həkimov Zahid Vahid oğlu tərəfindən bütövlükdə istifadə edilir və or ada fərdi yaşayış evi üçün nəzərdə tutulmuş yarım tikili vardır.

34. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1905 saylı, 2 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 30 mart 2021-ci il tarixli, C-23 saylı mütəxəssis rəyinə əsasən İddiaçı verilmiş torpağın mülkiyyətə verilməsinə dair 294A nömrəli KOD 30222048 nömrəli şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur və həmin torpaq sahəsi faktiki 0,1055 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-294A nömrəli KOD 30222048 nömrəli şəhadətnamədə qeyd olunan ərazinin daxilində yerləşmir. Mütəxəssis rəyinə əsasən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə iddiaçıya satılmış 200 kv.metr torpaq sahəsi ilə Həkimov Zahid Vahid oğluna Şollar bələdiyyəsi tərəfindən 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən, Həkimov Zahid Vahid oğlunun faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş tikili Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.m torpaq sahəsində yerləşir. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, Şollar bələdiyyəsinin 29 iyun 2007-ci il tarixli 33 saylı qərarı ilə Həkimov Zahid Vahid oğluna satılmış 200 kv.m torpaq sahəsinin baş planından çıxarışda göstərilmiş torpaq sahəsinin cizgiləri mübahisə predmeti olan torpaq sahəsindən cənub istiqamətində yerləşir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan rəylərdən müəyyən olunur ki, bələdiyyə qərarları ilə tərəflərə ayrılmış torpaq sahələri üst-üstə düşməsə də, Üçüncü şəxs Həkimov Zahid Vahid oğluna satılmış 200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilən torpaq sahəsi ilə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə iddiaçıya satılmış 200 kv.m torpaq sahəsi üst-üstə düşür.

36. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, b ələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi Z.Həkimovun mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşdüyündən Xaçmaz rayonu, Şollar kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Həkimov Zahid Vahid oğlunun adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilməlidir.

37. Beləliklə, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının həmin torpaq sahəsinə hüququ olduğu halda, fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınması qanunazidd olmuşdur.

38. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin icraatı zamanı iddiaçı iddia tələbini dəqiqləşdirmiş və fərqli çıxarışı mübahisələndirsə də, mübahisə predmeti olan torpaq sahəsi eyni olduğundan iddia tələbinin mümkünlüyü üçün cavabdehə inzibati icraat qaydasında müraciət etməsinə ehtiyac olmamışdır. Belə ki, mübahisələndirilən çıxarışlar fərqli olsa da iddiaçı eyni torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının dövlət qeydiyyatını mübahisələndirmişdir.

39. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir, üçüncü şəxsin şikayətinin dəlilləri əsasl ı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Həkimov Zahid Vahid oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar