Məhkəmə qərarları › İş №2-1(102)-2199/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2199/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2199/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2199/2019) Bakı şəhəri 24 iyul 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (xxxx oğlu üçüncü şəxs olmaqla) qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-852/2019 nömrəli, 19 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs xxxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (bundan sonra - cavabdeh) tərəfindən xxxx yaşayış binasının qarşısındakı 160 kv.m torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətinə verilməsi barədə 25.11.2005-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdeh ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 25.11.2005-ci il tarixli müqavilə bağlanılmış, cavabdeh tə rəfindən torpaq sahəsinin situasiya planı təsdiq edilmişdir. Cavabdehin 15.02.2017-ci il tarixli qərarı ilə 25.11.2005-ci il tarixli 419 saylı qərarı, 25.11.2005-ci il tarixli 348 saylı müqavilə və onlara əlavə edilən situasiya planı etibarsız hesab edilərək ləğv olunmuşdur. İşdən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 31.05.2000-ci il tarixli 689 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 25.05.2000-ci il tarixli məktubu nəzərə alınaraq xxxx oğluna ( bundan sonra - üçüncü şəxs) Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi, 13 saylı binanın qarşısındakı mövcud ticarət cərgəsində 35.0 kv.m ölçüdə mağaza tikintisinə icazə verilmişdir. İddiaçı 3 oktyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “c avabdehin 17 saylı 15.02.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin 17 saylı 15.02.2017-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi haqqında 348 saylı 25.11.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, müqavilə şərtlərinə birtərəfli qaydada düzəliş edilməsinə yol verilmir. Əlavə və dəyişikliklər hər iki tərəfin razılığı olduqda və rəsmi şəkildə təsdiqləndikdə qəbul edilmiş hesab olunur. 2005-ci ildən hər ay torpaq sahəs inə görə iddiaçı tərəfindən rüsum ödənilmişdir. Cavabdehin 15.02.2017-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, hazırda mübahisələndirilən qərarın verilməsinə əsas, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 31.05.2000-ci il tarixli 689 nömrəli sərəncamına əsasən müvafiq qaydada eskiz sənədləri ilə üçüncü şəxsə ayrılmış 35.0 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilən 160 kv.m torpaq sahəsinin əhatə dairəsində yerləşməsi olmuş, bu səbəbdən cavabdeh özünün 25.11.2005-ci il tarixli 419 saylı qərarını ləğv etmişdir. İddiaçı cavabdehə müraciət edərək 15.02.2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan, habelə onun qanuni alqı-satqı yolu ilə əldə etdiyi mülkiyyət hüququnu məhdudlaşdırdığından həmin qərarın etibarsız hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş et mişdir. Cavabdeh ona 08.09.2017-ci il tarixli məktub göndərərək bildirmişdir ki, Bələdiyyənin ləğv edilmiş 25.11.2005-ci il tarixli 419 saylı qərarı və 25.11.2005-ci il tarixli 348 saylı müqaviləyə əlavə edilən situasiya planı, ilkin ödəniş qəbzi və şəxsiyyət vəsiqəsinin surəti təqdim edildikdən sonra ərizəyə müvafiq qaydada baxılıb münasibət bildiriləcəkdir. Məhkəmənin 06.12.2017-ci il tarixli qərardadı ilə xxxx oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin 25.11.2005-ci il tarixli 419 saylı qərarı ilə iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin qərar verildiyi tarixdə mülkiyyətçisi (dövlət və ya bələdiyyə) barədə məlumat verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərmişdir. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16.01.2018-ci il tarixli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən məsələ Komitənin mütəxəssisləri tərəfindən yerində və elektron kadastr baza məlumatlarına əsasən araşdırılmış, qeyd edilən torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində, dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)227/2018 nömrəli, 03 may 2018-ci il tarixli (hakim: T.Ə.Əsədova) qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 15.02.2017-ci il tarixli qərarda 25.11.2005-ci il tarixli 419 saylı qərarın, 25.11.2005-ci il tarixli 348 saylı müqavilənin və onlara əlavə edilən situasiya planının ləğv e dilməsi əsasları başqa olsa da, cavabdeh “İnzibati icraat haqqında” Qanunun normalarının tələblərinə uyğun olaraq nəticə etibari ilə düzgün qərar qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin 25.11.2005-ci il tarixli 419 saylı qərarı ilə iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin qərar verildiyi tarixdə mülkiyyətçisi (dövlət və ya bələdiyyə) barədə məlumat verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16.01.2018-ci il tarixli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən məsələ Komitənin mütəxəssisləri tərəfindən yerində və elektron kadastr baza məlumatlarına əsasən araşdırılmış, qeyd edilən torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşsə də, dövlə t mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, cavabdeh öz mülkiyyətində olmayan, başqasının – dövlətin mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmışdır. Ona görə də cavabdeh hazırda mübahisələndirilən qərarla iddiaçıya torpaq sahəsi satılması barədə qərarını ləğv etməkdə haqlı olmuşdur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1932/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayət i verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1932/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1932/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-852/2019 nömrəli, 19 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)227/2018 nömrəli, 03 may 2018-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməkl ə iddiaçının iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 17 saylı 15.02.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Apelyasiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, üçüncü şəxs xxxx oğlunun ərizəsi əsasında başlanılmış inzibati icraat zamanı qəbul olunması nəzərdə tutulan mübahisələndirilən qərarın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyinə baxmayaraq cavabdeh tərəfindən iddiaçının icraatda iştirakı təmin edilməmişdir. İddiaçının cavabdeh tərəfindən xəbərdar edilməsi, bununla bağlı ona məlumatın çatdırılması, onun mübahisəyə münasibəti işdə olan sənədlərlə öz təsdiqini tapmır. Bununla da cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun tələblə ri kobud surətdə pozulmaqla qərar qəbul edilmişdir. Üçüncü şəxs X3 həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-852/2019 nömrəli, 19 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur; 2-ci hissəsinə əsasən, mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir; 3-cü hissəsinə əsasən, torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 8-ci maddəsinin 3-cü hissəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16.01.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçıya satılan torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin hüdudları daxilində olsa da, dövlət mülkiyyətinə aiddir. Aydın olur ki, Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya satılan torpaq sahəsi həmin Bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur. Beləliklə, qeyd edilən torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olmadığı üçün Binəqədi Bələdiyyəsi sözügedən torpaq sahəsini sata bilməz. Apelyasiya məhkəməsi isə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin öz mülkiyyətində olmayan, başqasına – dövlətə məxsus torpaq sahəsini sata biləcəyini mümkün vəziyyətə gətirmiş, bununla da Torpaq Məcəlləsinin 8-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozmuşdur. Əslində, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 419 saylı 25.11.2005-ci il tarixli qərarı qəbul edərkən səlahiyyətsiz olduğu üçün həmin qərar etibarsız sayılır, sözügedən qərar qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin apelyasiya məhkəməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15.02.2017-ci il tarixli qərarını ləğv etməklə, etibarsız inzibati akt olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 419 saylı 25.11.2005-ci il tarixli qərarının etibarlı sayılmasına cəhd göstərmiş və bununla da “İnzibati İcraat haqqında” Qanunun 65.1.2-ci, 65.2-ci və 64.4-cü maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edər ək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzif əsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə deyilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasın ı, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı mübahisələndirmə haqqında iddia növündən istifadə edərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə olunduğunu iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyiş dirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərh ələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarı) Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə baxılarkən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni iddia vermə müddətinə əməl edilibedilməməsinə hüquqi qiymət verilməmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı iddia vermə müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin BRB/72 nömrəli 23 may 2017-ci il tarixli, BRB/T-06 nömrəli 08 sentyabr 2017-ci il tarixli məktublarından, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2-1(102)-1420/2017 nömrəli qərarından görünür ki, iddiaçı ən azından, artıq həmin tarixlərdən əvvəl mübahisələndirilən qərar barəsində məlumatlı olmuş, onun iddia ərizəsi isə 03 oktyabr 2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə “ 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə g əlmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakoviç Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təq dim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia qaldırmaq müddətinə əməl etməmişdir. Qeyd edilənlər hazırkı iddianın baxılmasını mümkünsüz edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-852/2019 saylı iş üzrə 19 aprel 2019-cu il tarixli qərarı prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsas ən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-852/2019 saylı iş üzrə 19 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Üçüncü şəxs xxxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar